Haram məclislərdə oturmaq məcburi olsa vəzifəmiz nədir?


Bütün fiqh alimləri deyirlər ki, Əgər haram məclislərdə qalmaq başqlarını hidayətinə səbəb olar onda hidayət etmək miqdarında bir müddət qalmağın eybi yoxdur. Amma qeyri bu halda gərək ki, haram məclislərdən uzaqlaşaq. Bir qeyd də deyilmişdir ki, pisliklərdən çəkindirmək məqsədi ilə haram məclislərdə qalmağın eybi olmadığı kimi, əgər o məclislərdən uzaq qalmaq fəsada və fitnəyə kimlərsə tərəfindən səbəb olarsa mömin şəxs öz təyini ilə bir müddət qala bilər. Amma zamanın zəruri həddini haramdan qaçmaq istəyən şəxs təyin etməlidir. Mömin şəxs də naraht olmasın ki, o zərurət və pisliklərdən çəkindiərən müəddət heç bir haram işlərə və əməllərə şərik hesab olunmur.
Hökmün mənbəsi: Bütün hal hazırda həyatda olan alimlərin bu məsələ haqqında fiqh mərkəzlərindən soruşulub və cavab alınmışdır.
Seyyid Müctəba Hüseynin şagirdlər üçün əhkam kitabından tərcümə edilmişdir. səh: 208-209.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter