Fitr bayramı haqda Əli (ə) nə buyurmuşdur?
Fitr bayramı Əli (ə)-ın xütbəsində : “Ay camaat! Bu gün elə bir gündür ki, onda yaxşı əməl sahibləri savab əldə edirlər və ləğv işlərlə məşğul olanlar ziyan görürlər. Bu günün qiyamət gününə çox oxşarlığı var. Düşünün: Nə zaman evinizdən ibadətgahlara (məscidlərə) gedirsiniz, O günü yada salın ki, Allahınıza tərəf yollanırsınız. O zaman ki, namaza durursunuz, o günü yada salın ki, Allah dərgahında dayanırsınız. Evə qayıtdığınız zaman o günü yada salın ki, behişdə qazandığınız evlərinizə dönürsünüz.
Müsəlmanlar neçə dəstə olaraq qiyamətdə tanınacaqlar?
Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim dörd dəstədirlər:
1. Səhlənkar namazqılanlar ki, namazdan qəflət edərlər. (şəfaətdən məhrum) 2. O namazqılanlar ki, bəzən qılır və bəzən də qılmırlar, onlar cəhənnəmim başqa bir dərəsi olan Ğəy əhlidirlər. 3. O dəstə ki, heç bir zaman namaz qılmamışdır. cəhənnəm əhli olduqlarını özləri iqrar edəcəklər, 4. O insanlar ki, həmişə namaz qılırlar və namazda mütidirlər”. Allahın nemətlərindən bəhrələnənlər.
Xoşbəxtliyə çatmağın ən mühüm yolu hansıdır?
Xoşbəxtliyə çatmağın yolu çoxdur. Ancaq bu yollardan biri elə bir yoldur ki, onda heç bir zaman peşman olmazsınız. Bu, elə bir yoldur ki, hər addımı dəyərlidir. Hər bir addımında böyük xeyir vardır. (Tebyan) İnsanın xoşbəxtliyə çatmağının ən mühüm yolu - özünü tanıması və özünü tərbiyə etməsidir. Özünü tərbiyə etmək üçün özünü tanımaq lazımdır. İnsan əgər özünü tanıyarsa, Allahını da tanıyar. Əgər Allahı tanıyırıqsa, deməli real xoşbəxtliyə çata bilərik.
Yaxşılığıa dəvəti öncə haradan başlamalıyıq?
Çox təəssüf ki, bir çoxlarımız belə düşünürük ki, əmr-be-məruf və nəhy-əz-munkər ancaq xüsusi insanlara aid olan vəzifədir. Halbuki, bu düşüncə yanlışdır. Əmr-be-məruf gərək hər birimizin vəzifəsi olsun və buna övladlarımızı ailədən adət etdirək. (Tebyan) “Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!”. (“Ali-İmran” 104). Hər bir kəs düzgün yolu göstərmək istəsə öncə öz ailəsini bu müqəddəs hədəfləri ilə tanış etməlidir.
İmam Əlinin (ə) müsəlmanlara son vəsiyyəti nələr olmuşdur?
“Bismilləhir-Rahmənir-Rahim!
Allahdan qorxun, Allahdan qorxun, Ramazan ayının orucuna görə. Çünki o, sizin üçün cəhənnəm atəşindən yaxşı qalxandır.
Allahdan qorxun, Allahdan qorxun, Qurana görə. Məbada kimsə ona əməl etməkdə sizi qabaqlayar.
Allahdan qorxun, Allahdan qorxun, əlinizin altında olanlara, kəniz və nökərlərinizə görə. Çünki Peyğəmbərin (s) son tövsiyə bu idi ki, buyurub: “Mən sizə əlinizin altına olan iki gücsüzü sifariş edirəm”. ...
Qədr gecəsi ilə əlaqədar tövsiyələr nələrdir?
Qədr gecəsi ilə əlaqədar tövsiyələr:
1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;
4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;
5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;
6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.
Fitr bayramı namazının qəzası varmı?
Fitr bayramı namazını qılmayan şəxsin öhdəsinə vacib namazlar kimi fitr namazı qəza gəlmir.
Fitrə zəkatının kənara qoyulmasının vaxtı nə zamandır?
Fitr bayramının yəqin bilinməsindən sonra müsəlman şəxs fitrəsini kənara qoymalıdır. Əgər Fitr bayramının namazını qılırsa, ehtiyat vacibə görə gərək namazdan öncə fitrəsini haqlı və ehtiyacı olan şəxsə çatdırsın, (Yəni fitrə verdiyimiz şəxs gərək müsəlman, aşkarda günaha xərcləməyən, və ... çirkin rəftarlardan uzaq şəxs və ya ailə olmuş olsun) ya kənara qoyub fitrə pulu olaraq təyin etsin, əgər fitr bayramı namazıını qılmırsa, gunorta namazı vaxtına qədər fitrəsini verməyə icazəlidir.
(Diqqət olunası məsələ: Əgər bir şəxs fitrəni almağa mane olan xüsusiyyətələrə malik şəxsdirsə, ailəsinə vermək olar. Əgər ailəsinə pul verilsə və yəqin oluna ki, ev sahibi olan kişi fitrəni alıb haram yolda xərcləyər, onda fitrə pulu əvəzinə şəri yeyimləri alıb vermək olar)
Kişinin qadın və övladlarının fitrə zəkatını verməməsi ailəsinə şəri öhdəlik gətirirmi?
Bir ailə başçısı olan kişi əgər qadın və övladlarının fitrə zəkatını orucluq bayramında verməsə, ev xanımının və maddi qüdrəti olmayan uşaqların öhdəsinə heç bir şəri öhdəlik gəlmir. * əgər çörək yeyimindən qadın və uşaq atadan asılılığı olmasa və özlərinin müstəqil gəlişi varsa onda özlərinin verməsi ehtiyata görə yaxşı olar.
Həyat yoldaşından itaət etməyən xanımın fitrəsi kimin öhdəsinədir?
Bir qadın ki, ərinin sözünə baxmaya və itaətsizliyini edə, o qadının firə zəkatı kişinin öhdəsindən silinmir. Təkcə halda qadının fitrəsi kişidən səlb olur ki, qadın başqasının çörəkyeyəni hesab oluna. misal üçün, qadın həyat yoldaşı ilə küslu ola, və atasının çörəkyeyəni hesab oluna onda kişinin öhdəsinə heç bir şey gəlmir. Əgər qadın yoldaşından uzaqlaşa, amma kişiyə aid olan bir yerdə pənah almış ola onda qadının fitrə zəkatı kişinin öhdəsinədir.