Həkimin qadağası ilə oruc tutmayan şəxs, sonralar əksinə yəqin etsə, vəzifəsi nədir?
Əgər həkim bir xəstəyə deyə ki, oruc tutmaq sizin üçün zərərlidir, və o da bu sözlə oruc tutmaya, amma bir neçə ildən sonra başa düşə ki, oruc tutmaq onun üçün zərərli deyilmiş, və həkim təyin etməsində səhvə düçar olmuşdur. Tutmadığı orucların qəzası və kəffarəsi varmı sualını Xamenei həzrətlərinin cavabı:?
Əgər mütəxəssis, əmanətdar və ya xəstəliyini oruc tutmağa ağıl qəbul edən maneə olaraq qəbul edərək, oruc tutmasa, belə vəziyyətdə tutmadığı orucların təkcə qəzası onun öhdəsinə düşür.
Nəcis su ilə qüsl almış oruc tutanın hökmü necədir?
Əgər bir şəxs ramazan ayında nəcis su ilə qüsl ala (və elə hallı) bir həftədən sonra başa düşə ki, qüsl aldığı su nəcis imiş, namaz və orucunun hökmü bu müddətdə necə olur sualını Xamenei həzrətləri belə cavablandırır:
\"Nəcis su ilə qüsl almış şəxs elə hallı bir müddət namazı qıldıqdan sonra başa düşə su nəcis imiş, namazı batil və qəzası vacibdir. Amma Nəcis su ilə qüsl alıb oruc tutan şəxsin bilmədən olan vəziyyətdə orucu düzgündür. (yenidən pak su ilə qüsl alıb qalan günlərininin orucunu yeni qüslla davam etməlidir.)
Oruclunun yediyini geri gətiməsi ilə orucu batil olurmu?
Oruc tutan şəxs bilərəkdən istər xəstə olsun istər olmasın yediyini geri gətirməyə çalışsa və gətirsə, istər çarəsizlik üzündən, orucu batildir. Amma, bilmədən və ixtiyarsız yedikləri geri gəlsə orucu batil deyildir.
Şəhid Mütəhhərinin baxışında orucluğun mənəvi cəhəti necə tanıtdırılır?
Ustad Mütəhhərinin sözündə ramazan ayının mənəvi cəhəti budur ki, naqis insanlar sağlam insanlara çevrilsinlər, sağlam insalar isə kamilliyə və Allaha ibadət üçün hərəkətdə olsunlar. Ramazan yəni paklanma və ruhu lazımi məqsədinə tərəfə hərəkət verməkədir.
Qeyb əsrində möminlərin çəkdiyi çətinliklər nələr olar?
İmam Zaman (ə.f) əsrinin dindarı olmaq hər bir müsəlman üçün çətin və ağırdır. O yerə qədər ki, ancaq çox imanlı insanlar ayaqda qala bilir və dinlərini qoruyan zaman sabitqədəmdirlər. Bunun üçün də önəməli məsələlərdən biri də budur ki, bilək qeyb zamanı mömin və dindar müsəlman şəxslər hansı çətinliklərlə üz-üzə gələ bilərlər. onları tanımaqla yolazmışlardan olmamaq üçün lazımlı addımları atmaq lazımdır. Qeyb zamanı dindarların çəkdiyi çətinliklər ibarətdir: 1. Ürəkləri sərtləşər. mütləq İslama itaət qarşısında süstlük göstərərlər. 2. Can qorxusu. mal və ailənin çətinlikləri ilə üzləşmsi bəhanəsi ilə qorxaraq ilahi imtahanlardan kəsilərlər. 3. Haqqı batildən ayırmaq çətin olar. 4. Əhli-beyt (ə) davamçılarına edilən hörmətsizlik. 5. Aralarında münaqişə edərlər.
Orucluq yeməyində, nələrdən istifadə etmək tövsiyə olunur:
Ramazan ayında oruc tutan şəxsə bəzi meyvə və ləbəniyyatlardan istifadə etmək tövsiyə olunur: 1-Ağır həzm olunan zərərsiz yeməklərin səhər tezdən istifadə olunması, ki, acmağa qarşı günboyu böyük kömək ola bilər. 2-həlim yemək, süddən tərkib tapmış proteinli yeməklər ki, həzmin gec olmasına köməkdir. 3-Xurma yemək, çoxlu protein cəmləşdirəndir. 4-Badam yemək, çoxlu kalsium cəmləşdirəndir, 5-banan yemək, çoxlu faydalı vitaminlər cəmləşdirəndir. 6-İftar zamanı və səhəri yeməyinə qədər çoxlu su istifadə edib, meyvə şirələri istifadə etmək. oruc tutan şəxsin günboyu istehlaka gedən sualarının orta həddə saxlanmasına böyük köməkdir.
Orucluq yeməyində nələrdən pərhiz etməliyik?
Ümumiyyətlə orucluqdan başqa bütün fəsl və aylarda bəzi yeməklər var ki, insanın bədəninə zərər yetirəndir. Amma bu zərər ramazan ayında neçə bərabər insanın bədənində özünü əks etdirəndir. Verilən bəzi sağlamlıq nüsxələrində bəzi yeməklər insan bədəninə çox zərərli olaraq tanıtdırıllr, ibarətdirlər: 1-Qızarmış qalmış yeməklər və yağlı olan yeməklər, 2-Çox çox şəkər ehtiva edən yeməklər, 3-çoxlu yemək yemək xüsusilə də səhər vaxtı, 4-Səhər tezdən çoxlu çay içmək, çünki səhər çoxlu çay içmək, ayaq yolna tez-tez getməyə səbəb olur, bu yolla da bədəndə yerləşən mineral duzlar bədəndən xaric olur ki, gündəlik bədən quruluşunun ona ehtiyacı vardır. 5-Siqaret çəkmək, siqaret çəkmək iştəhanı məhv edir, və ramazanda ehtiyac olan yemək strukturu insanda pozulur.
Orucun vacib olmasının şərtləri nərlərdir?
Orucluğu batil edən şeylər haqqında çoxlu eşidib və oxumuşuq. Amma bəzi oruc tutanlar , oruc tutmaq nə zaman insana vacib olması haqda şərtləri bilmirlər. Şəriət kitablarından orucun vacibliyi 5 şərtə bağlı olduğu qeyd olunub. Oruc tutmağın vacib olması aşağıdakı şərtlərlədir: 1-Baliğ olmaq, yəni şəriət təyin edən yaşa insanın çatması orucun vacib olmasına səbəbdir. Oğlanlarda 15, qızlarda isə 9 yaş, 2-Aqil olmaq, Bir şəxsin dəliliyi və ya özündən getməsi orucun vacib olmaması və batil olmasına səbəbdir. 3-Səfərdə olmaq, Əgər bir şəxs səfərə çıxa məcburiyyət üzündən və ya gəzinti üçün əgər zöhr azanında öncə yola düşə və zöhr azanından sonra qayıtmasına yəqinedə, tutduğu ocuru, şəhərindən 15 kilometr uzaqlaşandan sonra, sındırmalıdır. 4-Oruc tutmağın zərəri olması, mədə yarası və şəkəri olan şəxslər kimi adamlara oruc tutmaq vacib deyildir. 5- Qadınların aylıq xəstəliyə düçar olmaması və eləcə də Uşaq dünyaya gətirdiyi zaman onlardan xaric olan napaklıqlardan təmizlənməsi zamanı oruc tutmaq qadına vacib olur,
Hansı qadınlara oruc tutmaq vacib deyildir?
O dəstə qadınlara ki, oruc tutmaq vacib deyildir, ibarətdirlər:
A) Hamilə qadın, (bir qadın ki, uşağı dünyaya gətirməsi yaxın zamandadır, və oruc tutması hamiləliyi və özü üçün zərərlidir, B )Süd verən qadın, ( o qadın ki, uşağa süd verir , südü də azdır, istər süd verməsi ana olması üçün olsun, istər dayə olmuş olsun, istərsə də heç bir haqq tələb etmədən, Əgər oruc tutması süd verdiyi uşağa zərər yetirərsə, oruc tutmaq ona vacib deyildir. C) Qoca qadın: hər bir qadın ki, qocalıq üzündən oruc tuta bilmir, ya da oruc tutması onun üçün çətindir, oruc tutmaq ona vacib deyildir,
Həddi büluğa çatmaq vaxtımı dəqiq bilmirəm qəza oruclarım nəqədərdir?
Xamenei həzrətlərinin sual-cavab keçirdi şəri mərasimindən tərcümə:
Sual: Mükəlləflik vaxtıma (hədid büluğ yaşıma) çatmağım haqda dəqiq məlumatım yoxdur. Sizdən (Xamenei həzrətlərindən) xaiş edirəm bildirəsiniz nə zamandan mənə oruc və namaz qəzası vacibdir?
Cavab: Həddi büluğa çatandan sonra Namaz və oruclardan hər nəqədər qəzaya getməsinə yəqin edirsiniz, o miqdar sizə namaz və orucun qəzası vacibdir.