İlahİ İmtahandan necə əla qİymət almaq olar?


Əgər insan İlahi imtahan qarşısında qalarsa, bu imtahandan əla qiymət almaq üçün nə etməlidir?
İmam Əli (ə) “Nəhcul-bəlağə” kitabında dünyanı imtahan yeri və məkanı kimi tanıdır və buyurur: “Həqiqətən Sübhan Allah buyurur: “Agah olun ki, həqiqətən sizin mal-dövlətiniz və övladlarınız fitnədirlər”. Bu ayənin mənası budur ki, Allah insanları mal və övladla imtahana çəkər. Bu yolla məlum olur ki, kim Onun ruzisindən razıdır və kim qəzəbli. Halbuki, Sübhan Allah insanların özündən çox onların halından agahdır”.
İmam (ə) bu sözləri ilə bizə məlumat verir ki, Allah bizləri nə ilə imtahana çəkir və o biri tərəfdən isə bu imtahandan üzü ağ çıxmaq - səadət və xoşbəxtlik mənbəyinə çevrilər.
Hər bir insan İlahi imtahan qarşısında olan zaman iki cazibə onu cəlb edər: İlahi və şeytani cazibə. Bəs biz insanlar nə edək ki, bu İlahi cazibəmiz şeytani və nəfsani cazibəmizdən daha artıq olsun? Bunun yolları varmı? “Nəhcul-bəlağə” bunun yolunun Allah qorxusu olduğunu vurğulayır. Allah qorxusu insanı İlahi cazibəyə daha çox yaxınlaşdırar.
Belə nəql edilir ki, bir cənazəni basdırmağa aparan zaman orada olan kişilərdən biri gülür. İmam (ə) bu gülüş səsini eşidib buyurur: “Sanki ölüm bizdən qeyrisi üçün yazılmışdır. Sanki məsuliyyət və vəzifə ancaq qeyrisinə vacibdir, bizə deyil. Onların bədənini torpaq altına qoyuruq. Sanki onlardan sonra cavidan olacağıq. Sonra hər cür nəsihət və moizə verəni unuduruq. Hər bir bəla və hadisənin qarşısında qalmış oluruq”.
İmamın (ə) bu sözləri çox ayıldıcı mahiyyətlidir. Hər birimiz ölümün başqaları üçün olduğunu təsəvvür edirik. Halbuki, ölüm hər birimiz üçün haqdır. Hər an bizləri haqlayıb, o biri dünyaya apara bilər.
İmamın (ə) bu haqda buyurduğu başqa bir xütbəsini Ayətullah Cəfəri bu cür tərcümə edir: “Ey insan! Səni nə günahına görə cəsarətləndirmişdir? Allahı aldatmağının səbəbi nədir? Niyə nəfsini həlakətə ataraq, ülfət əldə edə bilirsən? Bu dərddən sağalmayacaqsan? Səni oğurlayan ağır yuxudan ayılmayacaqsan? Özünə rəhm etməyəcəksən?”.
Necə ki, başqalarının dərdinə ağlayırsan, onları çarəsiz görən kimi göz yaşı tökürsən, bəs özünə nə zaman yazığın gələcək və qəflət yuxusundan ayılacaqsan?
Beləliklə deyə bilərik ki, biz insanlar əgər İlahi imatahdan yaxşı qiymət almaq istəyiriksə, əgər səadət yolunu irəliləyib, İlahi qürbə yaxınlaşmaq istəyiriksə, gərək qəlbimizdə Allah qorxusu olsun. Həm dünyamıza və həm də axirətimizə görə.

(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter