Zəncİr və sİnə vurmağın dİnİ əsası varmı?
Zəncir vurma İrana Hindistan və Pakistandan gəlmiş ənənədir. Bəziləri bu işdə ifrata varıb, bədənlərini yaraladıqlarından bir qrup alim uyğun adəti haram buyurmuşlar. Amma bədənə ciddi zərər toxunmazsa, zəncir vurmağın eybi yoxdur....
Əzadarlıq-nİyə məhz ağlamaq?
Əhli-Beyt(ə) davamçılarının əsas xüsusiyyətlərindən biri İmam Hüseynə(ə) hər il təziyə saxlamaqdır. 14 əsrdir ki, müsəlmanlar eyni hadisəni hər il qeyd edərək İmam Hüseynə(ə) göz yaşı axıdırlar. 14 əsrdir ki, İslam müxalifləri məhz İmam Hüseynə(ə) əzadarlıqla mübarizə aparırlar ancaq heç bir şeyə nail ola bilmirlər. Çünki Hüseynsiz(ə) İslam, əməvilərin səltənətini möhkəmləndirən İslamdır.
Əba Əbdillahın (ə) şəhadətİnİn özəllİyİ nədədİr?
Alimlərin təbərrük buyuruşlarında qeyd olunur ki, İmam Hüseynin (ə) şəhadətinin çox sayda özəlliyi var. Dünyada çox qəhrəmanlıqlar, qəhrəmanlıq göstərən insanlar olub. Əba Əbdillah (ə) çoxlarından fərqli olaraq, adını tarixdə saxlamaq üçün deyil, Allaha bəndə olmaq üçün qəhrəmanlıq edib. ...
Kərbəla şəhİdlərİnİn sırasında azərbaycanlı olubmu?
Kərbəla səhrasında İmam Hüseynlə (ə) birlikdə vuruşub şəhid olmuş dəstə bir çox özünəməxsus cəhətləri ilə seçilir. Üzvlərinin sayı cəmi on nəfərlərlə ölçülən bu kiçik dəstədə 70 yaşlı qoca ilə həddi-büluğa yetməmiş uşaq, sağlam cəngavərlə təkayaqlı şikəst, qəbilə şeyxi ilə qulam yanaşı vuruşurdu. Kərbəla şəhidlərinin milli mənsubiyyətini də araşdırarkən eyni mənzərə ilə qarşılaşırıq.
Nə üçün İmam Hüseyn (ə) Müavİyənİn dövründə qİyam etmədİ?
Bəni-Üməyyə tayfasının hakimiyyətə gəldiyi gündən bəri törətdiyi qarət və cinayətlər günbəgün müsəlmanların qəzəbinə səbəb olurdu. Dövlətdə yaranmış hərc-mərcliklər nəticəsində hətta bir qrup müsəlmanlar hiddətlənərək bu tayfanın şeyxi, üçüncü xəlifə olan Osmanı qətlə yetirdilər. Osmanın bir qrup müsəlmanlar tərəfindən öldürülməsi, əslində Bəni-Üməyyənin hiyləgər siması olan Müaviyə ibn Əbu Süfyanın xeyrinə tamamlandı.
Nəyə görə İmam Hüseyn Yezİdə qarşı qİyama qalxdı?
İmam Hüseynin (ə) Müaviyənin ölümündən sonra Yezidin hökumətinə qarşı qiyama qalxmasının üç əsas amili var idi:
Birinci: Yezidin İmamdan (ə) beyət tələb etməsi:
İmam Hüseyn (ə) Müaviyənin cinayətlərini və məkrli fəndlərini xalqa açıqlasa da, Müaviyə öz məsləhətinə görə İmamı (ə) öz qarşısında toxunulmaz bir mövqe sanırdı. Müaviyə bu siyasətini ömrünün axırınacan davam etdirdi.
Aşura qİyamında Əhlİ-beyt (ə) xanımlarının rolu nə oldu?
Keçmiş cavabda aydın oldu ki, Kərbəla inqilabının öz ali hədəflərinə çatması və lazımı nəticələri əldə etməsi üçün iki mərhələnin tamamlanması zəruri idi. Birinci mərhələdə İmam Hüseynin (ə) Yezidə beyət etməyib qiyama qalxması, insanları inqilaba çağırması və İslam ümmətinin yatmış qeyrətini oyatmaq üçün öz tərəfdarları ilə birgə məzlumcasına şəhid olması idi. .....
Kərbəla qİyamında qadınların nə kİmİ rolu olmuşdur?
Məhəmməd peyğəmbərin (s) gəlişi ilə cəmiyyətdə tam insani hüquqlu şəxsiyyətə çevrilən qadınlar daim İslam dininin inkişafı və müdafiəsi yolunda özünəməxsus əhəmiyyətli rol oynayaraq, böyük nüfuz qüvvəsinə malik olmuşlar. ....
İmam Səccadın (ə) Kərbəla qİyamında rolu nə olmuşdur?
Bildiyiniz kimi İmam Səccad (ə) Kərbəla faciəsi zamanı xəstə olmuşdur. Onun xəstəliyinin səbəbi də ilahi məsləhət idi(1). Çünki o, sağ qalıb İmamət vəzifəsini öhdəsinə almalı, davam etdirməli idi. Həmçinin keçən bəhslərimizdə işarə etdiyimiz kimi Kərbəla qiyamını tamamlayan ikinci mərhələnin layiqincə yerinə yetirilməsini təzmin etməli idi. ...
Əhlisünnənin Kərbəla hadisəsi haqda nəzərlərİ nədİR?
Kərbəla inqilabı xüsusən də İmam Hüseyn (ə) və onun dostlarının şəhadəti barədə irəli sürülən bəhslərdən biri Əhli-sünnə arasında qədim zamanlardan bəri diqqət mərkəzində olub müxtəlif mənbələrdə təkidlə xəbər verilən Kərbəla inqilabının nətəcə və kəramətləridir. Bu nəticə və kəramətləri xəbər verən mənbələrin həcmi elə bir miqdardadır ki, ötəri olsa da belə onları ortaya qoyub araşdırmağı zəruri sayır.