HƏDİSLƏRƏ GÖRƏ SƏCDƏNİN TƏ’SİRLƏRİ NƏDİR?


Səcdə Allah qarşısında kiçilmək və bəndəliyin ən üstün dərəcəsidir.İnsan səcdə qılmaqla özünü varlıqla həmrəng edir.
“Göylərdə və yerdə olanlar Allaha səcdə edərlər.
Həzrət Əli (ə) buyurur: “Birinci səcdə yə’ni, mən torpaqdanam! Səcdədən qalxmaq dünya həyatına işarədir. İkinci səcdə ölmək və torpaqda yatmaqdır. Səcdədən qalxmaq qiyamət səhnəsinə gətirilməyə işarədir.”

“Sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxaracağıq” ayəsi də bu nöqtəyə işarədir.Səcdə insanı Allaha yaxınlaşdırır, günahları təmizləyir, şeytanı məhv edir və insanı behiştə yola salır.

İndi isə bu barədə bir neçə hədisə nəzər salaq:
Bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: “Günahlarım çox, əməlim azdır.” Həzrət (s) buyurdu:“Səcdələrinin sayın artır. Çünki külək ağacların yarpağını tökdüyü kimi səcdə günahları tökür.”

Bir dəstə müsəlman Peyğəmbərin (s) yanına gəlib behişt üçün zəmanət istədi. Həzrət (s) buyurdu, bir şərtlə ki, uzun səcdələrlə bu işdə mənə kömək edəcəksiniz.

İmam Sadiq (ə) buyurur: “Səcdələrinizi uzadın. Çünki insanın səcdəsi şeytanı çox narahat edir. Şeytana əmr olundu ki, Adəmə (ə) səcdə etsin, o itaət etmədi. Lakin insan itaətkar oldu və nicat tapdı.”

İslam peyğəmbəri (s) öz yaxınlarından birinə buyurdu: “Əgər qiyamətdə mənimlə olmaq istəyirsənsə, Allah qarşısında uzun səcdələr et.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter