İmam Hüseynin (ə) nurlu hədislərindən bir neçə seçmələr:


İmam Hüseynin (ə) nurlu hədislərindən bir neçə seçmələr:

1-Günah yolu ilə məqsədinə çatmaq istəyən şəxs gec hədəfinə çatar, və qorxduğu şeylər başına gələr. \"Bihar Əl-Ənvar, cild: 78, səh: 120.

2-Qiyamət günü heç kim Allahın qəzəbindən amanda qalmaz, yalnız o kəslər Allahın rəhmətinə çatarlar ki, dünyada Allahdan qorxub və təqvalı olmuşlar. \"Bihar Əl-Ənvar, cild: 44, səh: 192\".

3- Məxluqun razılığını qazanmaq üçün Allahın qəzəbinə səbəb olan əməllər edən şəxslər həqiqi xoşbəxtlikdən məhrum olacaqlar. \"Xarəzmi məqtəli, cild: 1, səh: 239\".

4-(İlahi) Səninlə danışmayan şəxsin nəyi vardır? Səni tapanın nəyi yoxdur? O şəxs ki, (Allah) Səndən başqasını bəyənə və onunla sevinə, qətidir ki, ziyan etmişdir. \"Bihar Əl-Ənvar, cild: 98, səh: 228.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter