Şəxsiyyətə pərəstiş, nədən Günahların yaranma səbəblərİndəndİr?


Günahın cəmiyyətdə mədəni proseslərlə bağlı amillərindən biri şəxsiyyətə pərəstişdir. Aydın məsələdir ki, hər bir insanın həyatında yüksək məqsədlərə nail olması üçün kamil bir nümunə insan, yəni ideal olmalıdır. Belə nümunə liderlər insanın tərbiyəsində mühüm rol oynayırlar. Çünki insanın tərbiyəsi elədir ki, o, həyatının bütün sahələrində nümunə tapmaq istəyir, yəni kimdənsə örnək almaq istəyir. Bunun üçün çalışır. Lakin əgər cəmiyyət düzgün mədəniyyətə malik olmasa, yalan və məcazi mümunələr həqiqi və düzgün nümunələri əvəz edəcəkdir. Bunun nəticəsində isə insanların tərbiyəsində böyük bir faciə baş verəcəkdir. Günümüzdə bu yalançı və məcazi idealların xarici nümunələri kifayət qədərdir. Misal üçün, film, serial qəhrəmanlarını, hər hansı bir əsərin qəhrəmanını nümunə kimi göstərmək olar. Bu qəhrəman şəxsi özünə nümunə götürən insan çox təəssüflər olsun ki, bütün davranışlarını əxz edir. Yəni seçdiyi ideal şəxsin həyatında etdiyi düzgün davranış bunun xoşuna gəlir və davamcıl həmin ideala bağlanır. Nəticədə, davamcıl şəxs öz idealının etdiyi səhvlərə, atdığı yanlışlara göz yumaraq onları da düzgün adım kimi qiymətləndirir. Bu da həmin şəxsin formalaşmasında öz mənfi nəticələrini verməyə başlayır.
Amma, müqəddəs kitabımız olan Quranda düzgün tabe olmaq mənasını verən (kamil nümunə) ifadəsi üç dəfə təkrar olunmuşdur: “Əhzab-1”, “Mümtəhinə- 4-5”; Qeyd edlən ayələrin hər üçündə İslam Peyğəmbəri (s) və İbrahim peyğəmbər (ə) insanlara nümunəvi şəxsiyyətlər kimi tanıtdırılmışlar. Biz insanlar isə diqqətli olsaq, görərik ki, yalançı və qondarma şəxsiyyətə malik olan insanlar həmişə cəmiyyətdə böyük bəlalar, fəsadlar və günahlara səbəb olublar. Deməli, həyatımızda ideal nümunə seçməkdə ehtiyatlı olmalıyıq.
Niyə ölümdən qorxuruq?
Ölümdən qorxmağın müxtəlif səbəbləri ola bilər ki, Allahın zehnimə saldığı bir misalı zikr edirəm. İslam baxışında dünya keçid yeri, insan keçib gedən, dünya malı isə bir vasitədir. Ölümdən qorxmaq bir sürücünün müxtəlif şəraitlərdə keçirdiyi qorxu kimidir.
Bəzən sürücü maşının qəzaya uğramasından qorxur. Çünki görür ki, maşın süqut və məhv olmaq üzrədir.
Məada inamı olmayan və ölümü yoxluq bilənlər, əlbəttə ki, gərək ölümdən qorxsunlar, çünki ölüm onların gözündə bir növ süqut və puçluq deməkdir.
Bəzən öz maşınını min bir əzab-əziyyətlə əldə edən və ona çox bağlanan bir sürücü qorxur ki, kimsə onun maşınını əlindən alar və bu maşından ayrılmağın təsəvvürü belə onun üçün dözülməz olur. Belə zənn edir ki, onun maşından yaxşı heç nəyi yoxdur.
Dünyaya çox əlaqə bağlayan kəslər ondan ayrılan zaman çox böyük işkəncəyə düçar olurlar.
Amma insan bu dünyada zahid olarsa və heç bir şeyə ürək bağlamazsa, ölüm onun üçün asan və rahat olar. Hətta ölümdən də qorxmaz.
Bir şəxs islamın əziz Peyğəmbərindən (s) soruşdu:
“Niyə ölümdən qorxuruq? Allahın rəsulu (s) buyurdu:
“Dünya malı varındırmı?” Dedi: “Bəli”. Buyurdu: “Allah yolunda xərcləmisən?” Dedi: “Yox”. Buyurdu: “Elə buna görə də ölümdən qorxursan”.
Buna oxşar sualı başqa bir şəxs İmam Həsənə (ə) verdi. İmam cavab verdi: “Siz bütün səylərinizi dünyanın abadlaşdırılmaqdan ötrü etmisiniz. Axirət üçün yaxşı bir işiniz yoxdur. Buna görə ölümdən qorxursunuz ki, abad yerdən xarabalıq yerə keçirsiniz”. (“Bihar”, 6-cı cild,səh.129)

Bəzən də sürücü yolu tanımadığından qorxur. Yola nabələd olması onu çox narahat edir.
İmam Hadi (ə) yaxın adamlarından biri xəstə yatarkən onu baş çəkməyə getdi. Gördü ki, xəstə ağlayır və ölümdən qorxur. İmam Hadi (ə) buyurud:
“Ölümdən qorxursan, ona görə ki, onunla tanışlığın yoxdur”. (“Məanil əxbar və nəql əz məade fəlsəfi”, səh.179)
Bəli, qorxu yaradan amillərdən biri də insanın öz gələcəyindən xəbərsiz olmasıdır.
Bəzən sürücü maşının qəzaya uğramasından və yaxud yolu tanımasından yox, yolun çox uzun olmasından narahatdır. Çünki qorxur ki, benzinin azlığı, həm də təkərlərin köhnə olması onu yolda qoyar.
Həzrət Əli (ə) buyurur:
“Ah! Yol azuqəsi az, yol uzun, səfər uzaq, mənzil və məqsəd isə böyükdür”. (Nəhcül-bəlağə, səh.1109, hikmət.74)
Bəzən maşının benzinin az olması, təkərlərin köhnə olması və mühərrikin nasaz olmasının heç bir qorxusu yoxdur. Lakin sürücü yenə qorxur. Çünki keçmişdə çoxlu qayda pozuntusu törədib və aradan çıxıb. İndi də qorxur ki, birdən polis onu yolda saxlayar. O polis ki, cinayət işi onun əlindədir. Əlavə, maşını çox sürətlə sürməsi və sürəti ölçən əqrəbn göstərir ki. qanunlara uyğun əməl etməmişdir, bir tərəfdən maşının hərarətinin çox olması, sərnişinlərin yorğunluğu, onun cinayətkar olmasından xəbər verir. Belə bir halda sürücü özünü məğlub hiss edir ki, gərək törətdiyi cinayətlərin və qaçmasının cavabını versin.
Qurani-kərimdə oxuyuruq:
“Onlar elə xəyal edirlər ki, Allah övliyalarıdırlar. Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri (pis əməllərə, qazandıqları günahlara) görə heç bir vaxt (ölümü) diləməzlər.” (Cümə surəsi, 7)
Bəzən sürücü nə benzinin azlığından, nə yolun uzaqlığından, nə qəza hadisələrindən, nə də pis işlərin sahibi olmasından qorxur. Onun qorxu hissi keçirməsi mənzilə çatandan sonra onu nələrin gözlədiyi və başına nələr gələcəyinə görədir. Əgər pis işlərə giriftar olmayıbsa da, görəsən meyl və istəklərinə uyğun, ona mehribanlıq göstərəcəklərmi? Görəsən bir enişli-yoxuşlu yolları getmək bir qonaqlığa dəyərmi?
Əgər bilsə ki, getdiyi qaranlıq yoln axırı işıqlı səhər, işinin aqibəti növbənöv sonsuz nemətlərlə bəhrələnməkdir. Heç vaxt qorxusu olmayacaq.
Bu hədisə diqqət yetirin.
“Həzrət Əlidən (ə) sual olundu:
“Niyə ölümü sevirsən? Bəzən buyurursunuz ki, mənim ölümə olan əlaqəm, körpənin anasının döşünə olan əlaqəsindən daha çoxdur”. Cavabında buyurdu: “Çünki Allahın lütf və mərhəmətinin nümunələrini dünyada gördüm. Bu dünyada mənə bu qədər lütf və mərhəmət edən və məni məlaikələrin və peyğəmbərlərin yoluna tərəf şövqləndirən Allah, yəqin bilirəm ki, Qiyamət günündə də məni yaddan çıxarmayacaq. Bəli, o həssas gündə, mənim o böyük Allahın görüşündən və onun hüzurunda olmaqdan qorxum yoxdur”. (“Bihar”, 6-cı cild,səh.127)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter