İ İNSANIN ƏMƏL NAMƏSİ NƏ ÜÇÜN ARXADAN VERİLİR?


Elə adamlar da vardır ki, əməl namələri arxadan verilir. Nə üçün? Burada iki ehtimal vardır: Əvvəla, əlləri arxadan bağlanmış adamın naməsini arxadan əlinə verər və başını çevirərlər. İkinci ehtimal budur ki, sol əlini sinəsinə batırmaqla, arxadan çıxarar, naməsini əlinə verib, başını çevirərlər, “naməni oxu” deyərlər. Vay olsun, qeybətlərini, böhtanlarını, yalanlarını, abırsızlıqlarını, günahlarını özü oxumalıdır. Sonra əza və üzvlərlə edilən günahlar uca səslə nalə çəkər: Vay olsun halımıza, ən kiçik və böyük əməllər bu kitabda yazılmışdır. Bütün etdiyi əməlləri qarşısında hazır görəcək. “Kəhf” surəsi, ayə 49: “Əməl dəftəri qarşısına qoyulacaq. Günahkarların orada yazılmış öz əməllərindən qorxduqlarını görəcəksən.”

ƏMƏL NAMƏSİNİ GÖRƏN ZAMANDAKI ŞİDDƏTLİ NARAHATLIQ

Bəziləri öz əməl namələrini gördükdə bədəninin bəndləri (oynaqları) bir-birindən qopar, gözlərindən çirk və qan tökülər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) rəvayətinə görə, nida yetişər ki, məgər namənizdə, etmədiyiniz əməlləri görürsünüz? Ərz edərlər: “Pərvərdigara, yox, hamısı doğrudur.” Sonra başlarını aşağı salarlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter