Tənqid edən şəxs hansı xüsusiyyətlərə malik olmalıdır?
Bəşər cəmiyyətində hər kəs eyni cür düşünmür və hər kəsin fikir tərzi fərqlidir. Bəzən insanların bir mövzuda müxtəlif nəzərləri meydana gəlir. Ona görə də tənqidçilik kimi bir bölmə əmələ gəlir ki, öz növbəsində elmin inkişaf etməsinə səbəb olur. (Tebyan)
Lakin tənqidçi olmaq o zaman faydalı olar ki, şərtlərinə əməl edilsin. Əks halda qarşı tərəfin mənfi reaksiyası ilə qarşılaşar.
Tənqid etməyin özünəməxsus ədəb və qaydaları vardır. Hər kəs bir-birini tənqid edə bilər. Valideyn övladını, ər xanımını, müəllim şagirdini, insanlar vəzifə başında olanları və sair. Bunun üçün bəzi xüsusiyyətlərə malik olmaq lazımdır ki, onlara işarə edək:
1. Həm müsbət və həm də mənfi tərəfləri qeyd etmək. 2. Mövzuyla bağlı kifayət qədər elmə malik olmaq. 3. Müsbət və ehtiramlı sözlərdən istifadə etmək. 4. Münasib zaman və məkanda. 5. Qısa və faydalı olsun. 6. Tənqidin şəffaf olması. Qarışıq sözlərdən uzaq olsun. 7. Qarşı tərəfin şəxsiyyəti qorunmalıdır.
Rəhmət Peyğəmbərinin rəftarından bir neçəsinə işarə edin?
Rəhmət Peyğəmbərinin rəftarından 10 nümunə:
Hz.Muhəmməd (səllallahu əleyhi və alihi) dəfələrlə təhqir və təqiblərə məruz qaldığı hadisələrdə əsl əxlaq nümunəsi göstərmişdir.
1. Peyğəmbərimiz (s) hər dəfə küçələrdən keçərkən yaşlı bir xanım onun üstünə zibil atardı. O heç bir zaman cavab verməzdi. 2.Peyğəmbərə (s) öz əmanətini etibar edənlər, daha sonra ona qarşı hücum cəhdi etmişdilər. Düzgün və etibarlı (Əl-Sadiq və Əl-Amin) bir şəxs kimi tanındığı üçün hətta düşmənləri belə Ona öz sərvət və mülklərinin qeydinə qalınması üçün etibar edirdi. 3. Taif məntəqəsinin uşaqları onu daşladğı zaman... Mələklər şəhərin məhv edilməsi üçün icazə istədikdə, O, “Mən mərhəmət üçün göndərilmişəm, cəza üçün deyil”, - deyə cavab vermişdi. 4. Peyğəmbərin (s) əmisi Həmzəni öldürmüş şəxsi bağışlaması, 5. Peyğəmbər (s) onun əleyhinə danışmış şəxsi müdafiə etmişdi. 6. Onu təqib edən şəxslərin yanına qayıtmış və “Bu gün mərhəmət günüdür”, - demişdi. 7. Doğma vətəni Məkkədə onu təqib etmiş demək olar ki, hər kəsi bağışlaması. 8. Məkkədə vaxtilə ona hücumlar etmiş əhalinin yanına qayıtmış və “Allahım, bu insanları əhv et, çünki onlar bilməyiblər” , - deyə dua etmişdi. 9. Bir şəxs Məscidi mundarladıqda... Peyğəmbər (s) səhabələrin qarşısını alaraq, həmin şəxslə mülayim və qəzəbsiz şəkildə danışmışdı. 10. Quran dəfələrlə Peyğəmbərin (s) ancaq “xəbərdar edən” və “təbliğçi” olduğunu qeyd edir. Amma Peyğəmbər (s) insanların hidayəti üçün çox çalışardı!
Mömin hansı xüsusiyyətləri ilə imtahana çəkilər?
Peyğəmbər (s) hədisində belə gəlmişdir: \"Mömin şəxs bu üç xüsusiyyətinə görə ağır imatahana çəkilər. Deyildi: O üç xüsusiyyət hansılardır? Buyurdu: 1-İmkanı həddə mömin qarşdaşına maddi köməyini əsirgəməməsi, 2-Rəftarlar və sözlərində insaflı olmağı unutmamalı və insanların haqlı olmasını bəzi hallarda qəbul etməsi, 3-Hər halda Allahı yada salmalı, (xüsusən də haramlarla üz-üzə qalanda Allaha qarşı təqvalı olmalıdır).
Bu üç xüsusiyyətə insanın daxili üç istəklərinə ziddir: a) dini qardaşa kömək etmək nəfsani istəklərin ziddinə addımlamaqdır, b) İnsaflı olmaq insanın daxili özünü bəyənmə xüsusiyyətinə zid addımlamaqdır. c) Allahı hər anda yada salmaq isə, özünü tanıtdırmaq istəyi ilə zidd addımlamaqdır.
Maddi imkanın fərqli olmasının hikməti nədir?
Ruzinin fərqli olmasının hikməti:
1. İlahi imtahan. İmam Əli (ə) buyurur: “Allah ruzini təqdir etmişdir və onu adilcəsinə az və çox halda bölmüşdür. Bu yolla zənginin və yoxsulun şükür və səbrini imtahana çəksin”. Allah hamıdan daha çox mömin bəndəsinin xeyirini istəyir. Onun üçün nəzərdə tutduğu hər bir şeydə xeyir vardır.
2. İstidrac. Hər bir artan sərvəti İlahi lütflə bağlamaq olmaz.
Nəticədə demək olar ki, insanların ruzisinin fərqli olmasının səbəbi – onların istedadlarının fərqli olmasına görədir. Bu fərqin özü isə İlahi imtahandır. Allah bu yolla şükür edən və naşükür bəndələrini ayırd etmək istəyir. Əgər bu sərvət halal yolla əldə olunarsa - yaxşıdır, əks halda İlahi ayələri unudanlar üçün istidrac ola bilər. Deyerler.org
Dəstəmazın baş və ayağ məshində müştərək hökmlər hansılardır?
Dəstəmaz alarkən məsh üzvləri olan baş və ayağ bölməsində müştərək hökmlər vardır ki, onlara diqqət olunmasa dəstəmaz batil olar. Dəstəmazın baş və ayağ məshində müştərək hökmlər:
1-Məsh etməkdə gərək əl baş və ayaq qismətində hərəkət etsin,
2-Məsh zamanı əldə məsh etmək üçün nəmişlik yaradan su olmasa, əli yenidən su ilə islatmaq olmaz, gərək dəstəmaz üzvlərindən alınsın,
3-Əlin suyu o qədər olmalıdır ki, məsh üzvlərində təsir qoya bilsin,
4-Məsh üzvləri gərək quru olsun, əlin suyundan nəmişliyi hiss olunan qədər olmasa eybi yoxdur.
5-Məsh üzvlərinə əl çəkdikdə ikisinin arasında bir mane olmasın, misal üçün papaq və ya corab kimi. Çarəsizlik üzündən olsa eybi yoxdur. Məsh etmək çətinlik yaradırsa cəbirə dəstəmazı alınacaqdır.
6-Məsh üzvləri əl çəkilən zaman gərək pak olmuş olsun, məsh çəkmək mümkün olmasa təyəmmüm etmək vacibdir.
Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
Həzrət Zeynəbin (s) qəbri barəsində 3 ehtimal vardır: Mədinə, Şam və Qahirə. Bu üç ehtimaldan hər birinin öz tərəfdarları vardır. Onlar öz nəzərlərinin təsdiqi olaraq dəlillər gətirirlər. Həzrət Zeynəbin (s) dəfn olunduğu yeri dəqiq təyin eləmək mümkün olmasa da yenə də demək olar ki, bu ailəyə aid olan məkan və ziyarətgahların hər biri Allahı zikr eləmək üçün, insanın islah olunması üçün, Əhli- beyt və şəhidlərə yetişmək üçündür. Əhli- beytin dəfn olunduğu yer harda olursa-olsun onların xatirələri aşiqlərin qəlbində həmişə yaşayır. ...
İmam Əlinin (ə) hədisində 3 işdə həya etmək olmaz, hansılardır?
Peyğəmbər (s) buyurur: Həyanı bölmək istəsək 10 qismdən təşkil tapmışdır. Onun doqquz qismi qadına aiddir biri isə kişiyə. P. başqa hədisində buyurur: \"Həya müsəlmanın islamçılığının zinətidir. İmam Əli (ə) buyurur: \"Həyanın ən üstün həddi odur ki, insan özündən həya etsin\". yəni çirkin işləri özünə layiq bilməsin\".
Amma bəzi məqamlarda isə həya etmək məzəmmət olunur ki, İmam Əli (ə) 3 yerdə həya etməyin qadağan olunduğuna işarə edir: 1-Qonaqlara qulluq etməkdə həya etmək düzgün deyildir, dəvət etdiyin şəxsi xoşqarşılamaqla şəxsiyyətini qoruyacaqsan, 2-Ata və müəllimin gəlişi ilə qarşısında ayağa duracaqsan, bu əməllə ona qarşı hörmətini və əzəmətli olduğunu göstərəcəksən, 3-Haqqını tələb etməkdə istər az olsa belə, həya etmənə icazə verilmir.
Pozitiv düşünməyin həyatımıza qoyduğu 7 təsirləri nələrdir?
Əgər qəbul etsək ki, insanı xoşbəxt edən amil daxilidir, o zaman daha çox nikbin olmağa can atarıq.
Allah ibadətin dünya və axirət faydaları vardır. Hədislərimiz buyurur ki, ibadətin iki növ təsiri mövcuddur: biri xüsusi ibadətə görə olan xüsusi təsirdir, namaz kimi - insanı günaha batmaqdan qoruyur. Allah Təala buyurur: “Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz böyük günahlardan, xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir”. Ənkəbut/ 45.
O biri təsiri ibadətin özünə və bəndəliyə qayıdır, xüsusi ibadətə deyil. Həzrət Peyğəmbər (s) buyurur: “Yaxşı güman, yaxşı ibadətdən mənbələnər”. Yəni, o kəs ki, Allah bəndəsi olar, ibadət ruhunu dadar, Allaha və Allah bəndələrinə qarşı bədgüman olmaz. Necə ki, yaxşı ibadət yaxşı gümana gətirib çıxardar, nikbin olmaq və müsbət düşünmək də pərətişin yaxşı olmasına gətirib çıxardar. İmam Sadiq (ə) buyurur: “Allah Təala Həzrət Davuda (ə) vəhy edir: “Mənim batini və zahiri nemətlərimi bəndələrimin yadına sal. Çünki onlar nə zaman Mənim nemətlərimi xatırlasalar, Məndən yaxşılıqdan başqasını görməzlər. Gələcəkləri də keçmişdəkiləri kimi olar””. Müsbət düşünməyin gətirdiyi nəticələr: 1. Fikir rahatlığı. 2. Qəmi aradan aparar. 3. Məhəbbət yaradar. 4. Günahdan çəkinmək. 5. Ruhu sağlam olar. 6. Şad olmaq. 7. Səbir və hövsələ.
Səbirli insanın 3 bariz xüsusiyyəti nələrdir?
Səbirli insanı başqalarından ayıra bilən üç nişanəsi vardır. Birincisi budur ki, o, süstlük etməz. İkincisi budur ki, qəmgin olmaz və ürəyi sıxılmaz. Üçüncüsü budur ki, Allahından şikayət etməz. (Tebyan)
Əgər insan süstlük edərsə, haqqı zay edər. Əgər darıxsa və qəmgin olsa şükür etməz. Əgər Allahdan şikayət etsə günah etmiş olar.
1. Süstlük etməz. Hər bir möminin vəzifəsi budur ki, insanların haqqını əda etsin və onlar zülm etməsin. İmam Kazım (ə) övladlarından birinə belə nəsihət verir: “Süstülk və tənbəllikdən çəkin ki, o səni dünya və axirət nəsibindən məhrum edər”.
2. Səbirli insan qəmgin olmaz. İmam Sadiq (ə) buyurur: “Razı sifəti – bəndənin məhbub və məkruha razı olmasıdır. Yəni, hər ikisi onun üçün bərabərdir. Aləmlərin Allahının etdiyinə razı olmaq - İlahi mərifətin nur şüasındandır”.
3. Səbirli insan Allaha şikayət etməz. Peyğəmbər (s) buyurmuşdur: Hər kim Allahın ona təqdir etdiyinə razı olmaz, davamlı şikayət edər, səbiri olmazsa – yaxşılıqları yuxarı qalxmaz. O halda ki, Allah ona qəzəblənmişdir, məhşərə daxil olar. Məgər o halda ki, tövbə edər””.
Şad həyat əldə etmək üçün mübarək dinimizin tövsiyələri nələrdir?
Həyatda şad yaşamaq hər bir insanın arzusudur. İnsanlar maddi həyatlarında bu hədəfə çatmaq üçün əllərindən gələni edirlər. Lakin onlar unudur ki, bu maddi səylə yanaşı, başqa bir üsul da vardır ki, əgər insan həyatında o olmazsa, bu hədəfə çata bilməzlər. Əhli-beyt (ə) biz müsəlmanları bu həqiqətə çatmağa həmişə hidayət etmiş və yollar göstərmişdilər. (Tebyan) Məsumların (ə) bizlərə bu yolda verdiyi tövsiyələrə işarə edək:
1- Qənaət. İmam Əli (ə) buyurur: “Rahatlıq, qənaətin nəticəsidir”.
2-Gözəl əxlaq. İmam Sadiq (ə) buyurur: “Heç bir həyat hüsnü əxlaqa bürünmüş həyatdan ləzzətli deyildir”.
3-Hüsnü-zənn. Həzrət Peyğəmbər (s) buyurur: “Qardaşına yaxşı güman bəsləyin ki, bu yolla qəlb səfasını və pak batini qənimət aparasınız”.
4- Səbir. Quranda oxuyuruq: “Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir”. (“Bəqərə” 153).