İmam Əlinin (ə) məzarının kənarında kimlər dəfn olunub?


Həzrət Əlinin (ə) ziyarətnaməsindən belə nəticə əldə etmək olur ki, Həzrət Adəm (ə) və Həzrət Nuh (ə) Həzrətin kənarında uyuyur (dəfn olunub). Çünki, ziyarətnamədə belə qeyd edilmişdir: \"Əssəlamu ələykə ya məulayə və əla zəci`əykə Adəmə və Nuh və rahmətullahi və bərakətuh\". (Ey mənim mövlam, sənə və sənin civarında uyuyan Adəm və Nuha Allahın salamı və bərəkəti olsun) (\"Biharul-Ənvar\" c.53, səh. 271, \"Məfatihul-Cinan\" səh. 344)
Əbu Bəsir deyir: \"İmam Məhəmməd Baqirdən (ə) Möminlərin əmirinin (ə) qəbri haqqında soruşdum və camaatın bu barədə ixtilafda olduğunu dedim. Həzrət buyurdu: - Şübhəsiz ki, Möminlərin əmiri (ə) atası Nuhla onun məzarında uyuyur.\" ( Hürr Amuli, \"Vəsailuş-şiə\", c.14, səh.386, hədis 19437 \"Alul-Beyt\" müəssisəsi, Qum, 1409 q, Bu mövrid barədə rəvayətlər çoxdur, daha artıq məlumat əldə etmək istəyən \"Vəsailuş-şiə\", c.14, səh. 384, bab 27 \"Babu istihbabi ziyarəti Adəmə və Nuh və İbrahimə mə`ə Əmiril-muminin (ə)\" müraciət etsin.)
Tarixi sənədlərdə Həzrət Əli (ə) vəsiyyətində öz məzarını ətrafdakılara (yaxın adamlara) açıqlaması və həmçinin, o yeri Nuh peyğəmbərin (ə) qazıyıb, hazır etməsi qeyd edilmişdir. (\"Muntəhal-Amal\", dördüncü fəsl, Əmirəlmöminin vəsiyyətləri və o Həzrətin vəfatı, qüslü və dəfninin keyfiyyəti barədə)

Tərcümə etdi: Fərid Abdullah(islamaz.com)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter