Nə üçün bəzİ İnsanlar kor, kar və lal yaradılmışdır?


Cavab: Əvvəla, Allah bütün yaratdıqlarını ən gözəl şəkildə yaratmışdır. Amma yaranışa gözəllik verən ondakı nizam, qayda-qanunlardır. Bu qanunlara qarşı yönəlmiş istənilən bir hərəkət insan üçün faciə ilə nəticələnir. İnsanları vaxtında mənzilə çatdırmaq üçün müxtəlif nəqliyyat vasitələri fəaliyyət göstərir. Əgər bir şəxs relslərin üzərinə çıxıb, qatarın altında qalırsa, bu faciə nəqliyyat şəbəkəsinin ünvanına yazılmamalıdır.
Bəli, maddi dünyamızda hökm sürən qanunlar ona qarşı çıxanları cəzalandırır. Hər şeyi gözəl yaratmış Allah, faciələr törətmir və bütün fəlakətlər bəşəriyyətin azğınlığından doğur. Bununla belə, insanın düşdüyü çətinliyin arxasında sınaq məqsədi də ola bilər. İmam Riza (ə) buyurur: “Möminin xəstəliyi onun günahlarını yuyur. Bu xəstəliklər kafir üçün əzab və lənətdir.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter