İmam Əlidən (ə) bir suala gözəl cavab?!


İbn Abbasdan soruşdular: “Günlərin ən yaxşısı, ayların ən yaxşısı və əməllərin ən yaxşısı hansıdır?” Dedi: “Günlərin ən yaxşısı Cümə günüdür. Ayların ən yaxşısı Ramazan ayıdır. Əməllərin ən yaxşısı isə beş namazı əvvəl vaxtında qılmaqdır.”

Bu sualı Həzrət Əlidən (ə) də soruşdular, buyurdu: “Məğribdən məşriqəcən bütün alimlərdən bu sualı soruşsanız bu cavabı verəcəklər. Amma mən deyirəm ki, əməllərin ən yaxşısı Allah dərgahında qəbul olunanı, ayların ən yaxşısı tövbə etdiyin ay, günlərin ən yaxşısı isə imanla Allaha tərəf getdiyin aydır.”/nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter