Peyğəmbər (s) və Əhli-Beytin (ə) gözmuncuğuna baxışı necə olmuşdur?!



1) Peyğəmbərimizin(s.ə.a.s) dörd yaşı olarkən səhrada dayəsi və süd anası sayılan Həlimə xanım ilə yaşadığı zaman anasından süd qardaşları ilə birlikdə çölə getməyə icazə verməsini istəyir.Həlimə deyir ki,həmin günün səhərisi Muhəmmədi(s) yuyundurub saçlarına yağ,gözlərinə sürmə çəkdim.Ona çöl cinlərindən bir xələl dəyməsin deyə ipə düzlənmiş yəmən gözmuncuğusunu boynundan asdım.Muhamməd (s) gözmuncuğunu boynundan çıxarıb mənə dedi: <<Anacan,narahat olma,Allahım həmişə mənimlədir,o məni qoruyar>>. Biharul-ənvar c-15,s-392

2)Xəstələrin sağalması üçün daş və sümüklərdən ibarət gözmuncuğundan istifadə edən bir dəstə çöl ərəbi ,Peyğəmbərin(s.ə.a.s) hüzuruna yetişib bitkilər vasitəsi ilə müalicə haqqında soruşduqda həzrət onlara belə cavab verir: Hər bir xəstə şəxs dava-dərmandan istifadə etməlidir.Dərdi yaratmış Allah onun dərmanını da vermişdir. (yəni gözmuncuqlarının xeyri yoxdur) Ət-Tac c-2,s-178

3) Oğlunun boğazı ağrıdığı üçün uşağın boynundan gözmuncuğu asmış bir kişi uşaqla birlikdə Peyğəmbərin hüzuruna gəlir. Həzrət ona buyurur ki,uşaqlarınızı bu cür gözmuncuqlarla qorxutmayın.Bu xəstəliyin aradan getməsi üçün hind buxurunun şirəsindən istifadə etmək lazımdır. Ət-Tac c-3,səh-184

İmam Sadiq(ə.s) buyurur: Əksər gözmuncuqları şirkdir. Səfinətul bihar


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter