Allah şeytanı nə üçün məhv etmir?


Allah şeytanı nə üçün məhv etmir? İblis (lən) Allaha pərəstiş edən cinlərdən idi ki, minillərlə ibadət əhlindən olmuşdur. O zaman ki, üsyan edir və Allaha itaətsizlik edir, İlahi dərgahdan qovulur. Bu zaman Allahdan möhlət istəyir. Allah Təala ədalətli olduğu üçün ona möhlət verir. (Tebyan) Şeytan (lən) - çox pis varlıqdır, insanın düşmənidir. Allah da bunu bilir ki, şeytan üsyankar və itaətsizdir. Bəs niyə onu məhv etmir? Qurana nəzər salan zaman görmək olur ki, insanı haqq yolundan azdıran hər bir şeyə şeytan deyilir. Lakin İblis sözü ancaq Allah dərgahından qovulan şeytana aid edilir.
Allah Qadirdir və istəsə, İblisi məhv edə bilər. Lakin Allah ona müəyyən günə qədər möhlət vermişdir, bəs niyə?
1. Şeytan Allahpərəst olmuşdur və abidlərdən idi. Allah ona görə ona möhlət verir ki, bəşər də onun kimi üsyan edən zaman, ondan fərqli olaraq tövbə etməyi bacarsın. 2. Şeytan öz vəsvəsələri ilə insanın tərəqqi etməsinə səbəb olar. 3. Dünya imtahan yeridir ki, insanın istedadları üzə çıxsın. Əgər şeytan olmasaydı, o zaman imtahanın olması da mənasız olardı.


Ayətullah Muctehidi ruhani və haqq öyrənənlər üçün böyük ustad:


Ayətullah Muctehidi ruhani və haqq öyrənənlər üçün böyük ustad: Mərhum Ayətullah Müctəhidi Tehrani İslama xidmət edəcək layiqli tələbə yetişdirərdi!
Tələbə seçimində mərhum ustadın meyarı nə idi? Cavab: Mərhum Ayətullah Müctəhidinin öz üslubu, öz meyarı vardı. Ustad tələbə seçərkən onun simasına, zahiri görkəminə, rəftarlarına diqqət yetirərdi. Bəzilərinə gündüz, bəzilərinə isə gecə təhsil almağı tövsiyə edərdi. Bəzilərinə deyərdi ki, hələlik gecə təhsil almağınız məsləhətdir. Bu tələbənin gecə növbəsi təhsil dövründə rəftarlarına diqqət yetirər, əgər bəyənsəydi onu gündüz növbəsinə keçirərdi. Bəzilərinin çalışqanlıq və əxlaqını bəyənəndə onlara tövsiyə edərdi ki, elm hövzəsinə getsinlər. Belələrinə deyərdi ki, səndən tələbə çıxar, hövzəyə gəl. Bir şəxsi mədrəsəyə qəbul edəndə şəxsən görüşər, 4, 5 il bu tələbəyə ciddi nəzarət edərdi.
Ruhani libasına çox ciddi yanaşırdı. Bir şəxsin dini təhsil almasını ruhani libası geymək üçün kafi saymırdı. Bəzilərinə deyirdi ki, sən yaxşı dərs oxuyursan, amma libas geymə, get başqa işlə məşğul ol. Bəzilərini isə ruhani libası geyməyə həvəsləndirərdi. Tələbə qəbulunda bir neçə mərhələ nəzərdə tutmuşdu. Əvvəlcə seçimdə diqqət yetirərdi, sonra təhsil zamanı nəzarət edərdi, daha sonra qərar çıxarardı ki, bu şəxs ruhani libası geysin, yoxsa yox. Ruhani libası alan tələbə fəxrlə deyərdi ki, mən Ayətullah Müctəhidinin mədrəsəsinin tələbəsiyəm. ...


İnsan ömrünün uzanmasına səbəb olan amillər nələrdir?


İnsan ömrünün uzanmasına səbəb olan amillər nələrdir? İnsan ömrünün uzanmasına səbəb olan amillər iki dəstəyə bölünür:
A) Təbii səbəblər: 1-Düzgün qidalanmaq, ifrat və təfritdən çəkinmək, 2-Davamlı olaraq işləmək və hərəkətdə olmaq, 3-Narkotik və xətərli adətlərlərdən uzaqlaşmaq, 4-Çirklənmiş havadan uzaqlaşmaq, 5-davamlı həyacanlardan uzaq durmaq,
B) Amma mənəvi amillər: Ömrü uzadan mənəvi səbəbələr insan şüuru üçün aydın bir məsələ deyil. Amma nöqsansız ilahi kitab olan Qurani Kərim və məsumların sünnətlərində bəzi ibadi əməllər tövsiyə olunur ki, onları etməklə insan öz ömrünü uzatmağa kömək etmiş olur. Mənəvi amillər ibarətdirlər: 1-Allah-Taalaya iman və təvəkkül etmək: 2-Sədəqə vermək, 3-Slieyi-Rəhm etmək, qohumlara qarşı mehriban olmaqla yanaşı onlardan əlaqəni kəsməmək, 4-Ehsan etmək, 5-Günah etməmək,


Bəni İsrailin Allah-Taala haqda əqidələrini yazın?


Bəni İsrailin Allah-Taala haqda əqidələrini yazın? Qurani-Kərimin baxışında Bəni İsrailin Allah-Taala haqqında 4 yanlış əqidədir:
1. Həzrət Üzeyirin Allahın oğlu olmasına etiqad, “Tövbə” surəsi, ayə: 30. 2. Yəhudilər inanırlar ki, onlara qısa müddətdən başqa əzab verilməyəcəkdir, “Bəqərə” surəsi, ayə: 80, “Ali-İmran” surəsi, ayə: 24. 3. Onlar özlərinin Allahın övladları olduğunu iddia edirlər: “Maidə” surəsi, ayə: 18. 4. Allahı əli bağlı hesab etmək: “Maidə” surəsi, ayə: 64, 5. Yəhudilər inanırlar ki, Allah fəqirdir: “Ali-İmran” surəsi, ayə: 181.
Bunlar Qurani-kərimdə yəhudilərin çirkin sifətləri və azğın əqidələri barəsində qısa məlumatlar idi. Bu barədə dəqiq məlumat almaq üçün Quran təfsirlərinə və yəhudilər barəsində yazılan kitablara müraciət edə bilərsiniz.


İnsanlarla get-gəldə uğurlu əlaqə üçün 6 əsas açar nələrdir?


İnsanlarla get-gəldə uğurlu əlaqə üçün 6 əsas açar nələrdir? İnsanlarla get-gəldə uğurlu əlaqə üçün 6 əsas açar:
1-İnsafla dostluq etmək, Özünə bəyəndiyini başqasına da bəyənəsən, özünə xoşlamadığını başqasına rəva görməyəsən, 2-Azadcasına söz demək, Haqqı deyib və haqqı eşidib ona əməl etməkdə bacarıqlı olmaq, 3-Düzlülük, yalanla hörmət qazanılmaz. Bəşər vicdanı insanların rabitəsində hiyləsiz əlaqə qurmasını gözləyir. 4-İnanmaq və güvənmək, insanların haqqında necə düşünərsən sənə qarşı də elə edərlər. 5-Qavrayış və anlayış göstərməyə çalışmaq. Qarşı tərəfin etdiklərini başa düşməyə çalışmaq, zahirdə gördüklərini tez məhkum etməmək. Birinin əməlinə tez hökm verməklə sonra əksi təsdiqləndikdə cəzalandırmada peşimanlıq gətirər. 6-Söhbətləşmək. Cəmiyyətdə iş görmək istəyiriksə gərək başqalarının fikirlərini eşidib təcrübələrindən istifadə edək. Ağıllı insan o şəxsdir ki, fikirləri eşidər və yaxşılarını seçib qəbul edər.


İmam Məhdinin (ə.f) azərbaycanlı vəkili kim olmuşdu?


İmam Məhdinin (ə.f) azərbaycanlı vəkili kim olmuşdu? İmam Məhdi (ə)-ın vəkillərindən biri də Azərbaycanlı olan Əba Muhəmməd Qasim ibn Əladır. (Qasim ibn Əla Həmədani ilə səhv salınmasın.)
Əldə olan məlumatlara əsasən, İmam Məhdi (ə)-ın ikinci və üçüncü naibləri olan Şeyx Muhəmməd ibn Osman Əmrinin və Şeyx Əbul-Qasim Hüseyn ibn Ruh Novbəxtinin zamanında həzrət (ə) tərəfdən ona məktublar gəlirmiş. Güvənirliyi: Şeyx Tusinin Şeyx Müfidə istinadən gətirdiyi hədis onun güvənilir, ədalətli bir şəxs olmasına və İmam Hadi (ə) və İmam Əsgəri (ə)-ın əshabından olmasına dəlalət edir. -Əldə olunan rəvayət və tarixi mənbələr bu naib haqda alınan nəticələr:
1. Qasim ibn Əlanın (r) siqə- güvənilir olması. Belə ki, İmam Məhdi (ə.f) məktubla ona vəfat xəbərini bildirir. 2. Əimmə (ə) yanında uca məqam və dəyərə sahib olması. Belə ki, həzrəti İmam Rızanın (ə) ona öz köynəyini verməsi və İmam Məhdinin (ə) onun üçün paltarlar göndərməsi buna dəlildir. 3. İmamın vəkili olması. Bunu da İmamın (ə.f) səfirlər vasitəsilə ona məktublar göndərməsindən başa düşürük. ...


İmam Zamanın (ə.c) Yusif Peyğəmbərə (ə) oxşar cəhətləri nələrdir?


İmam Zamanın (ə.c) Yusif Peyğəmbərə (ə) oxşar cəhətləri nələrdir? İmam Zamının (ə) dövlətinin vəziyyətləri İlahi peyğəmbərlərin (ə) yaşayış tərzi ilə uyğun olacaq. Bu məsələ o həzrətin İmamət məqamının ilahi peyğəmbərlərin hədəflərinin davamı olmasının göstəricisidir. Elə ki, ilahi peyğəmbərlərin (ə) bəziləri ilahi borclarını yerinə yetirmək üçün Məhdi (ə)-a deyilən hidayət yollarından, ilahi qanunları təbliğ etməkdə istifadə etmişlər. Bu yazımızda İmam Zamanın (ə) hakimiyyətinin yollarını Yusif peyğəmbərin (s) hakimiyyət üsulları ilə müqayisə olunur. İmam Zamanın (ə) hakimiyyət qurmaqda həzrət Yusiflə (ə) müştərək yollardan istifadələri:
1- Yusif (ə) öz dövrünün sima cəhətdən gözəl insanı olmuşdur, həzrət Məhdi (ə) də zühur edəcək əsrdə yer əhlinin ən gözəli olacaq. 2-Yusif (ə) uzun müddət gözlərdən qeybə çəkildi, Qaim (ə) da insanların gözündən qeybə çəkildi, bir halda ki, onların arasında yaşayır və insanları tanıyır. Amma müsəlmanlar onu tanımırlar. 3-Allah Yusifin (ə) işini padişahın yuxusu ilə Misirdə əziz etdi. Allah Məhdi (ə)-ın hakimiyətini də bir gecədə üzərə çıxaracaqdır. 4-Həzrət Yusif (ə) zindana məhkum oldu. İmam Baqir (ə) buyurur: \"Qeybətə çəkilmə məsələsinin sahibi olan (Məhdinin (ə) yaşayışında Musa (ə), İsa (ə), Məhəmməd (s) və Yusifdən bir nişanə var. ... Yusifin sünnəti isə zindana və qeybətə çəkilməsidir\". 5-Yusif (ə) xas və ümumi tanışlarından qeybətə çəkildi, amma o qeybət dövründə onun və yaxınlarının arasında fasilə olmasına baxmayaraq həmişə onları düşünərdi. İmam Zaman (ə) da baxmıyaraq şiələrinin gözündən və düşüncəsindən uzaq düşmüşdür, amma hər zaman şiələrinin haqqında düşünər.


Quranı 6 min dəfə oxuyaraq xətm edən möminə xatun kim idi?


Quranı 6 min dəfə oxuyaraq xətm edən möminə xatun kim idi? Həzrət Nəfisə Xatun (Allahın salam və salavatı olsun ona) öz zamənəsində zahidlik, ibadət, gündüzləri oruc tutan və gecələri ibadət edərək oyaq qalan xanım idi. Onun çoxlu maddi imkanları var idi. Çarəsizlərə, xəstələrə və camaata çox zaman ehsan edərdi.
Üç dəfə həccə piyada getmişdi. Məscidul-Hərəmdə Kəvə evinin pərdələrindən asılı qalaraq fəryad edib ağalayardı, deyərdi: \"Ey mənim ağam, sahibim məni öz razılığınla sevindir ...\".
Qəbrinin qazılma hadisəsi: Nəfisə Xatun (s) qəbrini öz əli ilə qazdı və hər gün ora gedər və namaz qılıb Quran oxuyardı. Quran oxuma sayı o qədər oldu ki, qazdığı qəbrin yanında 6 minə yaxın Quran xətmi etdi! Allahu Əkbər. ... Çoxlu kəramətlərə sahib xanım idi Yəhudi qızın iflic ayağı onun dəstəmaz suyu ilə şəfa tapdı.


Naməhrəm şəxsin şəklini və onu vidеoya çəkməyin hökmləri nələrdir?


Naməhrəm şəxsin şəklini və onu vidеoya çəkməyin hökmləri nələrdir? Naməhrəm şəxsin şəklini və onu vidеoya çəkməyin hökmləri:
1-Naməhrəm qadının şəklinə baxmaq naməhrəm qadının özünə baxmaq hökmündə dеyil. Dеməli, əgər ona baxmaq ləzzət üzündən olmazsa və günaha düşmək qorxusu da olmazsa, şəkil də tamaşaçının tanıdığı şəxslərdən olmayan müsəlman bir qadına aid olarsa, еybi yoxdur. Vacib еhtiyata görə təsviri tеlеviziyadan birbaşa (canlı şəkildə) еfirə buraxılan naməhrəm qadının şəklinə baxmaq olmaz. Lakin, tеlеviziyadan canlı olmayan şəkildə еfirə buraxılsa, əgər rеybə və günaha düşmək qorxusu olmazsa, ona baxmağın еybi yoxdur.
2- Qərb ölkələrinin pеyk antеnalarının vasitəsilə еfirə buraxılan, еləcə də qonşu dövlətlərdən çoxunun tеlеviziyasından vеrilən vеrilişlər azdırıcı fikirlərə malik olub həqiqətləri təhrif еtdiyindən, ləhv və fəsada səbəb olduğundan, həmçinin əksər hallarda onların müşahidə еdilməsi insanın yoldan azmasına, fəsada və haram işlərə düşməsinə səbəb olduğundan onlara baxmaq caiz dеyil. ...


Məsciddə haram olan işlər nələrdir?


Məsciddə haram olan işlər nələrdir? Məsciddə haram olan işlər beşdir:
1- Məscidi qızılla, insan şəkilləri ilə bəzəmək haramdır, 2-Məscidə aid olan əşyaları satmaq haramdır, (əgər işlək olmayan əşlayarı satılması ilə məscidin ehtiyacları təmin olunarsa eybi yoxdur, onu yalnız məscidin idarəçisi etməlidir). 3-Məscidin özünü və torpağını satmaq haramdır, 4-Məscidi nəcis etmək haramdır, 5-Məsciddə cəsəd basırmaq haramdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter