Əbuzəri Əbuzər edən Həzrət Əli (ə) sədaqətimi olmuşdur?


Əbu Zərr həm Peyğəmbərin (ə), həm də Əlinin (ə) sevimlisi idi.

İslaminSesi.info- Əba Zərr həm Peyğəmbərin (s), həm də Hz. Əlinin (ə) sadiq səhabələrindən idi. Heç vaxt Allah yolundan ayrılmamış, ömrünün sonunadək Hz. Əliyə (ə) sadiq qalmışdı.

Dəyərli səhabə Əbu Zərr xəlifə Osmanın vaxtında Rəbəzə adlı çöllüyə sürgün edilmiş və həmən çöllükdə dünyasını dəyişmişdi. Hz. əli (ə) daim onu xatırlayar, hər dəfəsində ona rəhmət diləyərdi. Bir gün İmam (ə) öz əshabi ilə oturmuşdu və buyurdu:

“Mənim ürəyim Əbu Zərr üçün çox yanğılıdır. Allah ona rəhmət eləsin”

Soruşdular: Necə yəni?

İmam (ə): “O gecəki xəlifənin məmurları beyət almaq üçün Əbu Zərrin evinə getdilər, özləri ilə 4 kisə qızıl da götürdülər. Onlar qızıllar vasitəsi ilə ondan beyət almaq istəyirdilər. Əbu Zərr qızılları görüb qəmgin olur və deyir: “Siz məni ikicürə alçaltdınız. Soruşurlar niyə?

Deyir: Birinci elə bildiniz ki, mən Əlini (ə) sataram və bunun üçün mənim yanıma gəldiniz! Məni satın almaq istədiniz!
İkincisi isə heç insafdırmıki Əlinin (ə) qiymətini 4 kisə qızıla biçirsiniz?

Siz istəyirsiz mən Əlini (ə) bu 4 kisə qızıla dəyişəm?
Bütün dünyanın sərvətini yığasınız Əlinin (ə) saçının bir telinə dəyməz!”
Beləcə Əbu Zərr onları qovur və qapını bağlayır.”

Sonra İmam Əli (ə) ah çəkib ağlayır və deyir: “Əbu Zərr məmurların arxasınca qapını bağladıqdan sonra, öxü və ailəsi 3 gün heçnə yemirlər”
(Əncümən sayti. Kafi. Cild-7) Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter