Xəstə ziyarətində hansı vəzifələrə əməl olunmalıdır?
Xəstəlik elə bir şeydir ki, ona hamı düçar ola bilər. Xəstə olan hər bir insan həm cismi və həm də ruhi cəhətdən ehtiyaclı olar. Sağlamlığına qovuşmayınca cəmiyyətın faydalı bir üzvü ola bilməz. Hər kim xəstə mömini ziyarət edər, Allahı ziyarət etmiş olar. (Tebyan) - İslam məktəbində xəstə ziyarətinin xüsusi əhəmyiyəti vardır. Bu yaxşı əməl həmişə Allahın razılığına səbəb olmuşdur. Rabitələrin möhkəmlənməsində və qardaşlıq əlaqələrinin səmimi olmasına çox təsir qoyar. O kəs ki, xəstə ziyarətinə gedər, söz və rəftarı ilə həmin xəstənin sağalmasına təsir qoya bilər. Ziyarət edənin bəzi vəzifələri bunlardır: 1. Ürəyini almaq. Xəstənini yanında əyləşmək, halını soruşmaq dərdinə təskinlik verər. 2. Həmdərd olmaq. 3. Hədiyyə vermək. 4. Dua. İslam dininin nəzərinə görə həkim və dərmanlar sadəcə bir vasitədir. Həqiqi şəfa verən Allahdır. İmam Kazım (ə) buyurur: “Nə zaman sizlərdən biri xəstə olsa, 5. Xəstəni yedizdirmək. 6. Ziyarət zamanına riayət etmək.
Allahdan tofiqi (yardimi) necə qazanaq?
Quran ayələrində və hədislərdə İlahi tofiqə işarə olunmuşdur. “Mənim uğurum yalnız Allahın köməyi ilədir”. (“Hud” 88). İmam Əli (ə) buyurur: “Allah bəndələri! Allahdan tofiq istəyin, çünki tofiq - möhkəm təməldir”. Yəni tofiq ilahi inayət və köməkdir ki, bəndəlikdə dayanıqlı olaq. İlahi tofiqi qazanmağın yolları ibarətdir: 1. Təqva. İbadət tofiqinə səbəb olan amil - təqva və günahı tərk etməkdir.maqdır. 2. Tövbə. (“Hud” 3). Bəli, istiğfar etmək insana ruzi gətirər. Həm maddi və həm də mənəvi. Mənəvi ruzi isə tofiqatdır. 3. Səy. Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69). - Bu ayədə adı çəkilən cihad - iman və təvqa əldə etmək üçün səy və çalışmaqdır. İmam Rza (ə) buyurur: “Hər kim Allahdan tofiq istəyər, halbuki səy etməz, özünə istehza etmiş olar”.
Əməllərin qəbul olmasının nişanəsi nələrdir?
Əməlin qəbul olması o deməkdir ki, insanı Allaha yaxınlaşdıra bilsin. Çünki dinin həyatdakı hədəfi - İlahi qürbə çatmaqdır. Ona görə də o əməl ki, insanı Allaha yaxınlaşdırar, qəbul olan əməl olar. Mömin üçün hər bir əməlin meyarı Quran və Məsumların (ə) sünnətidir. (Tebyan)
Allah tərəfindən qəbul olan əməllərin nişanələri ibarətdir: 1. Nə zaman insan yaxşı bir iş görməyə müvəffəq olsa, bu əməl sonrakı yaxşı əməl üçün zəminə olar. Buna tofiq deyilir. Yəni hər bir xeyir əməl insana növbəti xeyir əməl üçün tofiq nəsib edər. 2. Mənəvi xoş hal, rəğbət, ibadətə meyl, dua, xeyir işlərə batini cazibə - əməlin qəbul olmasının başqa nişanələrindəndir. 3. Baxmaq lazımdır ki, bir yaxşı əməl insanı günaha düçar olmaqdan nə qədər müddətə qoruya bilər. Bu, əməli ölçmək üçün yaxşı meyardır. Misal üçün biz namaz qılırıq, baxaq görək namazdan sonra nə qədər müddətə günah işlətməyəcəyik.
Məhdi (ə) zühuru zamanı nemətlərin fəravanlığdan yazın?
Əhli-beyt (ə) davamçılarının təfəkkürü belədir ki, Həzrət Qaimin (ə.f) ədalətli hökumətinin tez bir zamanda qorulmasının intizarını çəkir. Bu, elə bir cəmiyyətdir ki, qasitinlərin (zalımlar), mariqinlərin (dindən çıxanlar), nakisinlərin (əhd-peymanını pozanlar) varlığından azad olacaqdır. Vahid və mömin bir cəmiyyət olacaq. (Tebyan) Bu cəmiyyətin hər bir üzvü kamala çatar və sülh, səfa və səmimiyyət hər yeri bürüyər. Allah da Öz bərəkətini yerə nazil edər. Rəhməti və bərəkəti o qədər çox olar ki, cəmiyyətin bütün üzvlərinə çatar. Nəticədə bütün giriftarlıqlar, qəhətlik və aclıqlar sona çatar. ...
Allah qorxusu insana nə üçün lazımdır?
Möminin ən yaxşı sifətlərindən biri - Allah qorxusudur. Allah qorxusu bütün əxlaq fəzilətlərinin mənbəyi ola bilər. Həmçinin Allah qorxusunun olmaması insanı əxlaq rəzilliklərinə düçar edər. O bəndə ki, Məbdə və məada inam bəsləmir, Allahdan və axirət əzabından qorxmur, bütün İlahi əmrlərə qarşı çıxar və dünyaya bağlanar. Bütün insani dəyərlərdən məhrum olar. Lakin əgər iman güclü olarsa, insan özünü axirət evi üçün hazırlayar. (Tebyan) Allah qorxusu üç növdür: 1. Allah Təalanın əzəmət, Cəlal sifətlərindən qorxmaq. Bu növ qorxu xəşiyyət adlanır. 2. Bəndənin öz günahlarına görə qorxusu. 3. Yuxarıda deyilənlərin hər ikisindən qorxmaq.
İmam Zaman ağamızın (ə.f) möcüzələrindən bir neçəsinə işarə edin?
Məsum İmamlar (ə) adətən öz İmamət dövründə möcüzələr göstərərdilər ki, insanlar onun İmam olduğuna inansınlar. İmam Zamanın (ə.f) zühurdan sonra edəcəyi bəzi möcüzələrə nəzər salacağıq. (İslami saytlara istinadən) İMam Zamanın (ə) bəzi kəramətləri (ona məxsus olamaqla heç kəsdən görünməmişdir: 1. Quru çubuğu yaşıllaşdırmaq. 2. Möhkəm daşı yumşaltmaq. 3. Həzrətin (ə.f) əmri ilə quş danışacaq. 4. Suyun qaynaması və yerdən çıxan azuqə. 5. Teyyul-ərz. Bu mənada ki, bir dəstə zikrlər var ki, dünyada bir məkandan uzaq məkana tez bir zamanda keçməyə kömək edir. 6. Zaman yavaş hərəkət edəcək. 7. Təkbirin qüdrəti. 8. Sudan keçmək. 9. Buludun səsi. və ...
Quranın hansı surələrini oxumaqla ruzi artır?
Ruzinin artıb azalması Allahın əlindədir. “Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar”. (“İsra” 30). Hədislərimiz ruzini artırmaq üçün bu surələri oxumağı tövsiyə edir. 1. “Vaqiə” surəsi. 2. “Huməzə” surəsi. 3. “Ləyl” surəsi. 4. “Muzəmmil” surəsi. Peyğəmbər (s) buyurur: “Hər kim “Muzəmmil” surəsini oxuyarsa, dünya və axirətdə çətinlik ondan götürülər”. 5. “Zariyat surəsi”. 6. “Mumtəhənə” surəsi. 7. “Nəcm” və “İbrahim” surəsi də ruzinin artması üçün tövsiyə olunur. Əlbəttə, bunu qeyd etmək lazımdır ki, ruzi qazanmaq üçün səy etmək lazımdır. Ticarət və başqa sahələrdə elm öyrənmək və məsləhətləşmək ruzinin artmasına yardım edər. (Bunu da qeyd edək ki, hədislərin tövsiyələrinə diqqət etməklə ruzilərimizin halal və bərəkətli olmasına kömək edə bilərik ki, halal ruzi insanın xoşbəxtlik simvoludur).
Qeyri-müsəlman ölkənin vətəndaşlığını alıb dövlət icra orqanlarda işləmyin hökmü necədir?
Cavab: Əgər dövlət işlərinə daxil olmaq fəsad bünövrəsi olmasa, haram iş görməklə sonuclanmasa və eləcə də vacibdən üz döndərmək kimi bir işlərlə sonuclanmasa eybi yoxdur.
Ölkə yol qanun-qaydalarında işləyən şəxsin qanun pozuntuluğunu görür lazımi orqanları xəbərləndirməsi qarşı tərəfə ziyan vursa hökm necədir?
-Cavab: Cəmiyyətin nizam-intizamı üçün yazılmış qanun-qaydalara hər halda riayət etmək (ölkəsindən aslı olmayaq bütün sürücülərə) vacibdir. Baxmıyaraq ki, bu qanunlar cəmiyyətin xeyrinə qeyri-müsəlman ölkələrində yazılmış olsun. Halal öhdəliklər qarşısında (şəri icazəli olan hər bir iş qarşısında) aylıq maayış almağın heç bir eybi yoxdur.
Qeyri müsəlman ölkələrində öhdəliklər qəbul etməyin hökmü necədir?
Cavab: İcazəliyi bu şərtə bağlıdır ki, işin özü özlüyündə icazəli öhdəlik və vəzifə olmuş olsun.