BƏRƏHUT BƏRZƏX CƏHƏNNƏMİNİN MEYDANIDIRMI (VƏ YA MƏZHƏRİDİRMİ)?


Vadiyüs-səlam xoşbəxt ruhların, Bərəhut səhrası (otsuz, susuz çöl) çirkin ruhların zühur məhəllidir. Aydınlıq üçün bir hədis ərz edirəm:
Bir gün bir kişi Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) məçlisinə daxil olub, qorxu, dəhşət içərisində dedi: Çox təəccüblü bir şey görmüşəm! Həzrət buyurdu ki, nə gördün? Dedi: Əyalım bərk xəstələndi. Mənə dedilər ki, Bərəhutdakı quyudan su gətirsən, sağalar. (Bəzi dəri xəstəlikləri həmin su ilə müalicə olunur.) Bir tuluq və bir qab götürüb oraya getdim. Çox dəhşətli səhra olsa da, qorxuma güc gəlib, quyunu axtarmağa başladım. Birdən yuxarıdan nə isə zəncir səsinə oxşarsəs verib aşağı endi. “Həlak oldum, mənə su ver”, deyən bir kişi gördüm. Qabı su ilə doldurub ona vermək istəyəndə, gördüm ki, bu kişinin boynundan zəncir var. Suyu verəndə onu yuxarı çəkdilər. Mən suyu qaba qaytaranda, o yenə gəldi və yenə də su vermək istəyəndə yuxarı çəkildi. Üç dəfə belə oldu. Mən qabın ağzını bağlayıb, ona su vermədim. Qorxumdan sizin xidmətinəz gəlim ki, görəm bu nə işdir?
Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Bu bədbəxt (qardaşını öldürmüş Adəm oğlu) Qabildir ki, Qiyamət gününədək həmin yerdə əzabdadır. Qiyamətdə isə Cəhənnəm əzabına yetişər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter