İmam Məhdinin (ə.f) zühurundan sonra kasıblar olacaqmı?


İmam Zaman (ə) zühur edəndən sonra insanların qəlbi hər şeydən ehtiyacsız olacaqdır. İmamın (ə.f) ədaləti o qədər geniş olacaqdır ki, carçıya əmr edəcəkdir ki, hər kim mal-dövlətdən nə istəyirsə, gəlib götürsün. Heç kəs ayağa qalxmayacaqdır.

Zühur zamanında bərəkət səmadan yağacaqdır. Səma öz səxavətini bütün bəşərə göstərəcəkdir. Hədislərin nəzərinə görə təqvaya riayət etmək, ədaləti yerinə yetirmək, ayrı-seçkiliyi aradan qaldırmaq – nemətin nazil olmaq şərtləridir. Belə ki, Quran ayəsində oxuyuruq:“Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq.

Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96).

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim, Məhdinin (ə.f) zühuru zamanında elə nemətlər əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər. O ruzigarda səma çoxlu yağış yağdıracaqdır. Torpaq heç bir cücərəni qəlbində saxlamayacaqdır”.

İmamın (ə.f) zühurundan sonra hamının qəlbi tox olacaqdır və heç kəs ehtiyac hiss etməyəcəkdir. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “İmam Zamanın (ə.f) zühuru dövründə Peyğəmbər (s) ümmətinin qəlbi ehtiyacsızlıqla dolu olacaqdır. Yəni, hamı qəlbən ehtiyacsızlıq hiss edəcəkdir. İmam Zamanın (ə.f) ədaləti hər yerə yayılacaqdır, o yerə qədər ki, carçıya əmr veriləcəkdir ki, cəmiyyət içində car çəksin: “Hər kimin nəyə ehtiyacı vardırsa, gəlib götürsün. Bir nəfər ayağa qalxacaq, gəlib maldan götürəcəkdir. Ancaq sonra peşman olacaqdır ki, (bu malla) nə etmək istəyirəm. Onu geri qaytaracaqdır”./Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter