Ramazan ayının gündəlik duaları bizə nə demək istəyir?
Əgər Ramazan ayının gündəlik dualarına nəzər salsaq, həqiqi möminin necə həyat tərzi keçirməli olduğunu dərk etmiş olarıq. Belə ki, bu dualar bizə deyir ki, insan həyatı səy və çalışma ilə zəngin olmalıdır. Allaha təvəkkül etməli, Onun əmrlərinə təslim olmalıdır.
Yaxşı bilirik ki, dua – möminin silahıdır. Xaliq ilə məxluq arasında olan rabitələri formalaşdırar. Duanı, ən aşağı mənəvi dərəcədə olan insandan tutmuş, ali mənəvi dərəcəyə çatan hər bir insan edər. Dua – bəndənin Allahla etdiyi münacat və dərdləşməkdir. Öz ehtiyaclarını bölüşüb, sirlərini əmanət etdiyin kəsə etimad etməkdir. Həzrət Səccad (ə) duaların birində buyurur: “Allahım! Allahım, tövfiq ver öz valideynlərim üçün bu işləri görüm”. Yəni, bizə öyrədir ki, hətta valideyn münasibətilə bağlı mövzularda belə, Allahdan tofiqat istəmək lazımdır.
İmam Səccadın (ə) duasında Ramazan ayını hansı 5 adla çağırır?!
İmam Səccad (ə) “Səhifeyi-Səccadiyyə” kitabında Ramazan ayına 5 ad vermişdir ki, onlarla tanış olaq:
1. Ramazan ayı. İmamın (ə) bu müqəddəs ay üçün qərar verdiyi ilk ad – Ramazan ayıdır. Ramazan sözü “rəməz” sözündən götürülmüşdür ki, mənası günəşin yandırıcı nur saçmasıdır. Yəni, yüksək hərarət, yandırıcı hərarət nəzərdə tutulur. Peyğəmbərimiz (s) ona görə buyurur: “Bu ayın adını ona görə Ramazan ayı qoyublar ki, bu ayın nuraniliyi və hərarəti keçmiş günahları yandırar. Əməl dəftərinin qara səhifələrini ağardar”.
2. Orucluq ayı. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc – Mənim üçündür və Mən onun mükafatını verəcəyəm”. Oruc nəfsani istəkləri və şəhvəti aradan aparır və qəlbin səfasına səbəb olur...
İftar vermək – gözəl savabdır, amma israf olmasa!
İmam Sadiq (ə) buyurur: “Ey Sədir! Bilirsənmi ki, bu nə gecələrdir?”. Sədir deyir: “Bəli, qurban olum. Bu gecələr Ramazan ayının gecələridir”. İmam (ə) buyurur: “Qüdrətin vardırmı ki, bu gecələrin hər birində İsmayil (ə) övladlarından olan on qulu azad edəsən?”. Sədir deyir: “Atam-anam sənə fəda olsun. Sərvətim kifayət etməz”. İmam (ə) qulların sayını azaltmağa başlayır və gəlib çatır 1 qul azad etməyə. Sədir yenə deyir ki, qüdrətim yoxdur. İmam (ə) ona buyurur: “Qüdrətin yoxdurmu ki, hər gecə 1 oruc tutan müsəlmana iftar verəsən?”. Deyir: “Bəli, on nəfərə də iftar verərəm”. İmam (ə) buyurur: “Ey Sədir! Sənin iradə etdiyin kimidir. On oruc tutana iftar verərək, İsmayil (ə) övladlarından olan on qulu azad etməyin savabına nail olarsan”
Ramazan ayında iftar süfrəsi hər bir Allah qonağının üzünə açıq olar. Quran ayələri və hədislərimiz bu mübarək ayda oruc tutanlara iftar verməyimizi tövsiyə edir. Ancaq bu süfrələr israf xarakteri daşımamalıdır. Çünki israf etmək bu iftar süfrəsinin dəyirini aradan aparar. İsraf elə bir əməldir ki, Quran 20 ayəsində onu məzəmmət etmişdir.
Qohumların dəyəri nədir? – İmam Əlinin (ə) mübarək izahı
Əmirəl-möminin (ə) insanlar üçün xütbə deyirdi, Allaha həmd etdikdən sonra, Həzrət (ə) buyurur: “Heç kəs öz qohumlarından ehtiyacsız deyildir, baxmayaraq ki, mala və övlada malik olsa da. Həmçinin onların mehribanlığından, kəramətlərindən, əl və dillə müdafiələrindən ehtiyacsız deyildir. Qohumlar ən əzəmətli dayaq, ürəkyandıran insanlar, onun üçün ən böyük qəm yeyən olarlar. Qohumların xüsusiyyətlərindəndir ki, məhəbbət və ürək yandırmaqda sadiq olsunlar. Belə ki, xalis niyyətlə yaxşılıq əlini qohumları üçün açarlar. Allah dünyada infaq etdiklərini yerinə qoyar və axirətdə bir neçə qat mükafat verər...
Övladın cinsi, ömür müddəti, ruzisi nə vaxt müəyyən olunur?
Muhəmməd ibni İsmayil nəql edir: “İmam Cavada (ə) dedim: “Qurbanın olum! Tanişlarımdan olan biri hamilə olan xanımı üçün dua oxuyur ki, sağlam və eyibsiz oğlan övladı dünyaya gətirsin”. Həzrət (ə) buyurur: “Nütfə bağlandıqdan sonra 4 ay dua etməlidir. Körpə 40 gün nütfə, 40 gün bağlanmış qan, 40 gün ət parçası halında olar. Bu müddət 4 ayda kamil olar. Sonra Allah Təala yaratdığı iki mələyi seçər və o ikisi deyər: “Pərvərdigara! Hansı mövcud yaradaq: oğlan yoxsa qız? Bədbəxt, yoxsa xoşbəxt?”. Lazım olunan əmr verilər və o ikisi deyərlər: “Pərvərdigara! Ruzisi necə olacaqdır? Ölüm zamanı nə vaxtdır? Ömür müddəti nə qədərdir?”.
Oruc tataraq amma kasıbların qayğısına qalmamaq orucun faydalarından məhrum edərmi?!
Fitrə - əslində bədənimizin zəkatıdır. Əgər onu verməsək orucumuz naqis qalar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kimsə oruc tutarsa və fitrə zəkatını bilərəkdən verməzsə, orucdan bəhrəsiz qalar”. Fitrəni verək ki, bədənimiz sağlam qalsın. Məsumların (ə) nəzərinə görə, fitrə zəkatının çox mühüm faydaları var. Onlarla tanış olaq:
1. Orucu təkmilləşdirər. İmam Sadiq (ə) Peyğəmbərdən nəql edir ki, buyurur: “Orucun tamam olması (fitrə) zəkatı verməklədir. Necə ki, namazın tamam olması Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərməklədir”...
Böyük alimin İslam maarifini yaymasının təsirliyinə nə səbəb olmuşdur?
Şeyx Süleyman Nədəvi nəql edir: “Bir gün İqbal Lahuriyə dedim: “Çox təəccüblüdür ki, mən və mənim kimilər ömürlərini dini təhsilə sərf etsələr də, heç biri sizin qədər İslam maarifini nəşr edə bilməmiş! siz bu qədər müvəffəq olmusunuz?”.
İqbal Lahuri cavabında mənə dedi: “Bütün bunlar atamın tövsiyəsi sayəsində olmuşdur. Bir gün səhər çağı Quran oxumaqla məşğul idim. Atam otağımın qarşısından keçirdi. Məndən soruşdu ki, nə edirsən? Mən də cavab verdim ki, Quran oxuyuram. Bu zaman atam mənə dedi: “Çox yaxşı. Ancaq istəyirəm ki, Quranı elə oxuyasan ki, sanki elə indicə nazil olmuşdur. Allah səninlə söhbət edir”. İqbal Lahuri Qurana böyük əhəmiyyət verirdi. Ona görə də həyatında mühüm məqamlara çata bilmişdi”.
Ramazan ayında 6 sifətdən möhkəm yapışmaq günahların bağışlanmasına səbəb olar?!
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Ramazan ayında 6 sifətə çəng vurarsa, Allah onun günahlarını bağışlayar:
1. Dinini qoruyar. 2. Nəfsini saxlayar. 3. Qohumları ilə əlaqə yaradar.
4. Qonşusuna əziyyət verməz. 5. Qardaşlıq (haqqına) riayət edər. 6. Dilini (yersiz sözlərdən) saxlayar”.
Nə edək ki, orucumuz qəbul olsun? Məsumlardan hədislər
Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti - bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: “O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”.
Həzrət Əli (ə) yenə buyurur: “Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz...
Nəfsimizi kontrol etməyi Həzrət Yusif (ə) kimi istəyək!
Quran bizə bir çox dastanları ilə ibrət dərsi vermişdir. Bu dastanlardan biri də Yusif peyğəmbərin (ə) dastanıdır ki, Həzrət Yusif (ə) şəhvət və nəfsinə qalib gəlmək üçün Allahdan yardım istəyir. Bu dastan, Quranın ən gözəl dastanı kimi məşhur olmuşdur. Quran buyurur ki, Yusif (ə) öz nəfsinə qalib gəlməkdə siddiq məqamına çatmışdı. Yəni, o həm zahirdə və həm də batində həqiqi mömin idi. Nə zaman Züleyxa ona fitnə qurur, o, Allaha xitab edərək buyurur: “(Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyil edər və nadanlardan olaram»”. (“Yusif” 33).
Həzrət Yusifin (ə) Allahdan yardım istəməsi səbəb oldu ki, şəhvətinə məğlub olmaq yerinə, xilas oldu. Düzdür ki, onun xilası zindan imtahanı ilə oldu. O, zindanı Misirin vəziri olmaqdan üstün tutur. Çünki zindan ona iffətli və pak halda ibadət etmək və Allaha bəndə olmaq üçün imkanlar vermişdi. Hər nə qədər çətin və əziyyətli olsa da, nəfsinə qalib gəldiyi üçün Həzrət Yusif (ə) çox xoşbəxt idi.