Ramazan ayında zərurət üzündən 3 dəfə dərman içən şəxsin hökmü necədir?


Ramazan ayında zərurət üzündən 3 dəfə dərman içən şəxsin hökmü necədir? Ramazan ayında məcburiyyət və zərurət üzündən mütəxəssis həkimin tərəfindən gündə 3 dəfə dərman içmək lazımlı olsa, xəstəliyinin həlli buna bağlıdırsa oruc tutması haramdır. Dərmanları qurtarandan sonra və ramazan qurtarmış olsa ramazan ayının təkcə qəzalarını tutmaq ona vacib olur.


Oruclu halda diş fırçalamağın hökmü necədir?


Oruclu halda diş fırçalamağın hökmü necədir? Oruclu halda dişləri pasta ilə yumağın eybi yoxdur. Amma diqqət etmək lazımdır ki, ağız suyu diş pastası ilə birlikdə qarışıb boğaza getməsin.


Oruc tutan şəxsin səhv üzündən bir şey yediyini görsək təzəkkür vermək vacibdir?


Oruc tutan şəxsin səhv üzündən bir şey yediyini görsək təzəkkür vermək vacibdir? Əgər bir oruc tutan şəxsin səhv və unutqanlıq üzündən orucu batil edən (yemək yediyini) əməli gördüyünü görsəniz ona oruclu olduğunu demək sizə vacib deyildir.


Ramazan ayında orucluqdan faydalanmaq üçün hansı tövsiyələr olunur?


Ramazan ayında orucluqdan faydalanmaq üçün hansı tövsiyələr olunur? Ramazan ayı, oruc tutan mömin şəxslər üçün çox dəyərəli Allahın dəvət etdiyi qonaqlıq, bərəkət və rəhmət qazanmaq ayıdır. Bu aydan yaxşı faydalanmaq üçün İslam təlimlərində tövsiyələr gəlmişdir. Ibarətdirlər: Birinci tövsiyə: Hər müsəlman şəxsə tövsiyə olunur ki, bu ayda dini elm və mərifətini artırmaqda ciddiliyi daha da artırsın. İkinci tövsiyə: Bu ayda başqa aylara nisbətən ibadət və duaları çoxaltmaq, Bu ayda ilin başqa aylarında edilən vacib və müstəhəb əməllərdən başqa, Allahın razılığını qazandıran əməllər gəlmişdir. Üçüncü tösviyə: Yatıb dincəlməyə diqqət etməyin lazımlığı. Ramazan orucluğunun bərəkətindən yaxşı bəhrələnmək üçün olan başqa tövsiyələr: 1-Haramlardan çəkinmək, 2-Neçə dəqiqəlik Quranda təfəkkür etmək, 3-Ruhiyyəyə uyğun dualar oxumaq, 4-Boş vaxtlarda zikr deməkdən uzaq qalmamaq, 5-Həmişə dəstəmazlı olmağa çalışmaq, 6-Gecə-gündüzləri imkan həddində ibadətlə keçirmək, 7-Məscid, hüseyniyyələrdə Mövizə, dini maarifləndirmə və şəriət mərasimlərində iştirak etməyə diqqət etmək. 8-Ağır idman sisteminə yaxınlaşmamaq, 9-Səhər və iftar zamanı çox yeməkdən uzaq durmaq, 10-Yersiz vaxtını xərcləməkdən uzaq qalmaq,


Oruc tutan şəxsin ağzından qan gəlsə, orucu batil olarmı?


Oruc tutan şəxsin ağzından qan gəlsə, orucu batil olarmı? Bununla oruc batil olmaz, amma vacibdir ki, qanın boğazına çatmasının qarşısını alsın.


Hamiləliyin ilk aylarında qadına oruc tutmaq vacibdirmi?


Hamiləliyin ilk aylarında qadına oruc tutmaq vacibdirmi? Təkcə hamiləliyin orucun vacibliyi üçün hеç bir manеəsi yoxdur. Amma oruc tutmaqla qadının özü və ya bətnində olan uşağı üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl qəbul еləyən bir еhtimaldan doğsa, onda o qadına oruc tutmaq vacib dеyildir.


Televiziyadan elan olunan orucluğun başlanması nəqədər qəbul olunasıdır?


Televiziyadan elan olunan orucluğun başlanması nəqədər qəbul olunasıdır? Əgər şəhərlərin birində şəvvalın ayı görünməsə, amma radio-tеlеviziyada ayın görünməsi еlan olunsa, onunla kifayətlənmək olarmı, yoxsa bu işdə tədqiqat aparmaq lazımdır? -- Cavab: Əgər ayın görünməsi barədə xatircəmlik hasil olunsa və ya bu hökm vəliyyi-fəqih tərəfindən vеrilsə, onda kifayət еdər və tədqiqata еhtiyac yoxdur.


Həyatı yaxşılaşdırmaq üçün 5 tövsiyə nələrdir?


Həyatı yaxşılaşdırmaq üçün 5 tövsiyə nələrdir? İnsan həyatında nəsihətə ehtiyac duyur. Bu yolda Məsumlardan (ə) yaxşısını tapmaq mümkün deyildir. Həyatda daha yaxşı yaşamaq üçün onların nəsihətinə qulaq asaq və əməl etməyə çalışaq. Islam təlimlərində deyilən tovsiyə ibarətdirlər: -Birinci tövsiyə. Haqqı demək - İslam dininin ən çox əhəmiyyət verdiyi mövzulardandır. İkinci tövsiyə. İmam Əli (ə) Kumeyli təvqalı insanlarla dost olmağa dəvət edir. Üçüncü tövsiyə. Məsumlar (ə) həmişə dostluğa və onun keyfiyyətinə çox əhəmiyyət veriblər. Dördüncü tövsiyə. Çox təəssüf ki, müasir həyatda rast gəldiyimiz insanların bəzəsi zahirdə gözəl görünsə də, daxildə xəbis və ikiüzlüdürlər. Bu cür insanlarla ünsiyyət zamanı diqqətli olmaq lazımdır. Çünki onlar yaxşı sirdaş deyildirlər. Beşinci tövsiyə. Məsumların (ə) beşinci tövsiyəsi budur ki, xain insanla yoldaş olmayaq.


Allahın ən böyük möcüzəsi nədir və çox dəyərlidir?


Allahın ən böyük möcüzəsi nədir və çox dəyərlidir? Əgər sual olunsa ki, Allahın ən böyük möcüzəsi nədir? Deyərik ki, insan. İnsan çox qəribə bir varlıqdır. Kiçik bir cisimdə qərar tutmasına baxmayaraq, bu qədər elmi daşımaq qabiliyyətinə malikdir. (Tebyan) Necə ki Qurani-Kərimdə gəlmişdir: \"Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki, biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik». Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm»”. (\"Bəqərə\" 30). Belə dəyərli olduğumuz haldan başqa və onun yolunda qeyri yola ömrü xərcləmək nə həddə doğrudur?


Möminə mehribanlığın gətirdiyi faydalar nələrdir?


Möminə mehribanlığın gətirdiyi faydalar nələrdir?Mehribanlığın gətirdiyi nəticələr: 1-Xeyir və bərəkət. Mehribanlıq həyatda bərəkətə o qədər müsbət təsir edir ki, Həzrət Peyğəmbər (s) onu bərəkət mücəssiməsi kimi tanıtmışdır. 2-Xoşbəxtlik. Mehribanlığın gətirdiyi nəticələrdən biri budur ki, onun vasitəsilə xoşbəxt yaşamaq mümkündür. O kəs ki, mehribanlıq etməz, əlində olandan da bəhrələnə bilməz. Ancaq o kəs ki, mehribanlıq edər, ən azı əlində olanlardan bəhrələnər. 3-Asayiş. Bu cəmiyyətdə heç kəs başqasının rəftarına görə rahat ola bilmir. Belə ki, insan çirkin iş görən zaman özünə ziyan vurduğu kimi ətrafındakılara da ziyan vurar. Ancaq əgər mehriban olsaq, onlar bu təhlükədən uzaq olarlar. 4- Məhəbbət. Heç kəs iztirablı və gərgin həyatı sevməz. Hər kəs bu həyatda hüzur istəyər. Bu da mehribanlıq vasitəsilə hasil olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter