İmam Əli (ə) kimin tərəfindən \"Əmirəlmöminin\" adlandırılmışdır?


İmam Əli (ə) buyurur: “Allahın Rəsulu (s) buyurub: “Merac gecəsində ki, məni səmaya apardılar, Allah mənə vəhy edib, buyurdu: “Ey Muhəmməd! Əli ibni Əbi Talibi (ə) Əmirəl-möminin (ə) çağır, Mən ondan əvvəl heç kimi bu adla adlandırmamışam. Ondan sonra da heç kim bu adla adlandırılmayacaqdır”.

Həzrət Peyğəmbər (s) minbər başında insanlara buyurur: “Ey insanlar! Allah məni Rəsulu kimi sizə göndərmişdir. Mənə əmr etmişdir ki, Əlini (ə) sizə əmir qoyam. Ona görə də mən hər kimin ki, peyğəmbəriyəm, Əli (ə) onun əmiridir. Əlinin (ə) əmir olması Allah tərəfindəndir.

Allah mənə əmr etmişdir ki, bu xəbəri sizə elan edəm ki, ona itaət edəsiniz. Nə zaman sizə əmr etsə, qulaq asasınız. Agah olun ki, sizlərdən heç kəs Əliyə (ə) əmir deyildir. Nə mənim həyatda olduğum zaman və nə də ölümümdən sonra. Allah Əlini (ə) sizin əmiriniz qərar vermişdir. Ondan qabaq və ondan sonra heç kəsi Əmirəl-möminin adlandırmamışdır və adlandırmayacaqdır da”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter