Ədəbsizliyin müalicə yolu nədir?


Ədəbsizliyin müalicə yolu nədir? Ədəb bir növ seçilmiş və xüsusi rəftardır (ki, böyük və kiçik, tanış və yadda) müsbət tərbiyədən qaynaqlanır. Ağılla yaşamaq, dildə mətanət və əməldə vüqarlı olmaq ədəbin nişanələrindəndir. Amma ağılsızlıq, pis danışıq, əxlaqsızlıq, əhanət, təəssüb və... ədəbsizliyin nişanələridir. Ədəb təlim alınmalı bir hünərdir ki, tərbiyəvi dəqiq nöqtələri əldə etmək və onlara əməl etmək lazımdır.
İslam göstərişləriylə tanışlıq və İslam Peyğəmbərinin (s) həyat tərzindən məlumatlanmaq və Əhli- beytin həyatından ülgü götürmək, gözəl ədəb və əxlaqa yiyələnməyin ən gözəl yoludur. O cümlədən digərlərinin gözəl əməlləri insanda müsbət təsir qoyur və insanların pis əməlləri və əxlaqı da öz mənfi təsirini qoyur. Böyük şəxsiyyətli insanlar digər insanların mənfi əməllərindən də ibrət və dərs alırlar. Cəmiyyətdə ədəbsizliyin ən yaxşı müalicə yolu, ədəbsiz insanların qiymətsiz və ədəbli insanların qiymətli olmalarına diqqət yetirməkdir. İslamda ədəb və əxlaq barəsində bir çox kitab və mənbələr vardır ki, ətraflı cavabda onlardan bəzilərinə işarə olunacaqdır.


Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir?


Şərab kimi Haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir? Rəhbər bu suala ki, donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində işləmək və ondan gələn gəlirin hökmü barədə suala cavabında buyurmuşlar: Donuz əti konserva fabrikində və gecə klublarında və fəsad mərkəzlərində və bu kimi Haram işlərdə işləmək cayiz deyildir. (İcazə verilmir) və onlardan gələn gəlir haramdır və insan o işlərin qarşılığında aldığı maaşın maliki hesab edilmir. ...


Qadınlar cümə namazına getməlidirmi?


Qadınlar cümə namazına getməlidirmi? Cümə surəsinin 9-10-cu ayələrində deyilir: “Ey iman gətirənlər! Cümə günü namaza çağıran azan oxunan zaman, Allahı anmağa tələsin, alış-veriş işlərini qoyun bir yana. Bunun sizə xeyrini bilsəydiniz. Elə ki, bitirdiniz namazı, dağılışın yer üzünə. Allahın lütfündən pay diləyin. Allahı çox anın ki, bəlkə uğura uğrayasız”. Göründüyü kimi, xitab kişilərə yox, bütün möminlərədir. Qadınların bu namazda iştirakını çətinləşdirən üzrlü səbəblər ola bilər. Amma qadınların cümə namazına getməməsini prinsip halına gətirmək yanlışdır.


Həzrət Yusifin (ə) qardaşlarının adı nədir?


Həzrət Yusifin (ə) qardaşlarının adı nədir? Yusifin (ə) qardaşlarının adları aşağıdakı kimidir:
1.Rubil (Rubin) 2.Şəmun 3.Lavi. (deyilən tarixlərə görə peyğəmbərlik bunun nəslindən davam etmişdir) 4-Yəhuda. 5.Yəşcir (Yəşakir) 6.Rəyalun (Zəbulun ya zəblun) 7.Binyamin. 8.Dan. 9.Nəftali. 10.Cad. 11.Əşir (əşər), (Tarixi-Ənbiya 1, 227.Qurani-Məciddə Yusifin (ə) qardaşlarının adı yoxdur. Amma Mubarək Yusif surəsinin 58-ci ayəsində “Yusifin qardaşları” cümləsi mövcuddur.)


Həqiqətən də cadu, bəd nəzər, bəd dua varmı? Bunlardan qorunmaq ücün nə etmək lazımdır?


Həqiqətən də cadu, bəd nəzər, bəd dua varmı? Bunlardan qorunmaq ücün nə etmək lazımdır? Quranda cadu ilə insanlara təsir etməyin mümkünlüyü inkar olunmur: «De ki, «Mən sığınıram qaranlıqdan səhəri yarıb çıxaran Rəbbə, qaçıram Onun yaratdıqlarının şərindən, qatılaşan qaranlığın şərindən, düyünlərə üfürən qadınların şərindən, paxıllığı tutan zaman bir paxılın şərindən». (Fələq, 1-5). Eyni zamanda cadugərlərin uğura uğramadığı, bu işin günah (Ta-hə, 68-70), küfr olduğu da vurğulanır: «Sehr işlədərək kafirlik eləməmişdi Süleyman» (Baqara, 102). ...


Təfəkkür neçə növdür?


Təfəkkür neçə növdür? Təfəkkür nədir? Təfəkkür: təhlil, sintez, təzə məlumatı almaq üçün köhnə məlumatı təhvil etməkdir.
Təfəkkürün növləri:
1. Hədəfsiz təfəkkür (xəyal): xəyallar qurmaq və dağınıq düşüncələr.
2. Yaradıcı təfəkkür: xüsusi bir zəminədə yeni layihə qurmağa səbəb olan düşüncələr.
3. Fəza təfəkkürü: zahirdən batinə seyr etmək, hadisənin dərinliyini və onda İlahi nişanələri görmək.
4. Məntiqi təfəkkür: məlum olanları məchulu aradan aparmaq üçün nizama salmaq.
Məntiqi təfəkkür ən çox dəqiq elmlərlə məşğul olan insanların yardımına gələr. Belə ki, bir riyaziyyatçı məsələni həll edən zaman məntiqi təfəkkürdən istifadə edər.


Allahın qəzəbinə düçar olan 2 dəstə kimlərdir?


Allahın qəzəbinə düçar olan 2 dəstə kimlərdir? Dünyamız qəribə bir dünyadır. Bir-birimizin yanında yaşayırıq, lakin bir-birimizə bənzəmirik. Nə zahirdə bənzəyirik və nə də batində. Düşüncə və təfəkkür tərzimiz də fərqlidir. Bu dünyada xeyir və şər də çoxdur. Bu dünyada bəziləri şər işin əhlidirlər və bəziləri isə xeyir işin. Bəs insanların ən pisi kimlərdir? (Tebyan) İmam Əli (ə) bizə Allahın ən çox nifrət etdiyi iki dəstəni tanıtmışdır ki, bunlar: bidət edən cahillər və yalançı alimlərdir.


Allah yanında əziz olan insanlar kimlərdir?


Allah yanında əziz olan insanlar kimlərdir? O kəslər ki, həyatın çətinliklərini səbir və Allaha imanla arxada qoyurlar, bu yolda zəiflik göstərmirlər, kamal və fəzilətə çatırlar - Allah bu insanları daha çox sevir və əziz tutur. İnsan xilqətin lap əvvələrindən İlahi imtahanla üzləşmişdir. Bu İlahi imtahanlar hər bir insana aiddir, istisna yoxdur. İlahi peyğəmbərin (ə) imtahanı adi insanların imtahanından daha çətin olmuşdur. Onlar bu imtahandan həmişə iftixarla və başıuca halda çıxmış və öz İlahi risalətlərini bu yolla təsdiq etmişdilər. İlk İlahi imtahan olan insan Adəm (ə) olmuşdur. “Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız»”. (“Bəqərə” 35).


Bəqi qəbristanliğına qarşı vəhhabilər hansi cinayəti etdi?


Bəqi qəbristanliğına qarşı vəhhabilər hansi cinayəti etdi? 1925-ci ilin may ayinda hakimiyyeti ele keciren vehabiler Beqi qebirsitanliginda olan tarixi abideleri yerle-yeksan edirler. Indinin ozunde de Allaha deyil, vehabi rejimine qulluq eden \"muselman nezaretciler\" sesguclendiricilerden istifade ederek, ereb ve fars dillerinde beyanatlar verir, orani ziyarete gelenleri dagidir ve orada kimsenin defn olunmadigini iddia edirler. Amma gorunen daga ne beledci?


Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?


Niyə duaların çoxu yağış yağan zaman qəbul olur? Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter