Bayram gecəsi qonağın fitrəsi kimin öhdəsinədir?


Bayram gecəsi qonağın fitrəsi kimin öhdəsinədir? Bir qonaq ki, fitr bayramı axşamı bir nəfərin evinə daxil ola, fitrəsinin hökmü qonağın öz öhdəsinədir. və ev sahibinin, qonağın fitrəsinə qarşı borcu olmur.


Məhsulun bərəkətli olması üçün 5 sirr nələrdir?


Məhsulun bərəkətli olması üçün 5 sirr nələrdir? Hər bir işin öz qaydası vardır. Bu, insanın həm fərdi və həm də ictimai həyatında müşahidə oluna bilər. Hər kəs öz peşəsində bir qədər düşünsə, bir çox əxlaq üsullarını görə bilər. (Tebyan) Əkinçilik də bu cür peşələrdən biridir. Əgər bu peşədə olan əxlaqi üsullara diqqət edilərsə, daha çox inkişaf və tərəqqi edə bilər. Əkinçilikdə olan bəzi əxlaqi üsullara işarə edək: 1. Niyyət, ixlas və təvəkkül. 2. Gecə vaxtı toxum əkmə və məhsul yığma. 3. Zəkatı vermək. 4. Ətraf mühitə diqqət etmək. 5. Heyvanlara diqqət etmək. Bu əlamətlər hər cürə halal ruzilərə də aid olunur diqqət olunsa möminlərin həyatlarında bərəkət fuzun tapar.


Başqaları ilə rabitə qurmağa mane olan 2 əsas amil nələrdir?


Başqaları ilə rabitə qurmağa mane olan 2 əsas amil nələrdir? Əgər dostlarımızla olan rabitəyə bir qədər diqqət etsək, görərik ki, çox sayda problemlə üzləşirik. Bu da insanlara az diqqət etdiyimizə görədir. Bəzi amillər vardır ki, başqaları ilə rabitəmizə ziyan vurur və onu zəiflədir. (Tebyan)
Bu amillərdən ikisinə işarə edək: 1. Küsmək vərdişi. İmam Sadiq (ə) buyurur: “O zamana qədər ki, iki müsəlman bir-biri ilə küsər, iblis sevinər. Nə zaman bir-biri ilə görüşsələr, dizi bir-birinə dəyər və bağları qırılar. Fəryad çəkər: “Vay olsun mənə, həlak oldum”. 2. Məsxərə etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala üç şeyi üç şeydə gizlətmişdir: razılığını ibadətdə, qəzəbini günahda, vəlisini insanların arasında. Ona görə də heç bir ibadəti kiçik hesab etməyin ki, bəlkə Allah razılığı onda olsun. Heç bir günaha düçar olmayın ki, bəlkə qəzəbi onda olsun. Sizlərdən heç kim Allah bəndələrindən heç birini kiçik hesab etməsin, çünki bilmir ki, onlardan hansı Allahın vəlisidir”.


Namazda Kövsər surəsini oxumağın nə belə savabı var?


Namazda Kövsər surəsini oxumağın nə belə savabı var? “Kövsər” surəsi Məkkədə nazil olmuşdur və 3 ayəsi vardır. “Kövsər” sözünün mənası çoxlu xeyir deməkdir. Deyilənə görə “Kövsər” behiştdə olan bulağın adıdır. (Tebyan)
Onu namazda oxumağın saavabı haqda hədislərdə belə gəlmişdir: 1-Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Kövsər” surəsini oxuyarsa, Allah behişt bulağının suyundan ona içizdirər. Savabı isə Qurban bayramında kəsilən bütün qurbanların sayı qədər olar”. 2-İmam Sadiq (ə) buyurur: “Hər kəs vacib və müstəhəb namazlarında “Kövsər” surəsini qiraət edərsə, Allah Kövsər suyundan ona içizdirər. Tuba ağacının kənarında Peyğəmbər (s) ilə qonşu olar”.


Hansı insanların orucu qəbul olmur?


Hansı insanların orucu qəbul olmur?Ramazan ayının sonuna az qalıb. Amma bu qalan günlərdə də oruc kimi nəhəng enerjili ibadətin nə olduğunu gərək bilək. Oruc dedikdə yeməmək və içməmək nəzərdə tutulmur. Orucun özünəməxsus şərtləri vardır.
İmam Sadiq (ə) buyurur: “İmamına qarşı itaətsizlik edən kəsin orucu yoxdur. Fərar edən bəndənin orucu düzgün deyildir, o zamana qədər ki, geri qayıdıb, xidmətə davam etməz. Ərini incidən arvadın orucu düzgün olmaz o zamana qədər ki, tövbə edər və ərinə itaət edər. Həmçinin ata və anasına ağ olan övladın orucu düzgün olmaz o zamana qədər ki, islah olar”.


Allah bəyəndiyi orucun 3 xüsusiyyəti nələrdir?


Allah bəyəndiyi orucun 3 xüsusiyyəti nələrdir?Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər oruc tutan vardır ki, oruclarından aclıq və susuzluqdan başqa bəhrə olmaz”. Amma Allah bəyənin orucun 3 xüsusiyyəti: 1. Çox yeməyi tərk etmək. Çox yemək tibbi cəhətdən bədənə ziyanlı olduğu kimi, ruhi cəhətdən də mənfi təsirlər qoyar. Allah yanında dolu mədədən daha xoşagəlməz heç nə yoxdur. 2. Allah qorxusuna malik olmaq. Oruc tutan insan orucunun qəbul olub-olmayacağına görə qorxmalı və ümid bəsləməlidir. Çünki əməlinin qəbul olacağından agah deyildir. 3. Ürəyini Allahdan qeyrisindən təmizləmək. Əgər oruc tutanın ürəyi dünya işləri ilə məşğludursa və fikirləri ancaq dünya ilə bağlıdırsa, orucunun mənəvi fəzilətini azaltmış olar. Çünki ürəyi Allahdan qeyrisi ilə məşğul olar. Lakin əgər bəndənin bütün diqqəti Allahda olarsa və gün ərzində ancaq Allahın razılığını qazanmaq üçün səy edərsə, bu cür orucun fəziləti və məqamını sözlərlə bəyan etmək mümkün deyildir.


NƏ EDƏK Kİ, ORUCUMUZ QƏBUL OLSUN?


NƏ EDƏK Kİ, ORUCUMUZ QƏBUL OLSUN? Məsumların iki hədisinə diqqət etməklə bilərik ki, orucumuzun qəbul olması bu əməlləri yerinə yetirməklə mümkündür: 1-mam Sadiq (ə) buyurur: “Oruc tutdunsa, gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”. 2-İmam Baqir (ə) Cabirə deyir: “Ey Cabir! Hər bir kəsə Ramazan ayı daxil olarsa və o, oruc tutarsa, gecə namaza qalxarsa və bədənini günahdan qoruyarsa, gözlərini harama bağlayarsa, insanlara əziyyət verməzsə - günahlarından pak olar və anadan doğulmuş kimi olar”.


Təvəkkül neçə cür olur?


Təvəkkül  neçə cür olur? Nə zaman çətinliyə düşsək, fikir tərzimizə və əməllərimizə diqqət edib görürük ki, Allahı nə qədər zəif hesab etmişik. Halbuki, zahirdə Onu qüdrətli və əzəmətli hesab edirik. Lakin batində tamamilə başqa cür əməl edirik. (Tebyan) Amma İslam maarifindən istifadə olunan mətləblərdə Təvəkkül üç cəhətdə olmalıdır: etiqadda, yardımda, hacətdə
Cəbrayil (ə) təvəkkülü bu cür mənalandırmışdır: “Bunu bilmək ki, məxluq nə ziyan vurur və nə də fayda verir, nə bir şey verir və nə də bir şeyin qarşısını ala bilir və insanlardan ümid gözünü çəkməkdir”. “Məgər Allah bəndəsin(in işlərin)ə kifayət deyil?! Və səni Ondan qeyrisi ilə qorxudurlar. Allah kimi azğınlıqda boşlasa, ona əsla bir yol göstərən olmaz”. (“Zumər” 36).


Oruc tutmağın zərərindən qorxma səbəbindən, oruc tutmayan şəxsin hökmü nədir?


Oruc tutmağın zərərindən qorxma səbəbindən, oruc tutmayan şəxsin hökmü nədir? Əgər bir şəxs güclü üzrü səbəbindən, əlli faiz güman edir ki, oruc tutmaq ona vacib deyildir, və bu səbəbdən də oruc tutmaya, amma sonradan məlum ola ki, oruc tutmaq ona vacib idi, qəza və kəffarə cəhəhətindən hansı hökm öhdəsinə gəlmişdir? Cavab: Əgər bilərəkdən ramazan ayının orucunu əlli faizlik güman edərək ki, oruc tutmaq ona vacib deyildir gümanı ilə, orucu batil etmişsə, verilən və təsəvvür olunan sualda qəzadan əlavə kəffarə də ona vacibdir. Amma, əgər oruc tutmamaq zərərin yetişməsindən qorxu səbəbindən ola, və qorxu da əqli baxışa söykənmiş olmuş ola, kəffarə vacib deyildir, amma onun öhdəsinə qəzası düşür.


Hamilə qadının oruc tutmasının hökmü necədir?


Hamilə qadının oruc tutmasının hökmü necədir? Aya oruc tutmaq hamilə qadın üçün ki, bilmir oruc tutması qarnındakı uşaq üçün zərərlidir yoxsa yox, vacibdirmi? Cavab: Əgər oruc tutması nəticəsində, qarnındakı uşaq üçün zərərli olmasına qorxusu olsa, və bu qorxu da əqli dəyərləndirmə ilə qəbul olunan baxış olsa, oruc tutmaması vacibdir, yəni bu haldan başqa vəziyyətdə oruc tutmaq vacidir (Yəni hamilə qadın bilə ki, oruc tutması uşağa heç bir çətinlik yaratmaz və ya həkim deyə ki, oruc tutmanın hamiləliyi üçün heç bir çətinliyi yoxdur oruc tutması vacibdir)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter