Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir?


Uşaq tərəfdən Quranın xəttinə dəstəmazsız əl vurmanın hökmü necədir? Yetkinlik (şəri baxışdan) yaşına çatmayan uşaqların Qurana dəstəmazsız əl vurmasının eybi yoxdur. Əgər dəstəmazsız Qurana əl vuralar tərbiyəçi üçün vacib deyildir ki, onu bu işdən çəkindirsin.


Ayaqyoluna Quranı özü ilə aparmağın hökmü necədir?


Ayaqyoluna Quranı özü ilə aparmağın hökmü necədir? Quranı özü ilə ayaqyoluna aparmağın şəri haramlığı yoxdur. (yəni əgər boynunda Quran ayələri olan adam ayaq yoluna gedəndə onu çıxartması lazım deyildir). Amma bəyənilir ki, çıxartsın. (Bütün müctəhidlərin dəftəri, və Təbrizi, İstiftaat, səh: 1927).


Quran ayələri yazılmış lazımsız kağızlarla nə edək?


Quran ayələri yazılmış lazımsız kağızlarla nə edək? Lazımsız və kənara qoyulması istənilən kağızlar var ki, onların içindən Quran ayələri olmuş olsa ona qarşı hörmətsizlik etmək haramdır. İşlənilməyən Quran ayələri ilə olan kağızların hörmətini saxlamaq üçün bəzi yollar deyilmişdir 1-Cəmləşdirdikdən sonra onları torpaq altına basırmaq, 2-Axar arıx və çaylarda axıtmaq.


Balığı alanda neçə şərti nəzərə alınmalıdır?


Balığ alanda iki şərtə riayət etmək gərəkir: 1-Bağlıq qəpikli olmuş olsun ki, 2-Sudan diri çıxarılmış olsun, həddi budur ki, yəqin olunmuş olsun ki, suda ölməmiş balıqdır. misal üçün tokla öldürülsə onda balığı yeməyə icazə verilmir, (yəni sudan diri çıxarıldıqdan sonra ölsə halaldır suda ölməsi onun haram olmasına səbəbdir).


Qumar alətlərinin saxlanılmasının hökmü necədir?


Qumar alətlərinin saxlanılmasının hökmü necədir? Bütün alimlər buyurublar: Qumar alətlərinin saxlanılması qadağan olunub və saxlamasına icazə verilmir və gərək ki, o məhv edilsin.


Futbol oynuna şərtlənməyin (tatalizator) hökmü necədir?


Futbol oynuna şərtlənməyin (tatalizator) hökmü necədir? Çox zaman görünür ki, bəziləri futbol oyunlarında şərtləşirlər ki, hansısa tərəfin futbolda uduzması ilə baxanlardan tərəfdar olan şərtlə bir miqdar pul təyin edir və o pulla süfrə təşkil edəcəyinə söz verir, belə olan şərtlər haramdır. Çünki qumar oynu adını özündə cəmləşdirir. (bir sözlə tatalizator kimi oyunlar bunun hökmündə olur) udsam verirsən uduzsam mən malımdan sənə bir miqdar verirəm.


Bilyard oynamağın hökmü necədir?


Bilyard oynamağın hökmü necədir? İmam, Xamenei, Fazil, Məkarim, Təbrizi və Nuri həzrətləri buyururlar: Ürf baxışında əgər bilyard oynamaq qumar vasitəsi ilə tanınsa onunla oynamağa icazə verilmir, baxmayaraq ki, bilyardı pulsuz oynasınlar. Sistani həzrətləri buyururlar: Bilyard hər halda əgər qumar aləti olsa onunla oymaq ehtiyat vacibə görə haramdır. Behcət (rəhmətullah): Bilyard oynamaq haramdır.


Haram mahnını tanımaq ürf baxışıdır yoxsa şəxsin təyin etməsidir?


Haram mahnını tanımaq ürf baxışıdır yoxsa şəxsin təyin etməsidir? Bütün mərcələr deyirlər: Musiqilərin haram olmasını təyin etmək dindar və mömin şəxslərin baxışı ilə tanınır, şəxsin tanıması onun halal və haram olmasını təyin edə bilmir.


Ğinadan çəkinmək işi əldən vermək bahası ilə olsa hökm necədir?


Ğinadan çəkinmək işi əldən vermək bahası ilə olsa hökm necədir?Mömin şəxs bir işdə işləyir ki, oranın sahibi günah və ğina hökmlərinə əhəmiyyətsiz yanaşır və mömin şəxslərin ki, orada işləyirlər onların şəri vəzifələri bunlardır: Əgər münkərdən çəkindirmək şəraiti ola və inanıla ki, təsir edəcək ğinanın fəsadlı və haram olduğunu başa salmaq lazımdır. və əgər təsir etməsə və sizin də işinizin məcburəti tələb edir ki, orada olasınız və eləcə də işinizi əldən verməyəsiniz nəticədə məcburi vəziyyət işləməyə icazə verilir. Amma diqqətli olmaq lazımdır ki, təqva və cihadla Allahın haram etdiyi əmələ düçar olmayasınız. və əgər istəmədən fəsadlı mahnıların səsi sizə çatsa onun heç bir haramlığı yoxdur. (Amma rahatlıq zəhmətə salmayan iş tapa bilsə işini dəyişməsi məsləhət görülür).


Yığıncaqda istənilmədən musiqi eşitməyin hökmü necədir?


Yığıncaqda istənilmədən musiqi eşitməyin hökmü necədir? Məcburi bir məclisdə haram mahnıya qulaq asılsa hökmləri: 1-Əgər inanıla ki, edə bilər şərait olmasını nəzərə alaraq haram mahnılardan pis işlərdən çəkindirmək məqsədi ilə ğina mahnıların haramlığını başa salsın. və 2-əgər qəbul etməsələr sizin orada qalmağınız haramı eşitməyə şərait yaradırsa onda məclisi tərk etməlisiniz. Məclisdə bir halda iştirak edə bilərsiniz ki, getməyiniz hansısa fəsadları törədə bilər onda zərurət miqdarında qalmağınıza icazə verilir. Əlbəttə çalışmaq lazımdır ki, eşitmə ən az həddə gəlib çıxsın ki, belə olan halda əgər çalışqanlıqdan sonra yenə də eşidilsə daha eşitməyin narazılığı ilə birlikdə (qulaq asmaq hər halda haramdır) heç bir günahı yoxdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter