Vəhabi firqəsi barəsində bir neçə sual?!

Vəhabi firqəsi barəsində bir neçə sual?!Vəhabi firqəsində olanlara bir neçə sual:
1-Sual: Vəhabi məzhəbi hansı məqsədlə yaradılıb? Cavab: Bu məzhəb İslam tarixini təhrif etmək, dini şüarları və hətta Peyğəmbərin qəbrinin günbəzini belə uçurub xarab etmək, islamı ifratçı, geriçilik və xurafatçı bir din kimi təqdim etmək, İslamın əsas mərkəzi olan Ərəbistandan əsil islamı yox etmək məqsədilə icad edilmişdir.
2-Sual: İbni Teymiyyənin Allah haqqındakı əqidəsi nədir? Cavab: İbni Teymiyyə Allahı cisim bilir, Onun əl, ayaq, göz, dil, ağız və məkanı olmasına inanırdı. O, ayə və rəvayətlərin zahirini əsas götürdüyü üçün Allahı göydə, taxt üzərində oturduğuna inanmışdı, eyni halda o, Allaha təşbih verməni də inkar edirdi...



Uca Tanrı həzrət İsaya (ə) dua etməyi öyrədir?

Uca Tanrı həzrət İsaya (ə) dua etməyi öyrədir? Mütəal Allah həzrət İsaya (ə) dua etməyin yolunu öyrədərək buyurur: “Ey İsa! Məni suda boğulmaqda olan bir şəxs və yardımçısı olmayan kəs kimi çağır.
Ey İsa! Qəlbini Mənim qarşımda ram et və Məni tez-tez xəlvətdə yad et. Onu bil ki, Mənim sevincim sənin şirin il işlətməklə Mənə doğru gəlməyindədir.
Mənə doğru ölü bir qəlblə deyil, canlı və sevinc dolu qəlblə gəl”.



Misir padşahı, Yusifə eşq elan etmiş arvadını nə üçün cəzalandırmadı?

Misir padşahı, Yusifə eşq elan etmiş arvadını nə üçün cəzalandırmadı? Yusifə meyl salmış qadın, onu yoldan çıxara bilmədiyini görüb, böhtana əl atdı. Lakin Misir padşahı hər şeyi bildiyinə ramən arvadını cəzalandırmaqdan vaz keçib, Yusifi zindana saldırdı. Padşahın arvadının xəyanətkarlığı bütün ətrafdakılara məlum olduğu halda, ixtiyar sahibi olan ərinin onu cəzalandırmaması ilk baxışdan təəccüb doğurur. Belə böyük bir xəyanət qarşısında Misir padşahı bir cümlə deməklə kifayətlənir: «Ey arvad, bağışlanmanı dilə, çünki, həqiqətən, günah edənlərdənsən». (Yusif/29.)
-Bəzi təfsirçilər padşahın rüsvay olmaq qorxusundan bu xəyanəti etdiyini deyirlər, -Əksər təfsirçilərin göstərdiyi ikinci səbəb, daha məntiqə uyğundur. Onların fikirincə, axirət dünyasına etiqadsız zalım başçılar, zahirdə özlərini qeyrətli-namuslu göstərsələr də, əsl həqiqətdə, onların xarakterində belə xüsusiyyətlər yoxdur. Dünya nemətlərinə görə millətə zülm edən, millətin qızlarının iffətini düşünməyən başçıların qeyrətli olduğunu zənn etməyə heç bir əsas yoxdur!...



Mömin şəxs əsasən gərək hansı məsələni unutmasın?

İmam Sadiq (ə) öz hədislərinin birində buyurur: İslam Peyğəmbəri (s) öz səhabələri ilə birlikdə səfərə çıxmışdı. Səfər zamanı onlar susuz və quru səhraya çatdılar. Peyğəmbər (s) öz səhabələrindən çör-çöp yığmaqlarını istədi. «Bura boş bir səhradır və yığılmağa heç bir şey gözə dəymir»-deyə səhabələr Peyğəmbərə (s) xitab etdilər. Peyğəmbər (s) buyurdu: Gedin və bacardığınız qədər yığın. Onlardan hər birisi bir az quru çöp tapıb Peyğəmbərin (s) hüzuruna gətirdilər. Peyğəmbər (s) bu səhnəni gördükdə buyurdu: «Günahlar da bu cür bir-birinin üstünə cəmləşir». Sonra o həzrət buyurdu: «Kiçik günahlardan qorunun. Çünki onların hamısı yazılıb saxlanılır». Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: Hər bir kiçik günaha israr etsən, onu böyük günah etmisən.



10000 dinar qızıl, yoxsa qəzaya getmiş sübh namazı?

10000 dinar qızıl, yoxsa qəzaya getmiş sübh namazı? Mərhum Məclisi belə bir hədis nəql edir: "Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və Həzrətə (ə) Şama ticarət üçün getdiyini söylədi və məsləhət verməsini istədi. İmam (ə) buyurdu: "Getmə”. İzahat vermədi. Bu kişi getdi və İmamın (ə) sözlərinə qulaq asmadı. Onun ticarəti bir neçə ay çəkir və Mədinəyə qayıdıb, İmamın (ə) xidmətinə gəlir və deyir: "Yəbnə Rəsulullah! Mən sizə qulaq asmadım, getdim və on min qızıl dinar qazandım”. İmam (ə) buyurur: "Mən öz məsləhətimin üzərində dururam. Sənə dediyim ki, getmə”. Dedi: "Niyə, yəbnə Rəsulullah?”. "Çünki bu arada sənin bir sübh namazın qəzaya getmişdir. Bütün o pul və dünyada olan bütün pulları bu namazın yerinə versən, əvəzini verə bilməzsən”. Allah Təala Quranda buyurur: "Ey insanlar, yer üzündə olan şeylərin halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir”. (Bəqərə/168-169).



Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?

Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi? İmam Kazim (ə) kəndli və qara simalı bir kişinin yanından keçirdi. İmam (ə) ona salam verdi və bir müddət onunla söhbət etdi.
Ayrılarkən ona buyurdu: “Hər vaxt bir köməyə ehtiyacın olsa, mən sənə kömək edərəm”. İmamın (ə) səhabələri dedilər: “Ey Peyğəmbərin övladı! Belə bir şəxsin yanında oturursan, ondan hacətləri və çətinlikləri barədə soruşursan? Halbuki, onun sənə daha çox ehtiyacı vardır (Yəni o, sənin yanına gəlməli və səndən xahiş etməlidir)”. İmam (ə) onlara buyurdu: “O, Allahın bəndələrindən biridir və Quranın hökmünə əsasən, bizim qardaşımızdır ki, Allahın şəhərlərində yaşayır. Biz onunla bir atadan; Adəmdənik. İslam adlı bir dinimiz vardır. Ola bilər ki, dövran bizi ona möhtac edər. Bəs, onun qarşısında təkəbbürlü olmaqdansa, təvazökar olaq”.



Atanın nifrini keçdiyi kimi ananın qarğışı insan həyatına nə belə təsiri var?

Atanın nifrini keçdiyi kimi ananın qarğışı insan həyatına nə belə təsiri var? Böyük əhli-sünnət alimi və məşhur “Kəşşaf” təfsirinin sahibi Zəməxşərinin bir hadisədə nəticəsində qıçı kəsilmişdi. O, Bağdadda böyük fəqih Damağani ilə görüşəndə bunun səbəbini belə açıqlayır: Anamın qarğışı mənim başıma bu müsibətin gəlməsinə səbəb olmuşdur. Mən uşaq vaxtlarımda bir sərçə tutdum. Onun ayağına bir ip bağladım və qanadlarını yolmağa başladım. Birdən sərçə əlimdən qaçdı və buna görə onun sol qıçı üzüldü.
Anam bunu biləndə çox narahat və pərişan oldu. Mənə qarğış edərək dedi: - O dilsiz heyvanın qıçını üzdüyün kimi Allah da sənin sol qıçını üzsün!
Bu hadisədən bir müddət sonra atdan yıxıldım və sol qıçım sındı. Həkimlər qıçımı kəsməkdən başqa bir əlac görmədilər. Bu, anamın qarğışının təsiridir.



Sədəqəni necə verək ki Həcc ziyarətinin savabı bizlərə yazılsın?

Sədəqəni necə verək ki Həcc ziyarətinin savabı bizlərə yazılsın? Yəsə ibni Həmzə nəql edir: “İmam Rzanın (ə) məclisində idik, Həzrət islamın şəriətindən söhbət edirdi. Bu zaman bir kişi gəldi və dedi: Həcc ziyarətindən gəlirəm yolda qalıb pulsuzam!! İmam Rza (ə) buyurdu: “Əyləş, Allah sənə lütf etsin”. Həzrət (ə) ayağa qalxdı və hücrəsinə daxil oldu. Bir neçə dəqiqə sonra qayıtdı və qapının arxasından buyurdu: “O xorasanlı kişi haradadır?”. Həmin kişi ayağa qalxdı və dedi: “Buradayam”. İmam (ə) qapının yuxarısından buyurdu: “Bu bir neçə dinarı götür və get! lazım deyil ki, mənim tərəfimdən sədəqə verəsən. Get ki, nə mən səni görürəm, nə də sən məni”. Xorasanlı kişi getdi. Süleyman İmama (ə) dedi: “Fədan olum, əta etdin, mehribanlıq etdin. Bəs niyə pul verən zaman özünü göstərmədin?”. İmam (ə) buyurdu: “Ondan qorxdum ki, hacətini yerinə yetirdiyim üçün xəcaləti üzündə görüm. Məgər Peyğəmbərin (s) bu kəlamını eşitməmisən ki, buyurub: “Yaxşı işini gizlədən insanın mükafatı 70 həccin mükafatına bərabərdir””.



İslam tibb elmini bir cümlədə xülasə etmişdir?!

İslam tibb elmini bir cümlədə xülasə etmişdir?! Sələbi öz təfsirində nəql edir: Harun ər-Rəşidin Bəxtişu adlı xristian, ancaq tibb elmində çox məharətli bir xüsusi həkimi idi. Bir gün Harun ər-Rəşidin hüzurunda Əli ibn Vaqidə dedi: - Sizin Quranınızda tibb elmi barəsində heç bir söz yoxdur. Halbuki, elm iki qismə ayrılır: 1. Din elmi. 2. Bədən elmi.
Vaqid dedi: - Allah-taala bütün tibb elmini Qurani kərimin yarım ayəsində xülasələndirib və buyurub: “Yeyin, için, israf etməyin”.
Təbib dedi: - Peyğəmbərinizdən tibb barəsində hədis varınızdır? - Əlbəttə! Peyğəmbər (s) bütün tibb elmini bir neçə qısa cümlə ilə bəyan edib: “Mədə bütün xəstəliklərin evidir. Pərhiz isə bütün sağlamlıqların başı. Hər bir bədənə adət etdirdiyinizi çatdırın!” Həmin xristian təbib dedi: - Sizin Quran və Peyğəmbəriniz, daha Calyənus üçün tibb qoymayıb.



Aşura axşamı yaxın adamlarından İmamı (ə) tərk edən oldumu?

Aşura axşamı yaxın adamlarından İmamı (ə) tərk edən oldumu? Aşura axşamından danışan tarixi mənbələrdə bildirilir ki, İmam (ə) öz adamlarına Kərbəladan getməyi təklif etdikdə heç kim bu təkliflə razılaşmadı. Onların şəhadətlə razılaşması İmamı dilə gətirdi: “Mən səhabələrimdən yaxşı səhabə, ailəmdən xeyirxah ailə tanımıram.” (“Vəqətül-təf”, s.197)
Eyni mənbədə bildirilir ki, Müslim, Hani və Əbdüllahın şəhadət xəbərindən sonra İmam öz ətrafındakılara buyurdu: “Ey mənim şiələrim, bizi xar etdilər! Bizi tərk etmək istəyən getsin. Belə ki, biz öz beyətimizi sizin üzərinizdən götürdük.” Sonra nəql olunur ki, İmamın (ə) döyüşçüləri dəstə-dəstə dağılışmağa başladılar. İmamın (ə) ətrafında Mədinədən onunla bir yerdə yola çıxmış kiçik bir qrup qaldı. Rahat həyat arzusu ilə İmama qoşulanların belə bir məqamda onu tərk etməsi təbii idi. Mötəbər mənbələrdə həmin andan sonra kimsənin İmamı tərk etməsi barədə məlumat yoxdur.




Öncəki
Sonrakı