«Təvəkkül» nədir?


Cavab: «İbrahim» surəsinin 11 və 12-ci ayələrində buyurulur: «Möminlər yalnız Allaha təvəkkül etsinlər. Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik?!».
«Təvəkkül» «vəkalət» kəlməsindəndir və vəkil seçmək mənasını verir. Yaxşı vəkildə dörd sifətin olması zəruridir: agahlıq, düzlük, qüdrət, mərhəmət.
Vəkilə o zaman ehtiyac yaranır ki, insan özünü müdafiə etməyə qadir olmur və qarşısına çıxan çətinliyi başqa birinin köməyi ilə aradan qaldırmaq istəyir.
Mömin insanın nəzərində bütün qüdrətlərin fövqündə duran Allah-təala, istənilən hadisə və çətinlik zamanı yeganə etibarlı vəkildir. Allaha təvəkkül edən mömin fəaliyyətsiz dayanmır. Hətta qüvvəsi çatan işdə də, əsl səbəbkar Allahı bilir.
Allaha təvəkkül, çətinliklər zamanı insanın müqavimətini artırır. Qurani-kərimin müxtəlif ayələrində belə müqavimətin nümunələri ilə rastlaşırıq:
«Allaha təvəkkül, cihad meydanında iki vuruşqan tayfanın süstlüyünün qarşısını aldı».(«Ali-imran» surəsi, ayə 173.)
«...İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə, Allaha təvəkkül et».(«Ali-imran» surəsi, ayə 159.)
«O şəxslər şeytana müqavimət göstərib, onun təsirindən çıxa bilərlər ki, iman və təvəkkülə malik olsunlar».(«Nəhl» surəsi, ayə 99.)
Allaha təvəkkülün təbii gedişatla zidd olduğunu düşünənlər yanılırlar. Təbii səbəbləri Allahın iradəsindən ayrı bilmək, şirk hesab olunur. Şirk isə, cəhənnəm odu vəd edilmiş günahlardandır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter