Behİştdə hansı nemətlər vardır?


Qurani-kərimdə behiştin maddi və mənəvi nemətlərindən ətraflı şəkildədanışılmışdır. Səkkiz qapısı olan behiştdə, möminləri səkkiz böyük nemətin gözlədiyi bildirilmişdir:
1. Yamyaşıl behişt bağları, göz yaşı tək duru bulaqlar;
2. Bütün xəstəliklərdən və ağrılardan uzaq sağlamlıq;
3. Asayiş və əmin-amanlıq;
4. Kin-küdurətsiz, xəyanətsiz açıq ürək;
5. Məhəbbətlə müşayiət olunan qardaşlıq;
6. Taxtlarda üz-üzə əyləşib, kimsənin kimsəyə arxa çevirməməsi;
7. Yorğunluq və zəhmətdən uzaq təravət;
8. Mövcud nemətlərin əbədiliyi .
Maraqlıdır ki, bütün bu nemətlər təqvalı insanlara vəd edilir. Amma bu nemətlər haqqında eşidib, öz günahlarına peşman olan insanlar da məyus edilmir. Allah-təala Quranda belə buyurur: «Qullarıma xəbər ver ki, Mən, həqiqətən, bağışlayan və rəhm edənəm» .


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter