Kəbə nə üçün tİkilİb?


Cavab: Kəbə “Allah evi” adlanıbsa, bu , o demək deyil ki, Allah-taalanın məkana ehtiyacı var. O məkanın Allah evi adlanmasının səbəbi odur ki, o məkan əzəmətli və şərəflidir. Allah o məkana xüsusi nəzər edib.
Kəbə, Allahın fiziki cəhətdən evi və ya yerləşdiyi məkan olsaydı, onda Allahın cisim olmaması sifəti ilə təzad təşkil edərdi. Halbuki, belə deyil. Quran ayələri və tarixi faklar göstərir ki, o məkan Allahın bərəkətini göstərən bir məkandır. O məkan, bəşərin hidayəti və həzrət Haqqa qulluq etməsi üçün toplandığı məkan kimi göstərilib. Öncə quru və məhsulsuz yer olan bu məkana Allah taala çoxlu dünyəvi xeyir əta etməklə Öz \"rəzzaqiyyət\"ini (ruziverərliyini) nümayiş etdirib.

O məkanının ilahi qürbə qovuşmaq üçün bir məkan olduğu həqiqəti, Allaha bəndəlik etməyin necəliyni camaatın hidayəti üçün canlandırır. Xüsusi günlərdə, bir sıra silsiləvi şər`i əməllərin yerinə yetirilməsi, bəndəlik yolunu insanlara açıb göstərir. Adam gərək öz nəfsindən uzaqlaşmalı, hər növ çirkinlik və meyildən özünün paklamalı, Allahdan başqasına bağalanmamaq donunda olmadır ki, xalislik və diqqətlə Allahın rübubiyyətinə (bəndəliyinə) yol tapsın.
Ona əlavə olaraq Öz evini İbrahim məqamının əzəmətinin göstərən, asayiş və imkanı olanlar üçün həcc marsimini yerinə yetirmək üçün məkan kimi tələqqi edib. Hər il minlərlə şəxs orada toplanır, həccin xüsusi əməllərini yerinə yetirmklə Allaha ibadəti nüayiş etdirirlər. Bu isə digər xalqları həqiqətə səsləyir və çevrilişə səbəb olaacaq təsiri daşıyır. Allah göstəriş verdi ki, o ev tikilisin. Beləliklə də namaz üçün üzü qibləyə durulsun, heyvanlar üzü qibləyə kəsilsin və ölülərin üzü qibləyə dəfn olunsun. Allah bu vasitə ilə pərakəndə qəlbləri bir yerə topladı, onlarda tohid ruhu, birik bəslədi. Onun vasitəsi ilə Öz dinini diri və ölməz saxladı. Diqqət etsəniz bu təhlildə fiziki və maddi bir istək yoxdur və ona görə də onun tikilməsi Allahın cisim olmaması ilə təzad təşkil etmir. Belə bir şərafətli məkan, mənəvi məsələləri təmin etməkdən başqa bir məqsədlə tikilməyib.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter