Şah ƏBdüləzim Həsəninin İmam Rizadan (ə) eşitdiyi nəsihətlərdən


Şah Əbdüləzim Həsənidən belə nəql olunur ki, İmam Riza (ə) onu özünün tam vəkili kimi tanıtdırıb və belə nəsihət edibdir:

Ey Əbdüləzim! Mənim salamımı dostlarıma (şiələrimə) çatdır və onlara belə de: “Şeytanın yaxınlaşması üçün yollar qoymasınlar ki, onların nəfsinin (varlığının məhvinə gətirib çıxarar.”

Və onlara əmr et: “Danışıqda düzgünlüyə, əmanəti qaytarmağa, onlara aid olmayan işlərdə sakit durmağa və başqalarının işinə qarışmamağa. Bir-birilərinə yaxın olmağa, bir-birilərini yoxlamağa əmr et ki, bu yaxın (səmimi) olmaq üçün vasitədir.

Eləcə də əmr et: “Özlərini (boş) şeylərlə müharibəyə salmasınlar, elə bir həddə ki istəyələr bir-birilərini parçalasınlar.
Mən özümlə əhd bağlamışam ki, hər kəs belə etsə və bizim dostlarımızdan birini narahat etsə, Allahdan istəyəm ki, dünyada onu ən qaba (ən dərdli) əzaba düçar etsin və axirətdə ziyankarlardan olsun.

Eləcə də onlara xəbərdarlıq et ki, “Allah Taala onların yaxşılarına (nemətlərini)” bağışlayıb. Onların pislərinin günahını əfv edibdir. (Allah-Taala təkcə bir halda bağışlamaz ki,) o pis insan Allaha şərik qoşmuş ola, ya bizim dostlarımızdan birinə əziyyət verə, ya onlardan birinin qəlbinin narahat olmasını istəyə, ki, Allah-Taaal belə şəxsi heç zaman bağışlamaz. Yalnız bir halda bağışlayar ki, etdiyi işindən əl çəkə və Allaha qayıda, onu bağışlayar. Əgər bu çirkin işlərindən əl çəkməsə iman ruhu qəlbindən çıxar və vilayət xəttindən uzaqlaşar və bizim vilayətimizin heç bir faydası ona çatmaz.
... Allaha pənah aparıram! Şeyx Müfidin İxtisas kitabı, səh: 247.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter