Behİştə daxİl olmuş İnsan oradan çıxarıla bİlərmİ?


Cavab: Aləmlərin Rəbbinin xoşbəxt insanlara həmişəlik behişt vəd etməsi doğrudur. Öz vədinə xilaf çıxmayan Allah buyurur: “Allah vəd etdi. Allah öz vədinə xilaf çıxmaz. Lakin onların əksəriyyəti bunu bilməzlər.”
Amma insanlar elə təsəvvür edə bilərdilər ki, Allah xoşbəxt insanları behiştə daxil etdikdən sonra ondan asılı bir iş qalmır. Hətta Allah-təala behiştə daxil etdiyi insanları oradan xaric də edə bilməz. Beləcə Allahın qüdrəti şübhə altına alınmış olardı. Ona görə Allah-təala hətta behişt əhli üçün də öz istəyini şərt qoyur. Bəli, O daimi behişt vəd etmiş və Öz vədinə əməl edəsidir. Amma bununla Allahın qüdrət dairəsi məhdudlaşmır. Hətta behiştə daxil etdiyi insanların da taleyi Onun əlində olur. Allah istədiyini edər və Onun qüdrəti qeyri-məhduddur.
Allah Öz istəyini növbəti ayədə cəhənnəm əhli haqqında danışarkən önə çəkmişdir. Ayədə belə buyurulur: “Bədbəxt olanlar od içərisində qalacaqlar. Onları orada ah-fəryad gözləyir; Rəbbinin istədiyi istisna olmaqla.”
Bununla belə haqqında danışılan ayənin son cümləsində ilahi ətaların sabit olduğu və heç vaxt insanlardan alınmayacağı buyurulur.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter