Kərbəla qətlgahından niyə alma ətri gəlirdi?


Aşura ilə bağlı şeirlərin bir çoxunda alma iyindən bəhs olunur ki, bu hədisə istinad verilir.

Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmi Sələmə nəql edir: “Peyğəmbər (s) mənim hücrəmdə idi və Cəbrayil (ə) nazil oldu. O ikisi hücrədə söhbət edirdilər ki, İmam Həsən (ə) ilə İmam Hüseyn (ə) hücrənin qapısını döydülər. Qapını açdım və o ikisi Cəbrayili (ə) görən zaman elə bildilər ki, o, Dəhiyə Kələbidir. Onun ətrafına dolanmağa başladılar. Cəbrayil (ə) dedi: “Ey Allahın Rəsulu! Görürsən bu iki uşaq necə rəftar edir?”. Həzrət (s) buyurdu: “Bəli, səni Dəhiyə Kələbi ilə səhv salıblar. Dəhiyə Kələbi bu uşaqlara çox məhəbbət göstərir və nə zaman bizim yanımıza gəlsə, onlara hədiyyə gətirir”.

Cəbrayil (ə) əlini səmaya qaldırır, sanki nəyisə tutmaq istəyirdi. Bu zaman əlində alma, heyva və nar peyda olur. Onları Həsənə (ə) və Hüseynə (ə) verir ki, hər ikisi sevinirlər. Nurlu üzləri ilə Peyğəmbərə (s) tərəf qaçırlar. Peyğəmbər (s) meyvələri götürür və iyləyir, sonra onlara geri qaytarır. Buyurur: “Bu meyvələrlə ananızın yanına gedin”. Onlar evlərinə gedirlər və meyvələri yemirlər, o zamana qədər ki, Peyğəmbər (s) onların mənzilinə gəlir. İmam Əliyə (ə) xitab edib buyurur: “Niyə bu meyvələrdən yeməmisiniz?”. Sonra Cəbrayilin (ə) macərasını onlara danışır.

Həzrət Peyğəmbər (s) və Əhli-Beyt (ə) həmin meyvələrdən yeyirlər. Hər nə qədər yeyirlərsə, meyvə azalmır və olduğu kimi qalır. İmam Hüseyn (ə) buyurmuşdur: “Peyğəmbərin (s) vəfatından sonra həmin meyvələr olduğu kimi qalmışdı. Anam Fatimə (s.ə) sağ olan zaman o meyvələr azalmamışdı. Anam şəhid olan zaman narı əldən verdik. Ancaq alma və heyva qalırdı. O zaman ki, atam Əmirəl-möminin (ə) şəhid olur, heyva aradan gedir. Alma qalır ki, o da qardaşım İmam Həsənin (ə) ixtiyarında idi. O zaman ki, onu zəhərləyirlər, alma mənim yanımda olur. Məni mühasirə edən zaman su olmayanda onu iyləyirdim və susuluğun şiddəti azalırdı. O zaman ki, susuzluğum şiddətləndi və məhv olacağıma görə yəqinliyim oldu, onu yedim”.

İmam Səccad (ə) buyurur: “Bu mövzunu atamın şəhadətindən bir saat əvvəl ondan eşitdim. Həzrətin (ə) şəhadətindən sonra qətlgahından həmin almanın ətri gəlirdi. Həmin almanın ətri Həzrətin (ə) məqbərəsində də qalmışdı. Mən nə zaman atamın məqbərəsini ziyarət edirəm, həmin almanın ətrini hiss edirəm. Bizim davamçılarımızdan hər kim atamı ziyarət edərsə, səhər çağı diqqət etsə, əgər muxlisdirsə, həmin ətri hiss edəcəkdir”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter