İmam Səccadın (ə) Kərbəladan sonra hansı iki hədəfi nəzərdə tutmuşdu?!


İmam Səccadın (ə) Kərbəladan sonra iki mühüm hədəfi:
- İmamın (ə) birinci hədəfi barəsində demək olar ki, İmam (ə) əziz bibisi Həzrət Zeynəb (s.ə) ilə birlikdə həm Kufədə, həm də Şamda insanları qəflətdən ayıltmağa çalışmışdı. Onların dediyi xütbələr bu qiyamın təsirini bir neçə qat artırmışdır. Onlar bu xütbələri ilə İslam ümmətini həqiqi düşmənlərini tanıtmış və insanları sünnətə qayıtmağa dəvət etmişdilər.
-İmam Səccad (ə) ömrünün sonuna qədər Kərbəla hadisəsini diri saxlamağa cəhd etmişdir. Nə zaman qurban edilən heyvan görərdi, ağlayardı. Su içən zaman ağlayardı. Məhərrəm ayında əza məclisləri təşkil edərdi. Onun bu əməlləri sayəsində Kərbəla hadisəsi indiyə qədər diri qalmaqdadır.


İmam Səccad (ə) xəlifənin dünya barədə təklifinə nə cavab verdi?


... Mərvan deyir: “İstəmirəm, ancaq bizim yanımıza gəl ki, bizim dünyamızdan bir şey əldə edəsən”.
İmam (ə) bu sözləri eşidən zaman əyləşir və cübbəsini açıb buyurur: “Allahım! Yaxın dostlarının hörmətini ona göstər!”.
Mərvan ona baxan zaman gördü ki, cübbəsi nurlu qapılarla doludur ki, nuru Bəsrəyə qədər əsər qoyur.
İmam (ə) buyurur: “O kəsin ki, hörməti buna yaxın olar, sənin dünyana nə hacəti olar?”. Sonra dua edir: “Allahım, geri al ki, mənim ona hacətim yoxdur”. Həmin nurlu qapılar yoxa çıxır”.


İmam Səccadın (ə) Kərbəladakı xəstəliyi nə qədər çəkmişdir?


Muhəmməd ibni Səd “Təbəqati kubra” kitabında yazır: “O gün ki, (Aşura günü) Əli ibni Hüseyn (ə) atası ilə birlikdə idi, 23 və ya 24 yaşı var idi. O, həmin günü xəstə idi və ona görə də öldürülmədi”.
“Bəlağəti nisa” kitabında oxuyuruq: “Hizam Əsədi nəql edir: “Hüseyn (ə) şəhid olan ildə Kufəyə daxil oldum. O zaman Kufə qadınlarını gördüm ki, üzlərinə və başlarına vururdular. Gördüm ki, İmam Səccad (ə) ahəstə səslə və xəstəlikdən əziyyət çəkən halda buyurur: “Ey kufəlilər! Siz bizə ağlayırsınız? Bəs bizi sizdən savayı kim öldürdü?””.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, qadınları Kərbəladan Kufəyə gətirdilər, İmam Səccadın (ə) bədəni arıqlamış və xəstəlikdən əziyyət çəkmiş halda idi”.


Hz Zeynəb (ə) İmam Hüseynə (ə) aşura müsibəti haqda hansı sualları verdi?!


Həzrət Zeynəbin (s.ə) qardaşı İmam Hüseynin (ə) müsibəti barədə sualları!
-Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibətiniz Həzrət İbrahimin (ə) müsibəti ilə müqayisədə necədir?”.
İmam (ə) buyurur: “Bacı! Atəş İbrahim (ə) üçün gülüstana çevrildi, ancaq mənim döyüş atəşim yandıracaqdır”.
-Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibət böyükdür, yoxsa Həzrət Zəkəriyyənin (ə) müsibəti?”.
İmam (ə) buyurur: “Bacı! Zəkəriyyəni (ə) dəfn etdilər, ancaq mənim bədənimi atların ayaqları altında qərar verəcəklər”...


Niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir?


Abdullah ibni Fəzl Haşimi adlı bir nəfər bu sualı İmam Sadiqə (ə) bu şəkildə vermişdi: “Ey Peyğəmbər övladı! Necə olur ki, Aşura günü müsibət, qəm və göz yaşı tökmək günüdür, ancaq Peyğəmbərin (s) vəfat günü, xanım Fatimənin (s.ə), Əmirəl-möminin (ə), İmam Həsənin (ə) şəhadət günü belə deyildir?”.
Həzrət Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) (şəhid) olduğu gün başqa günlərdən daha böyük müsibətdir. Ona görə belədir ki, Allah Təala məqamında ən əziz olan Kəsa səhabələri beş nəfər idilər. O zaman ki, Peyğəmbər (s) onların arasından getdi, Əmirəl-möminin (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) sağ idilər. Nə zaman insanlar onlardan birinə nəzər salırdı, Peyğəmbərlə (s) olan vəziyyətini yada salırdı. Allahın Peyğəmbərinin (s) onunla danışığını və onun haqqında dediklərini xatırlayardı. O zaman ki, onların hamısı dünyasını dəyişdi, Allah dərgahının əzizlərini görməyi əldən verdilər, onların hər birini əldən vermək onların hamısını əldən vermək sayılmazdı, məgər İmam Hüseyni (ə) əldən verməkdən başqa. Çünki, o, onların ən axırıncı nəfəri idi. Ona görə də (onun öldürüldüyü) gün - ən böyük matəm günüdür”.


İmam Hüseyn (ə) səhabələrini fərqləndirən 6 xüsusiyyət hansılardır?


İmam Hüseynlə (ə) çiyin-çiyinə vuruşan səhabələrin sayı az olsa da, onların malik olduğu sifətlər hər kəsdə tapılmaz. Bu, elə sifətlərdir ki, onların adını tarixə həkk etmiş və başqa şəhidlərdən üstün etmişdir.
1. Ən yaxşı dost idilər. O zaman ki, Tasua gecəsi gəlib çatır, İmam (ə) əmr edir ki, çıraqları söndürsünlər və hər kim ki, bu döyüşdə iştirak etmək istəmir – çıxıb getsin. İşıqları yandıran zaman İmamın (ə) ancaq ən yaxın dostları yanında qalır. Ona görə də İmam (ə) buyurur: “Mən öz dostlarımdan daha yaxşı olanının sorağını almamışam”.
2. Yəqinlik qalasına qalxanlar. İmamın (ə) bu yaxın səhabələri kor-koranə deyil, məhz elm və agahlıq üzərindən İmama (ə) etiqad bəsləyir və onun ardınca gedirdilər. Çünki onlar yəqinlik dərəcəsinə çatmış insanlar idilər. Onlar öləcəklərini bilsələr də, bu yolda tərəddüd etmir və irəli gedirdilər ...


İmam Hüseyn (ə) qiyamının təqvimini (tarixi gedişatını) yazın?


İmam Hüseyn (ə) qiyamının təqvimini yazın:
1-Mədinə hakimi Vəlid tərəfindən beyət istənilməsi -Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 27- si, Cümə
2-İmam Hüseyn və Vəlid arasında ikinci görüş - Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 28- zi, Şənbə
3-İmamın mədinədən çıxması - Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 28- zi, Bazar gecəsi
4-Məkkəyə giriş - Hicri Qəmərinin 60- cı ili, Şəban ayının 3- ü, Cümə gecəsi
5-Məkkədə qalmaq - Hicri Qəmərinin 60- cı ili, Şəban, Ramazan, Şəvval, Zilədə və Zilhəccənin səkkizinci gününədək. Yəni Dörd ay və beş gün...


Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı?


İmam Hüseyn (ə) irtica təhlükəsi barədə xəbər verirdi. Həmin vaxt müsəlmanlar üçün ən böyük təhlükə şirk, bütpərəstlik və cahiliyyətə qayıdış idi. Bəni-üməyyə irticası İslam ayinlərini, dini şüarları təhqir edirdi. İslam dünyası, xüsusi ilə böyük dini şəxsiyyətlərin yaşadığı Məkkə, Mədinə, Kufə, Bəsrə kimi şəhərlər səsini udmuş, ölüm sükutuna qərq olmuşdular. İbn Ziyad, Müğeyrə kimi zalım hakimlər günahsız insanları qətlə yetirir, müsəlmanların əqidəsini təhqir edirdilər. Əməvilər İslam mənəviyyatını, dindar təbəqələri əzir, xalqın ehtiramını qazanmış din alimlərini sıxıntıda saxlayırdılar. Mənbələrdə oxuyuruq: \\\"İslam mütəfəkkirlərinə məlumdur ki, Bəni-üməyyə fəsad mənbəyi olmuş, təbiətən bütün mərasimləri və boyaları ilə cahiliyyət əsrini diriltmişlər.\\\" (Sümuvvəl-məna\\\" səh.28)...


İmam Hüseyn (ə) unudulmamasının fəlsəfəsi nədir?


Şəhadəti, dərd-qəmi, uşaqlarının əsir düşməsi Allah yolunda olan kimsə, heç vaxt unudulmaz. Әksinə, zaman keçdikcə xalqın İmam Hüseyn əleyhissalama olan sevgisi, məhəbbəti daha da çoxalır və ildən-ilə xalqın o «sadiq inqilabçı»ya olan eşqi daha da artır. Hüseyn (ə) 56 il davam edən bərəkətli həyatını Allah yolunda və Allaha qovuşmaq üçün həsr etdi və dəfələrlə piyada Allahın evini ziyarət etməyə getdi. O, namazı, Allaha yalvarmağı, duanı daha çox sevərdi. Hətta ömrünün son gecəsində belə düşmənlərindən Allaha ibadət etməsindən ötrü möhlət istədi. Dostlarından birisi Hüseynin ibadətləri və onun ərəfə duası barəsində belə deyib: «Zilhəccə ayının 10-cu günü Hüseyn (ə) Әrəfatın qızmar çölündə Kəbəyə tərəf dönüb ürəyinin dərinliklərindən bu duanı oxudu: «Allahım! Səni deyib, Sənin varlığına şahidlik edirəm. Məni Sən yaradıbsan, həmişə qoruyubsan və mənə müxtəlif nemətlərdən ruzi veribsən. İradəsini heç bir şey dəyişə bilməyən və bağışlayıcılığına heç kəs mane ola bilməyən Allaha həmd olsun. Ey Allah! Ehtiyacsızlığı nəfsimdə və canımda, yəqini könlümdə, ixlası əməlimdə, işığı gözümdə və bəsirəti isə dinimdə qərar ver».


Nə üçün İmam Hüseyn (ə) qadın və uşaqları çətİn bİr vəzİyyətdə özü İlə bİrlİkdə apardı?


... 4-Hər bir qiyamın iki əsas ünsürə ehtiyacı vardır ki, o ünsürlər bu qiyamın yaranması və əbədi yaşamasında böyük rol oynayırlar. O ünsürlərin biri fədakarlıq, şəhadət, digəri isə təbliğat və qiyamın fəlsəfəsini cəmiyyətə çatdırmaqdır. Birinci ünsür qiyamın vücuda gəlməsi üçün nə qədər əhəmiyyət daşıyırsa, digər ünsür də bu qiyamın tarixdə yazılıb bəşəriyyətə necə çatdırılmasında o qədər əhəmiyyət daşıyır. Kərbəla hadisəsindən sonra əsir düşmüş qadınlar, xüsusi ilə də Həzrət Zeynəb bu qiyamın fəlsəfəsini, Bəni-Üməyyənin törətdikləri cinayətləri, Kufə əhlinin İmamı (ə) tək qoymalarını və bu kimi mühüm hadisələri insanlara çatdırdılar. Əgər onlar bu hadisəni təbliğ edib başqalarına çatdırmasaydılar, şübhəsiz hakimiyyətdə oturanlar İmam Hüseyni (ə) üsyankar tanıtdırmaqla onun bütün hədəflərini aradan aparacaqdılar. Və bu da qadınların Kərbəla hadisəsinin yaşamasında nə qədər böyük rol oynadıqlarını bildirir. Deməli İmam Hüseynin (ə) qadınları özü ilə aparmasında olan əsas məntiqlərindən biri də, şəhadətindən sonra bu hadisənin fəlsəfəsini onlar tərəfindən xalqa çatdırmaq olmuşdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter