Təhsil mərkəzi Vətən hesab olunurmu?


Təhsil mərkəzi Vətən hesab olunurmu?Bütün alimlər deyirlər ki, təhsil alınan şəhərlər vətən hökmünə daxil olmazlar. Sistani buyurur: 2 il müddətində təhsildə haftədə iki gün kamil orda qalsa vətən hökmü alır. Məkraim Şirazi aqa deyir: Bir ildən artıq oxuması olsa həftədə üç gün qalsa vətən hesab olunur. Vəhid: Bir il müddətində oxumaq məqsədli olsa həftədə dörd gün qalsa vətən hesab olunur. və gərək namazları tamam və oruclarını tutsunlar. Hər il ki təyin olunmuşdur onlardan çox qalsa da vətən hökmü sabitdir. (vətən hesab olunsa namazı tamam qılmalı və vətən hökmü aid olmasa qalmamağı ücbatından və ya məsafənin az olmasına görə namazını qəsr qılmalıdır).


Nəcasətin rənginin hökmü necədir?


Nəcasətin rənginin hökmü necədir?Nəcasətin rənginin paltar və hər bir şeydə qalsa (yuyanda sonra hökmü) pakdır.


Tələbə vətəndən uzaq bir məsafədə təhsil aldıqda namaz və oruclarının hökmü nədir ?


Tələbə vətəndən uzaq bir məsafədə təhsil aldıqda namaz və oruclarının hökmü nədir ?Xamenei həzrətləri bu haqda 654-cu suala cavab olaraq buyururlar: İbadətləri (namazları qəsr və oruc tutması icazəli deyil) vətənindən qıldığından fərqli olacaq. Yəni səfərdə olan şəxsin hökmünü daşıyacaq.


Övladlığa götürülmüş uşaq məhrəmdir?


Övladlığa götürülmüş uşaq məhrəmdir?Övladlığa götürülmüş uşaq məhrəm deyil. bəzi yollarla naməhrəmlik hökmündən azad ola bilər. İki əsas yolu bunlardır. Süd vermək (şəraitləri nəzərə alınmalıdır. Misal üçün: Süd verməklə məhrəm olmaq olar o uşaqla ki, 2 yaşından aşağı olsun, və sair şəraitləri nəzərə almaqla), evlənmə əqdi və ya məxsus şərait əsasında məhrəm olur.


Hər bir yerdə Allahın adlarını və ya Quran ayələrinin silmək gərəksə necə etməliyik?


Hər bir yerdə Allahın adlarını və ya Quran ayələrinin silmək gərəksə necə etməliyik?Xamenei həzrətlərinin suallara cavab kitabının 165 sualında deyilmişdir: Allah adı və Quran ayələrinin aradan aparılmasının yolları bunlardır: Yerlərdə dəft etmək lazımdır və ya su ilə onu məhv etmək mümkündür. İstisna halı da geniş şərhimizdə gəlmişdir.


Bir şəxs şəkk edə əgər qüsl alsa namazın vaxtı keçərmi, vəzifəsi nədir?


Bir şəxs şəkk edə əgər qüsl alsa namazın vaxtı keçərmi, vəzifəsi nədir?Bütün alimlər bu vəziyyətdə təyəmmüm almasını vacib demişlər.


Qonaqlıqda cənabət olan şəxs qüsl etməyə xəcalətli olduğundan, qüslü təyəmmümlə əvəz edə bilərmi?


Qonaqlıqda cənabət olan şəxs qüsl etməyə xəcalətli olduğundan, qüslü təyəmmümlə əvəz edə bilərmi?Qonaqlıqda olan halda cənabətli olan şəxs qüsl almaq üçün ev sahibindən xəcalətli olması ona icazə vermir ki, qüsl əvəzinə ibadətlərini təyəmmümlə etsin. Gərək ki, qüsl alsın. Şəraitin əqli cəhətdən olmaması halda təyəmmüm etməsi və onunla ibadəti axır vaxtda etməsinə icazə verir. Çünki ibadətdə vaxtın az olması səbəbindən təyəmmüm almaq hökmü o vəziyyətdə vacib olur.


Haram məclislərdə oturmaq məcburi olsa vəzifəmiz nədir?


Haram məclislərdə oturmaq məcburi olsa vəzifəmiz nədir?Fiqh alimlərinin hamısı deyirlər: Pisliklərdən çəkindirmək üçün əgər şərait əldə olunması təsəvvür olunsa ki, təsir edə bilərsiniz qalmağınızın heç bir eybi yoxdur, qalmaq təsirsiz olsa onda məclisi tərk etmək zəruridir, bir halda zərurət miqdarında qala bilərsiniz ki, fitnə və fəsad yaranmasına mane olasınız. Bu qalmaq müddət mömin şəxsin təyininə bağlıdır.


Təzə müsəlman olmuş xanımla evlənməyin hökmü necədir?


Təzə müsəlman olmuş xanımla evlənməyin hökmü necədir?Bütün alimlərin baxışında raşidə xanımla icazə verilmişdir. Atası qeyri-müsəlman olan raşidə xanımın atasından icazə də gərək deyldir.


KİŞİLƏRİN QIZILDAN İSTİFADƏ ETMƏSİ HARAMDIR, BƏS AĞ QIZIL NECƏ?


KİŞİLƏRİN QIZILDAN İSTİFADƏ ETMƏSİ HARAMDIR, BƏS AĞ QIZIL NECƏ?Əgər qızıl cinsindən hesab olunsa \"deyilən ağ qızılın kişilərin geyinməsi\" - icazəli deyildir, baxmayaraq ki, rəngi ağ belə olsa. (bu barədə Xamenei həzrətlərinin 2 dildə cavabını geniş məlumatımızda oxuya bilərsiniz).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter