Haqq yolda ünvanımıza səslənən təhqİrlər və danlaqlara nə cavab verək?


Cavab: Bir şəxs icarəyə dəvə götürüb Qahirədən Əbbasiyyəyə gedirdi. Dəvənin cilovunu tutmuş dəvə sahibi müsafirinin tənhalığından istifadə edib onu məsxərəyə qoymuşdu. Qarşılarına çıxan bir şəxs üzünü müsafirə tutub dedi: “Eşitmirsənmi sənə nələr deyilir? Nə üçün dinmirsən? “ Müsafir dedi: “Əgər bu şəxs məni Əbbasiyyəyə çatdırsa, danışdığı sözlərin heç bir əhəmiyyəti yoxdur.”
“Mütəffifin” surəsində oxuyuruq ki, günahkarlar mö`minlərə daim gülür, yanlarından keçərkən naz-qəmzə edir, dalda da onları məsxərəyə qoyur, üz-üzə gəldikdə onları azğın adlandırırdılar. Amma mö`minlər əzmlə öz yollarına davam edirdilər. Qur`anda və`d olunur ki, mö`minlər kafirlərə gülər (Mütəffifin , 29-34) .


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter