HEYVAN HANSI QAYDADA KƏSİLMƏLİDİR?


Cavab: Heyvanın kəsilməsinin beş şərti var:
1. Heyvanı kəsən şəxs müsəlman olmalıdır və peyğəmbər əhli-beyti ilə düşmənçiliyini izhar etməməlidir;
2. Heyvanın başı dəmir alətlə kəsilməlidir;


İTİN OVLADIĞI HEYVANIN ƏTİ HALALDIRMI?


Yalnız ov itlərinin ovladığı heyvanın əti halaldır. Ov itinin dişləyib öldürdüyü heyvanı kəsməyə (zibh) ehtiyac yoxdur. Çünki itin vurduğu yara kəsilməyə bərabərdir. Ov itinin şərtlərindən biri budur ki, tutduğu ovu sahibi çatanadək yeməsin.


İslamda təqlİdə hansı yerlərdə İcazə verİlİr?


Hamı üçün çox maraqlıdır ki, görəsən İslam dinində hansı yerdə təqlidə icazə verilir və hansı yerdə icazə verilmir. Ümumiyyətlə, müqəddəs İslam dinini böyük bir ağaca bənzətsək, onu iki qismə bölmək olar: Gövdəsi və qol-budaqları. İslam dininin əsaslarını yə`ni, e`tiqadi hissəsini ağacın gövdəsinə, əməli hissələrini isə onun qol-budaqlarına bənzətmək olar. Başqa sözlə desək, İslam dini iki qismdən ibarətdir:


Müctəhİd kİmdİr?


Müctehid dedikdə kimlər və hansı elmi məqamda olanlar nəzərdə tutulur?
Hər şeydən əvvəl bu sözün kökü ilə tanış olaq. Sözün kökü “ictihad” kəlməsindəndir. “İctihad” sözünün özü isə “cəhd” sözündəndir.


Gündəlİk vacİbİ namazlar neçə vaxtda qılınmalıdır?


Əhli-beyt məzhəbinə əsasən namaz vaxtları 3 qismə ayrılır:
1) Məxsusi vaxtlar. Bu namaz vaxtı zöhr, əsr, məğrib və işa namazları üçün hesab olunur. Zöhr namazının məxsusi vaxtı zöhr vaxtı daxil olduqdan 4 rəkətlik namaz qılmaq qədərindədir. Bu zaman fasiləsində yalnız zöhr namazını qılmaq olar.


Cümə namazı vacİbdİrmİ?


Müqəddəs Qurani-Kərimin \"əl-Cümə\" surəsinin 9-cu ayəsində Allah-Təala buyurur:
\"Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir\".


Aşura günü oruc tutmağın hökmü nədİr?


İslami kitab və mənbələrdə bu mətləbə işarə edən bir çox rəvayətlər mövcuddur ki, Ramazan ayının orucunun vacib olması ilə Aşura gününün orucunu vaciblikdən çıxarmış, onun tərkini daha münasib bilmişdir. Bu mətləbi və Aşura gününün orucunun İslamda yerini daha yaxşı bəyan etmək üçün Məsum İmamlardan (ə) bir neçə rəvayətə işarə edib, daha çox araşdıranlar üçün hədis kitablarına müraciət etmələrini xahiş edirik.


Hansı dənİz məhsullarını yemək olar?


Müqəddəs İslam şəriətinə əsasən, dəniz məhsullarının bir qismini yemək icazəli, digər qismini yemək isə qadağandır. Pulcuqlu balıqları yemək caiz, digər dəniz canlıları isə haramdır.


Azan və İqamədə üçüncü şəhadətİn hökmü nədİr?


Azan və iqamə təkbirlə başlayır, daha sonra isə 3 şəhadətlə davam edir. Allahın təkliyinə, Həzrət Məhəmmədin (s) risalətinə və İmam Əlinin (ə) vilayətinə şəhadət edilir.
Verilən suallardan biri isə budur: Peyğəmbər (s) dövründə Həzrət Əlinin (ə) vilayətinə şəhadət verilmişdirmi? Bu şəhadət sünnədən gəlir yoxsa, sonradan əlavə edilib?


İslam dİnİ yemək qaydaları barədə nə buyurub?


Bir çoxları arıqlamaq üçün şam yeməyini yeməkdən imtina edirlər. Halbuki İslam dini şam yeməyini yemək üçün çox təkid edir. İmam Rza (ə) İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Şam yeməyini hətta əgər üç tikə çörəklə duz olsa belə, buraxma”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter