Quranİ-kərİmİn bəzİ ayələrİ İslamın ümumbəşərİ dİn olmadığını təsdİqləyİrmİ?


Cavab: Bütün bəşəriyyətin hidayəti üçün göndərilmiş peyğəmbərlәr ilk öncə öz qövmlərinin arasında təbliğ etmişlər. Ona görə də bütün asimani kitablar Peyğəmbərlərə daha yaxın qövmlərin dilində nazil edilmişdir. Din ilk öncə Peyğəmbərin qövmü arasında möhkəmləndikdən sonra digər millətlər arasında da yayılmışdır.
Bu gün hər bir ölkənin yazıçısı öz kitabını öz millətinin dilində yazır. Hansı ki, kitabdakı məfhumlar bir millət üçün nəzərdə tutulmur. Yazıçı öz kitabını öz milləti arasında tanıtdırdıqdan sonra həmin kitab müxtəlif dillərə tərcümə olunur və dəyərli əsər hesab olunduqda bütün dünyaya yayılır.
İslam Peyğəmbəri (s) ərəb ümməti arasından çıxdığı üçün ilkin mərhələdə ərəblərlə ünsiyyətdə idi. Quranın ərəb dilində nazil olunması çox təbii və məntiqi bir işdir. Bununla belə, Quranın hökmləri bütün bəşəriyyətə ünvanlanmışdır.
Əgər Peyğəmbərin besəti günü dünyada beynəlmiləl bir dil mövcud olsaydı, şübhəsiz ki, Quran da həmin dildə nazil edilərdi. Nə qədər ki, beynəlmiləl bir dil yoxdur, hətta yazıçılar da öz əsərlərini hansısa qövmün dilində yazmağa məcburdurlar. Demək, Quranın ərəb dilində olmasının onun ümumbəşəri bir din təbliğ etməsinə heç bir maneçiliyi yoxdur.
Başqa sözlə, ayədə bir qövmün dilində danışan Peyğəmbər göndərilməsi bildirilir. Bu isə Peyğəmbərin bir qövmə göndərilməsi deyil. Əgər səmavi kitab bir qövmün dilində gəlmişdirsə, bu o demək deyil ki, kitab yalnız həmin qövmə aiddir.
Onu da qeyd etməliyik ki, İslam millət, dil kimi fərqlərin fövqündə dayanaraq, bütün dünyanı özünə vətən bilir. Onun ərəb dilində nazil edilməsinin səbəbi isə həmin vaxtda beynəlmiləl dilin mövcud olmamasıdır. Quranın ümumbəşəri bir dini təbliğ etməsi isə möhkəm dəlillərlə əsaslandırılmışdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter