Hz Xızrın (ə) Hz Musaya (ə) son tövsiyələri nə haqda olmuşdur?


Hz. Xızırın (ə) Musa (ə) peyğəmbərlə əhvalatı Quranda qısa şəkildə bəyan edilir. (Kəhf surəsi) İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə Hz. Xızırın (ə) Musa (ə)-a bir nəsihəti qeyd olunub. İmam (ə) buyurdu:

“Hz. Xızırın Musa (ə) peyğəmbərə sonuncu sifarişi bu oldu ki:
1)Günahına görə heç kəsin abrını aparma!
2) Bil ki, Allah yanında ən sevimli iş bunlardır: Nemət əldə etdikdə orta həddi qorumaq, Qudrət əldə etdikdə bağışlayan olmaq, Allah bəndələri ilə keçinmək. Bu dünyada bəndələrlə keçinməyəni, qiyamətdə Allah da keçirməz (bağışlamaz).
3) Bil ki, hikmətin əvvəli Allah qorxusudir!” Şeyx Səduq. Xisal 1/111)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter