Niyə şərab içənin namazı 40 gün qəbul olmur? İmam Rzanı (ə) izahı


Hüseyn ibni Xalid nəql edir: “Həzrət Rzanın (ə) xidmətində ərz etdim: “Bizim üçün nəql edilibdir ki, Peyğəmbər (s) buyurmuşdur: “O kəs ki, şərab içər, namazı 40 gün qəbul olunmaz”. Bu hədis doğrudurmu?”. İmam (ə) buyurdu: “Hədisi nəql edənlər doğru nəql ediblər”. Ərz etdim: “Bəs niyə namazı 40 gün qəbul olmaz, nə az və nə də çox vaxtda deyil?”. Həzrət (ə) buyurdu: “Ona görə ki, Allah Təala insanın xilqətini bu cür təqdir etmişdir: nütfəni 40 gündən sonra icad edər və sonra onu sonrakı mərhələyə keçirər. 40 gündən sonra ələqəyə (qan laxtasına) çevirər və sonrakı mərhələyə keçirər. 40 gün sonra muzğəfəyə (ət parçasıdır ki, üzərində yaşıl damarları olar) çevirər və bu cür son mərhələsinə qədər...


Xristian dinində şərabın hökmü necədir?


Şərab içmək hələ Həzrət Adəmin (ə) zamanından haram buyurulmuşdur. Mömin insanlar həmişə ondan çəkinmiş və başqalarına da qadağan etmişdilər. İslam dinində də şərab içmək haramdır. Bəs xristian dinində şərabın hökmü necədir?
İndiki xristianlar şərab içməyi caiz bilirlər. Ancaq dinin əsil formasında şərab haram olmuşdur. Allah Təala öz dinini ağıl üzərindən nazil etmişdir. Ancaq şərab ağlı xarab edir. O zaman ki, insanın ağlı xarab olar – hər bir cinayəti etməyə qadir olar. Bu isə Allah dininə uyğun gəlmir. Ona görə də qətiyyən demək olmaz ki, xristian dinində şərab içmək caizdir.
Şərabın bütün dinlərə haram olması ilə bağlı hədislərdə oxuyuruq ki, adətən Allah bir hökmü verən zaman onu cəmiyyətdə tədrici həyata keçirərdi. Eləcə də şərabın haram olmasını. Şərab ümumiyyətlə haramdır. Ancaq onu insanlara birbaşa demək – onlarda əks reaksiya yarada bildiyi üçün Allah onu tədrici olaraq haram buyurmuşdur. Çünki əks halda zəif insanlar dindən xaric ola bilərdilər...


Xristian dinində hicab varmı?


Xristian alimlərindən olan Corc Zeydan deyir: “Əgər hicabda məqsəd bədəni örtməkdirsə, bu vəziyyət İslam dinindən əvvəl və hətta xristian dinindən əvvəl də adi hal idi. Onun təsirləri indi də Avropada qalmaqdadır”. Xristian dini hicabı nəinki qadağan etmədi, əslində onun şərtlərini daha da sərtləşdirdi. Xristian dini qadınları fəsaddan qorumaq üçün və cinsi təhrikləri aradan qaldırmaq üçün hicabı vacib buyurmuş və qadının bəzənməsini qadağan etmişdir.
Bu haqda İncildə deyilir: “Həmçinin qadınlarınızı həyalı paltarlar ilə bəzəyin, nəinki qızıl, mirvari və bahalı şeylərlə”. “Ey qadınlar! Ərlərinizə itaət edin. Zahiri zinətə əlaqə göstərməyin. Saçlarınızı hörməyə, qızıla və paltar geyinməyə (bahalı) meyillənməyin. Bəlkə fasid olmayan paltarda batini qəlb insaniyyəti, Allah yanında daha dəyərlidir”.
Həzrət İsa (ə) buyurur: “Qadınlara baxmaqdan çəkinin. Çünki qəlbdə şəhvəti cücərdər. Elə bircə bu, baxan insanda fitnə yaratmağa kifayət edər”. Həvarilər və onlardan sonra Roma Papaları qadınları hicab taxmağa və bəzənməkdən uzaq olmağa dəvət edərdilər....


Islam maarifinə əsasən hansı əməllər insan qəlbinə rahatlıq və nuranilik gətirər?!


Qəlb – Allahın məkanıdır və müqəddəs yerdir. İnsan çalışmalıdır ki, bu məkanda Allahdan qeyrisini sakin etməsin. Əgər insanın qəlbi ancaq Allahla olarsa, qəlbini elə nur əhatə edər ki, başqa bədən üzvlərinə də təsir qoyar. Bəs nə edək ki, qəlbimiz həmişə nurani və Allahla olsun? Qəlbi dirçəldən və aydınladan əməlləri yerinə yetirmək. O cümlədən:
1. Alimlərlə ünsiyyətdə olmaq. “Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır)”. (“Ənkəbut” 43).
2. Dostlarla görüşmək. “Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar”. (“Tövbə” 71).
3. “Tövhid” (“İxlas”) surəsini çoxlu demək. 2. Az yemək. 3. Alimlərlə yoldaş olmaq. 4. Gecə namazı qılmaq. 5. Namaz qılmaq üçün məscidə getmək.


Niyə bəzən ailədə pulun bərəkəti olmur?


Ayətullah Fatimi Niya buyurur: “Münaqişə və davalar batini nuru söndürər. Bir çox halsızlıqlar və sevincin olmaması münaqişələrə görədir. Çox az ev vardır ki, orada kobudluq olmaz. Gün ərzində çox az evdə dava olmaz. Buna görə bərəkət evdən gedər. Hətta əgər sən haqlı olsan belə, cüzi və şəxsi mövzularda münaqişə etmə. Çünki münaqişə küdurət gətirər”. Həzrət İmam Sadiqdən (ə) nəql edirlər: “Münaqişə etməkdən çəkinin ki, qəlbi məşğul edər. Nifaqa səbəb olar, kin yaradar”.
İmam Əli (ə) buyurur: “O kəs ki, münaqişə etməkdə həddi aşar – günahkardır. O kəs ki, münaqişə etməkdə səhlənkarlıq edər – (özünə) zülm etmiş olar. Dava edən İlahi təqvaya malik ola bilməz”. İmam Baqir (ə) buyurur: “Münaqişə dini məhv edər, əməli batil edər, şəkk və şübhə yaradar”. İmam Sadiq (ə) buyurur: “Din barəsində münaqişə etməkdən çəkinin ki, o qəlbi Allah Təalanı yada salmaqdan saxlayar. Nifaqa səbəb olar, kin yaradar və yalanın qapılarını açar”...


Lənət oxumaq (nifrin etmək) olar, yoxsa yox?


Cavab: Bir sıra Quran ayələrində lənət oxunması ilə rastlaşırıq: “Zalımlara Allahın lənəti olsun”; “ Allah kafirlərə lənət etmişdir”; “Onların əhdi pozanlarını lənətlədik”; “Şübhəsiz ki, Allah Onu və Onun peyğəmbərini incidənləri dünya və axirətdə lənətləmişdir.”
İslam Peyğəmbərinin (s) müəyyən şəxslərə lənət oxuması barədə rəvayətlər də vardır. Həzrət (s) sələmçiləri, ananı övladdan ayıranları, qadın paltarı geyən kişiləri lənətləmişdir.İslam dinində nifrinin varlığını həm şiələr, həm də sünnilər qəbul edir...


Quranın Peyğəmbərə (s) Allah tərəfindən nazil olmasının dəlili nədir?


Cavab: Bu iddianın isbatı üçün dörd məsələ nəzərdən keçirilməlidir:
−Quran Allah kitabıdır. −Quran təhrifdən uzaqdır. −Vəhydə xəta yoxdur. −Həzrət Peyğəmbər (s) məsumdur.
Quran üç baxımdan ecazkardır. Onun sözləri, mənaları və onu gətirən şəxs ecazkardır. Quranda sözlərin nizamı hal-hazırda bütün tədqiqatçılar tərəfindən qeyri-adi dəyərləndirilir. Quranın mahiyyət baxımından ecazkarlığı onda heç bir ziddiyyətin olmamasıdır. İnsan tərəfindən yazılmış ən dəyərli kitablarda belə kifayət qədər ziddiyyət olduğu halda, Quranda bu günədək zərrəcə ziddiyyət qeydə alınmamışdır. Quranın nazil edildiyi həzrət Məhəmməd (s) ona görə ecazkardır ki, yazıb-oxumağı bacarmadığı halda, ən incə zövqləri riqqətə gətirən ayələr söyləmişdir.


Peyğəmbər və Məsum imamlar adi insanlardan nə ilə seçilir?


Cavab: Məsumlar özlərini “insanlardan üstün yox, insanların üstünü” kimi tanıtdırmışlar. Böyük peyğəmbərlər müxtəlif məqamlarda buyururlar: “Biz də sizin kimi bir bəşərik.” Onlar başqaları kimi zəhmət çəkmiş, ruzi qazanmış, yorularkən istirahət etmiş, acı hadisələrdən qəmlənmişlər.
Məsumluq (günahsızlıq) insanın öz ixtiyarındadır. Əgər bu xüsusiyyət vergi olsaydı hansı əsasla İmamlar ideal seçilməlidilər?! Quran buyurur: “Əgər yer üzündə gəzib dolaşanlar mələklər olsaydı, şəksiz, onlara mələk peyğəmbər göndərərdik.” Ayədən məlum olur ki, yer üzündə yaşayan insanlara onların özləri kimi peyğəmbər göndərilmişdir. Allah peyğəmbər və İmamların başqalarından üstünlüyünü əvvəlcədən bildiyi üçün onlara öz elmindən verərək başqaları üçün nümunə etmişdir...


Cansız cəsəd qəbirdə necə əzab çəkə bilər?


Cavab: Qəbir əzabı həm cismə, həm də ruha aiddir. Amma bu cism adi cismdən fərqlənir. Maddi bədəni tərk edən ruh “bərzəx bədəni” adlanan bir bədənə daxil olur. İnsan yatdığı vaxt ruhun maddi bədənlə əlaqəsi son dərəcə zəifləyir və o, bərzəx bədəninə oxşar bədənlə hərəkət edir.
Həmin bədən görür, eşidir, danışır, ağrını hiss edir. Yuxuda insanın hərəkəti bərzəx bədəninin varlığına sübutdur. Ruh bədəni tərk etdikdən sonra bərzəx dünyasına daxil olur. Amma torpaq qəbir və cansız ruh arasındakı əlaqə kəsilmir. Qəbir ziyarəti, qəbir üstə oxunan dualar həmin əlaqəyə əsaslanır.
Qəbir əzabı dedikdə torpaqda basdırılmış cəsədin yox, bərzəx bədəninin əzabı başa düşülür...


Doğrudurmu ki, ölülər cümə günü azad edilir?


Cavab: Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir. İshaq ibn Əmmar İmam Kazimdən (ə) “möminin ruhu ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: “Bəli. Bu iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu ziyarət baş tutur. Möminlə gələn mələk onu qəmgin edəsi səhnələri gizləyir.” İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən də möminin ruhu öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz səhnələr isə ondan gizlədilir.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter