Həzrət Əbu Talib (ə) İmam Əlinin (ə) adını nəyə əsasən qoymuşdur?


Əhli-təsənnün və Əhli-Beyt (ə) hədis mənbələrinə görə, İmam Əlinin (ə) adı xilqətdən əvvəl Allah Təala tərəfindən təyin edilmişdir. Cabir Həzrət Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) buyurmuşdur ki, İmam Əlinin (ə) adı səma və yer xəlq olmazdan iki min əvvəl behiştin qapısında həkk olmuşdur: “Allah təkdir, Muhəmməd (s) onun peyğəmbəri və Əli (ə) Allahın vəlisidir”.

Bu hədislərə nəzər salan insan belə qənaətə gəlib çata bilər ki, İmamın (ə) adı onun doğumundan əvvəl artıq məlum idi. Ancaq qayda belədir ki, övladın adını qoymaq atasının vəzifəsidir. Belə görünə bilər ki, Həzrət Əbu Talibin (ə) oğluna ad qoymaqda heç bir rolu olmamışdır? Lakin belə deyildir.

Mir Seyyid Əli Həmədani “Müvəddətəl-qurba”da İbni Abbasdan nəql edir ki, deyib: “O zaman ki, Əli (ə) anası Fatimədən dünyaya gəlir, Fatimə atasının adını, yəni Əsəd adına ona qoyur. Ancaq Əbu Talib bu addan razı qalmır və həyat yoldaşı Fatiməyə deyir ki, gəl bu gecə Əbu Qəbis dağına çıxaq və Allahdan bu uşağa ad qoymağımızda yardım istəyək. Gecə olan kimi hər ikisi dağa qalxırlar və dua etməyə başlayırlar. Əbu Talib şeir şəklində Allaha belə dua edir: “Ey zülmətli gecənin, Ayın və nur verənin Pərvərdigarı! Öz qeyb xəzinəndən bizim üçün aşkar et ki, bu körpənin adını nə qoyaq?”.

Bu zaman səmadan nida gəlir və Əbu Talib başını qaldırır və səma lövhini görür ki, orada dörd sətir yazılmışdı. Lövhü götürür və sinəsinə sıxır. Görür ki, orada belə bir şeir yazılmışdır: “Sizə seçilmiş pak və pakizə övladı verdim. Ondan sonsuz dərəcə razıyam. Onun adı Əla Allah tərəfindən Əli qoyulmuşdur ki, Əla sözündən götürülmüş Əlidir”. (Tebyan)

Əbu Talib övladına şükür niyyətilə on dəvə qurban kəsir və həmin lövhi də Məscidul-Həramdan asır. Bəni-Haşim həmin lövhə ilə iftixar edirdilər. Həmin lövhə Həccanın Abdullah ibni Zubeyrlə döyüşünə qədər məsciddə dururdu. O döyüşdən sonra itir.
Bu hədisi həm əhli-təsənnün və həm də Əhli-Beytin (ə) mötəbər hədis mənbələrində oxumaq olar.
Əhli-Beytin (ə) ilk İmamı və Peyğəmbərin (s) can qardaşı olan İmam Əli (ə) haqqındakı möcüzələr bitməzdir. Məgər Peyğəmbərin (s) canişini olmağa ondan başqası layiqli ola bilərdimi?/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter