hər kəsin boynunda olan vacİb əməllər hansılardır?


İslamın ikinci hissəsini Firui-din adlanır. Onların mühümləri on hissədən ibarətdir:
1-Namaz,
2.Oruc,
3.Xüms,
4.Zəkat,
5.Həcc,
6.Cihad,
7.Əmr be məruf,
8.Nəhy əz münkər,
9.Təvəlla,
10.Təbərra.

Hələlik bu vacibatlar haqda qisaca məlumat verək:
1-Namaz
İslam dininin təməli namazdır. Hər bir müsəlman iyirmi dörd saat ərzində on yeddi rəkət vacib namazları qılmalıdır. Çoxlu başqa namazlarda vardır ki, həm o namazları həm də namazın şərt və qaydalarını risalələrdən öyrənməliyik. Namazın əhəmiyyətinə aid yalnız bir hədis qeyd edirik. Peyğəmbər –Əkram (s.a.v.v) buyurub:
“ Namaz dinin sütünudur: Əgər o qəbul olunarsa insanın başqa əməlləri də qəbul olunar, yox əgər qəbul olunmazsa sair əməlləridə qəbul olunmaz. ”
Namazın qəbul olma şərtlərini İmam Zeynül-Abidin (ə) –dan soruşduqda buyurdu:
“ Namazın qəbul olunma şərti biz Əhli-Beytin İmamət və vilayətina etiqad bəsləmək və düşmənlərimizdən bizarlıq etməkdir. ”
2-Oruc
İslamın zəruri hökmlərindəndə biri Ramazan ayında oruc tutmağın vacib olmasıdır. Əlbəttə, oruca aid çoxlu məsələlər vardır ki, əməliyyə risalələrindən öyrənmək lazımdır. Müqəddəs İslam dininin bütün hökmləri insanların maddi və mənəvi cəhətdən xeyrinədir. O cümlədən, oruc haqqında İslamın əzəmətli Peyğəmbəri (s.a.v.v) iki qısa cümlədə buyurur:
“ Oruc tutun ki, sağlam olasınız. ”, “ Oruc cəhənnəm oduna qarşı bir qalxandır. ”
İmam Həsən Əskəri (ə) oruc barədə buyurmuşdur ki; “ (Oruc ona görə vacib olunmuşdur) ki, varlılar aclığın çətinliyini görüb fəqirlərə yoxsullara ehsan etsinlər. ”

3-Xüms
Hər bir müsəlman illik xərcindən artıq qalan hissəsinin beşdə bir hissəsinin yarısını Seyyidlərə, o biri yarısını isə İmama ve İmamın (ə.f) qeybdə olduğu dövrdə isə müctehidlərə verməlidir.
Qur`an xümsün əhəmiyyətini bəyan edərkən onu imanla əlaqələndirmişdir: “Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün bəndəmizə nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçularındır. Allah hər şeyə qadirdir!” (“Ənfal” surəsi, ayə 41.)
Həzrət Baqir (ə) buyurub: “Bizim haqqımızı ödəmədikdə heç bir kəs üçün üzərinə xüms gəlmiş malı yemək caiz deyil.”
İmran ibn Musa deyir: Xüms ayəsini həzrətə oxudum. O buyurdu: “Allaha məxsus hər bir şey peyğəmbərə çatır. Peyğəmbərə məxsus şeylər isə bizə (Əhli-beytə (ə)) çatacaqdır.” Sonra dedi: “Allah mö`minlərə verdiyi ruzini beş qismə bölüb. Bir qismini Allah yolunda infaq etsinlər, dörd qismini isə halallıqla yesinlər...” Bu göstərişlərə əməl etmək çətindir. Yalnız iman yolunda Allahın imtahan etdiyi şəxslər bu göstərişlərə əməl edib, çətinliklərə səbr edirlər.
4-Zəkat
İslam dinində 9 şeydən: arpa, buğda, xurma, kişmiş, inək, qoyun, dəvə, qızıl-gümüşdən (risalələrdə yazılmış bir sıra şərtlərlə ) zəkat verilməlidir. Bu zəkatın xərclənmə yerləri yoxsullar, məişətini təmin edə bilməyən şəxslər və sair xeyir işlərdir.
Quran:
«Onların mallarından sədəqə (zəkat) götür ki, bu vasitələ onları pak edəsən və onlara salam göndər ki, sənin salamın onlara sakitlik bəxş edir. Allah-taala eşidən və biləndir.
«Namaz qılın, zəkat verin. Qabaqcadan özünüz üçün göndərdiyiniz əməlləri Allah yanında tapacaqsınız. Həqiqətən, Allah etdikləriniz bütün əməlləri görəndir.»
İmam Sadiq (ə):«Zəkat varlıları sınamaq və möhtaclara kömək məqsədi ilə təyin olunub. Əgər insanlar öz mallarının zəkatını versəydilər bir nəfər də olsun möhtac, yoxsul müsəlman qalmazdı və Allah-taalanın onun üçün vacib etdiyinin səbəbinə ehtiyacsız olardı. İnsanlar yalnız varlıların günahlarına görə yoxsul, möhtac, ac və çılpaq olublar.»

5-Həcc
Özlərinin və ailələrinin xərcini ödəyəndən sonra Məkkeyi-müəzzəməni ziyarət etməyə imkanı olan şəxs həcc əməlini yerinə yetirməlidir.
Quran:
«Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir,
Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər.»
Quran:
«Allah-taala Kəbəni, Beytul-Haramı (hörmətli evi) insanlar üçün (mənəvi və maddi) dayaq və pənah yeri etdi.»

İmam Əlinin (ə) dünyadan köçərkən etdiyi vəsiyyətindən: «Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm! Rəbbinizin evinin haqqına riayət edin. Nə qədər ki, sağsınız Həcci nəzərinizdən çıxarmayın. Əgər Həcc tərk olunarsa, sizlərə möhlət verilməyəcək.»
İmam Əli (ə):«Həcc və ümrə zəvvarı Allahın qonağıdır və Allah ona bağışlanmağı hədiyyə edər.»
Allahın Peyğəmbəri (s):«Həcc yoxsulluğu aradan götürər.»


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter