Aprel 2016-cı il üçün əlamətdar günlər hansılardır?


2016-cı il, Aprel ayının müsəlmanlar üçün əlamətdar günləri:

9 aprel - 1 rəcəb - İmam Məhəmməd Baqirin (ə) mövludu, şiələrin beşinci İmamı, Atası İmam Səccad, anası Fatimə İmam Həsən (ə) qızı.

11 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti, şiələrin 10 cu İmamı, Atası İmam Cavad, İraqın Samirra şəhərində dəfn olunmuşdur.

13 aprel - 5 rəcəb - İmam Əli Nəqinin (ə) mövludu, Şiələrinin 10 cu İmamı.

18 aprel - 10 rəcəb - İmam Məhəmməd Cavadın (ə) mövludu, Şiələrin ən cavan şəhid edilən İmamı 25 yaşında. İmam Rizanın (ə) bərəkətli övlad adlandırdığı uşaq.

21 aprel - 13 rəcəb - İmam Əlinin (ə) mövludu, Allahın razı qaldığı bəndə, Haqqında çoxsaylı Quran ayələrin nazil olması, ...

23 aprel - 15 rəcəb - İmam Cəfər Sadiqin (ə) şəhadəti, İslam ümmətinə dəyərli bilim adamları tərbiyə edib ərsəyə gətirən 6-cı İmam.

23 aprel - 15 rəcəb - Xanım Zeynəbin (s.ə) şəhdəti, Səbrin kamil nümunəsi olan xanım, Kərbəlanın hədəfə çatmasında ikinci qol-budağı olan şəxsiyyət.

23 aprel - 15 rəcəb - Müsəlmanların qibləsinin Beytül-Müqəddəsdən Kəbəyə çevrildiyi gün, Peyğəmbərin (s) Mədinədə namaz qıldığı anda Allahın əmri ilə 2-ci hicri ildə 4 rəkətli namazın ikinci rəkətində namazının istiqamətini Beytül-Müqəddəsdən MƏkkəyə tərəf dəyişməsi hadisəsi.

26 aprel - 18 rəcəb - Həzrət Peyğəmbərin (s) oğlu İbrahimin vəfatı. hicrətin 8-ci ilində Mariyyə Qibtiyyədən peyğəmbər (s) üçün oğlan övladı dünyaya gəlməsi. İlahi məsləhətə ... İbrahim (ə) dünyaya gəlməmiş vəfat etmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter