Orucun vacib olmasının şərtləri nərlərdir?


Orucluğu batil edən şeylər haqqında çoxlu eşidib və oxumuşuq. Amma bəzi oruc tutanlar , oruc tutmaq nə zaman insana vacib olması haqda şərtləri bilmirlər.

Şəriət kitablarından orucun vacibliyi 5 şərtə bağlı olduğu qeyd olunub. Oruc tutmağın vacib olması aşağıdakı şərtlərlədir:

1-Baliğ olmaq, yəni şəriət təyin edən yaşa insanın çatması orucun vacib olmasına səbəbdir. Oğlanlarda 15 yaş qəməri tarixi ilədir, qızlarda isə 9 yaş

2-Aqil olmaq, əgər bir şəxs dəli ola oruc tutmaq ona vacib olmur, eləcə də oruc tutan şəxsin özündən getməsi ilə ağlının sönməsi onun orucunu batil edər.

3-Səfərdə olmaq, Əgər bir şəxs səfərə çıxa məcburiyyət üzündən və ya gəzinti üçün əgər zöhr azanında öncə yola düşə və zöhr azanından sonra qayıtmasına yəqinedə, tutduğu ocuru, şəhərindən 15 kilometr uzaqlaşandan sonra, sındırmalıdır, amma əgər bir şəxs sübh azanından sonra səfərə çıxa və zöhr azanından öncə vətəninə qayıda və səfərdə orucu batil edən bir şey etmiyə vətənində oruc tutması mümkün və vacibdir.

4-Oruc tutmağın zərəri olması, misal üçün bir şəxs mədə yazva (yara xəstəliyinə düçar ola) həkim də ona oruc tutmağı qadağa edə və deyə gündə neçə dəfə az-az yemək yeməlisən, belə bir vəziyyətdə olan şəxsin oruc tutması qadağandır. istər ac olanda ağrı hiss etsin və ya etməsin.

5- Qadınların aylıq xəstəliyə düçar olmaması və eləcə də Uşaq dünyaya gətirdiyi zaman onlardan xaric olan napaklıqlardan təmizlənməsi zamanı oruc tutmaq qadına vacib olur, Yəni qadın əgər aylıq xəstəliyə düçar olublsa paklanması vaxta qədər qadının oruc tutması düzgün deyil. Eləcə də Əgər bir xanım uşaq dünyaya gətiribsə, hamiləliyindən azad olandan sonra napaklıq qurtarandan sonra oruc tuta bilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter