Nəfs pİs İşlərə sövq edİrsə nə etməlİ?


Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: «Ümmətimin ən yaxşısı gəncliyini Allaha itaətdə keçirən, nəfsini dünya ləzzətlərindən qoruyan və onu (nəfsini) axirət yolunda zəhmətə salan şəxsdir. Həqiqətən, belə bir şəxsin mükafatı Allah yanında behişt dərəcələrinin ən ucasıdır.»
Əziz övladım! Çoxları ondan-bundan şikayətlənirsə, siz özünüzdən narazılıq bildirirsiniz. Məlum olur ki, əmmarə nəfs ilə çarpışmadasınız. Başqa sözlə, həzrət Peyğəmbərin (s) buyurduğu kimi, nəfs ilə cihaddasınız. Düşməni güclü görür və Allah eləməmiş, məğlubiyyətdən qorxursunuz. Sizi əmin edirəm ki, düşmən qarşısında müqavimət göstərib, meydanı daraltsanız və onun istəklərinə əvvəlcədən baş əyməsəniz, nəhayətdə qalib gələcəksiniz. Bilin ki, onun istəkləri saysız-hesabsızdır. Əvvəlcədən onun bir istəyinə baş əysəniz, növbəti əmrlərinə verəcək və şəxsiyyətinizi tam məhv etməyincə qane olmayacaq. Əsil döyüş və cihad meydanı həmin bu cavanlıqdır. Sözsüz ki, əmmarə nəfs hər insanı məğlub edə bilmir. Həqiqi cəngavərlər bu meydanda özünü göstərib mükafatlar ala bilər.
Siz və sizin həmyaşıdlarınızın hər biri bu böyük imtahandan keçməlidir. Allahı xatırlayın və Ondan vədə etdiyi yardımı istəyin. (Ənkəbut-69). Allah cihad edib, Ondan yardım istəyənləri hidayət edər. O, yaxşı iş görənlərlədir.
Sizdəki bu çarpışma ruhiyyəsi agahlıq və bəsirət mərhələlərindəndir. Ümid var ki, bu agahlıq hesabına, əksər cavanların qərq olduğu girdabdan qurtulasınız.
İlk baxışdan çətin görünən bu müqavimət nəfsə itaət etmədən irəlilədikcə asanlaşır. Təcrübəli və mömin şəxslərlə ünsiyyətdə olmağa çalışın, dini söhbətlərdə iştirak edin. «Meracüs-səadət», «Həyatül-qülub», «Eynul-həyat», kimi kitabları mütaliə edin, «Kumeyl» və «Nüdbə» duaları oxumaqla, İmam Zamana (ə.c) təvəssül etməklə özünüzü cihada hazırlayın.
Aydın gələcəyinizə ümidlə, sizin və həmyaşıdlarınızın tofiq tapması üçün dua edirəm.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter