Məzarlığa gedərkən niyə məzarın üzərinə su tökürlər?


İmam Cəfər Sadiqdən (ə) buyurulub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər, sonra bu duanı desinlər: \"Allahummə cafil-ərzə ən cənbey hi və əsid ileykə ruhəhu və ləqqihi minkə rizvana. Və əskin qəbrəhu mun rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən səvak”. (İlahi, torpağı bu mərhumun bədənindən təmizlə, yəni bədənini çürütmə, onun ruhunu Öz dərgahına yüksəlt, ona Öz razılığını təlqin et. Onun qəbrinə Öz mərhəmətini sakin et. Elə bir mərhəmət ki, daha Səndən başqasının mərhəmətinə ehtiyacı olmasın)...


Anamı razı salmaq üçün istəmədiyim insanla ailə qurmağım düzdür?


Cavab: İslam dini ata-ana haqqına, onları nəzərə alıb diqqət yetirməyə böyük əhəmiyyət verir. Bir çox Quran ayəsində ata-anaya yaxşılıq (ehsan) əmr olunur. Ehsan yaxşı və gözəl rəftar etmək deməkdir. Allah bu barədə belə buyurur: \"Rəbbin ancaq Ona ibadət etməyinizi və ata-ananızla yaxşı dolanmağınızı qəti surətdə əmr etdi. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşlanarsa (qocalıq yaşına gəlmək), onlara: \"Uf!” belə demə, üstlərinə qışqırma! İkisinə də gözəl söz de!
Onların hər ikisinə rəhm edib təvazökarlıq qanadının altına al və: \"Ey Rəbbim! Onlar məni balacalığımda necə böyüdüb yetişdiriblərsə, sən də onlara (elə) mərhəmət et!”, – deyib dua et”. Rəbbiniz sizin qəlblərinizdəkini çox yaxşı bilir. Əgər siz yaxşı (əməlisaleh) olsanız, bunu bilin ki, Allah pislikdən üz döndərib tövbəyə üz tutanları bağışlayandır”. (İsra, 17/23-25)...


Namaz qılan insanın sosial şəbəkələrə girməsi nə dərəcədə doğrudur?


Sosial şəbəkələrə daxil olmaq, bu şəbəkələrdə fəaliyyət göstərmək öz-özlüyündə haram deyil. İstər müsəlmanların bir-biri ilə ünsiyyət qurması, istər informasiya ötürmək
və bilik qazanmaq, istərsə də halal maddı gəlir əldə etmək üçün bunun xeyri var. Amma əgər bu fəaliyyət İslam qanunlarını pozmaqla nəticələnərsə, haramdır.
Ümumiyyətlə, İslam baxımından virtual aləmin qanunları da real həyatdakı kimidir. Məsələn, əgər sosial şəbəkələrdə naməhrəm insanlar müsəlman əxlaqına zidd olan
ünsiyyət qurarlarsa, haram şəbəkələr və oyunlar vasitəsilə qazanc əldə edərlərsə, qeybət, söyüş, təhqir kimi xoşagəlməz hərəkətlərə yol verərlərsə, bu cür fəaliyyət günah
sayılır və haramdır.


Oxucunun sualı: Ananın otağına icazəsiz daxil olmaq olarmı?


Cavab: «Nuh» surəsinin 127-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin».
Ayədəki göstəriş bütün xalqlar və mədəniyyətlər tərəfindən məqbul hesab edilir.
İnsan həyatı fərdi və ictimai olmaqla, iki hissədən ibarətdir. Cəmiyyətə çıxan insan, cəmiyyətdə qəbul olunmuş qayda-qanunlara əməl etməli, geyiminə və hərəkətlərinə hədd qoymalıdır. Məlum məsələdir ki, bu çərçivə sıxıntı doğurur və insan öz daxilindəistirahətə ehtiyac duyur. Mənzilinə dönmüş insan ictimai mühitdə ayrıldıqdansonra fərdi həyatını istədiyi kimi qurmaqla rahatlanmalıdır. Hər bir insan öz mənzilindəistədiyi kimi geyinə və istədiyi kimi rahatlana bilər...


İslam maarif və şəriətinə əsasən hansı musiqiyə qulaq asmaq qadağan olunmuşdur?!


Cavab: Quranın ayələri və Əhli-beyt (ə) hədislərində musiqinin xüsusi bir növü olan «ğina» haram buyurulmuşdur. Bəzi dinşünasların fikirincə, İslam ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində, Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan ğinanın haram buyurulması, məntiqə uyğundur.
Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-işrətə, əxlaqsızlığa sövq edir. Qurani-kərimin «Fürqan» surəsinin 72-ci ayəsində buyurulur: «Allahın xalis bəndəsi o şəxslərdir ki, batilə şahid durmaz, puç bir şeylə rastlaşdıqda, ondan üz çevirib, keçərlər». İmam Sadiq (ə) bu ayə haqqında buyurur: «Bu ayədə ğina nəzərdə tutulur»...


Üzərində Allahın adı yazılmış vərəqi cırıb atmaq günahdırmı?


CAVAB:Bu adlar hansı əlifba ilə yazılsa da fərq etməz. Əgər bu adların və ya Quran ayəsinin yazıldığı kağızı mütləq məhv etmək lazımdırsa, ən yaxşısı onu çürüməsi üçün torpağa basdırmaqdır. Bu kağızları yandırmaq, zibilliyə atmaq düzgün deyil, çünki hörmətsizlik və təhqir sayılır. Əgər kağızın yalnız bir küncündə müqəddəs sözlər yazılıbsa, həmin hissəni kəsib götürmək və basdırmaq lazımdır. Kağızın qalan hissəsini zibilliyə atmaq və ya yandırmaq olar.


Nə üçün biz şiələr dəstəmazda üzü yuduqdan sonra qolları yuxarıdan aşağıya yuyur?


Cavab: On iki İmamçı şiələrlə sünnilər arasında bəzi vacib dəstəmaz hökmlərində fərq var:
1.Şiə fiqhində üzü yuxarıdan aşağıya yumaq vacibdir. Bəziləri üzün yuxarıdan aşağıya yuyulmasını ehtiyat hesab edir.(\"Urvətül-vusqa”, dəstəmazın əməlləri fəsli) Amma sünnə əhli yekdil olaraq belə hesab edir ki, üzü yuxarıdan aşağı yumaq müstəhəbdir.(Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35, \"Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, fəraizul vuzu səh. 54. \"Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.41-42.)
2.Bizim fiqhdə qolları (dirsəkdən aşağı) yuxarıdan aşağıya yumaq vacibdirsə, sünnilər yekdil olaraq bildirirlər ki, insan əlləri yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya yumaqda azaddır, eləcə də, aşağıdan (barmaqların başından) yuxarıya yumaq müstəhəbdir.(\"Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35, \"Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, səh. 65. \"Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.41-42.)...


Nə üçün sünnilər namazda həmd və surənin əvvəlində \"bismillahir-rəhmanir-rəhim” demir və ya asta deyirlər?


Cavab: Şiələrin əqidəsinə görə, \"Bismillahir-rəhmanir-rəhim” Quran surələrinin tərkib hissəsidir. \"Tövbə” surəsindən başqa bütün surələr \"bismillahir-rəhmanir-rəhim”lə başlayır. Əgər həmd və surəni \"Bismillahir-rəhmanir-rəhim”siz başlasaq, surə natamam olar. Bu məsələdə sünnilərin bir qismi şiələrlə həmfikirdirlər. Sünnilərin bəziləri isə yalnız \"Nəml” surəsinin \"Bismillahir-rəhmanir-rəhim”lə başladığını qəbul edir. Malikilər isə belə düşünürlər ki, ümumiyyətlə, namazda \"Bismillahir-rəhmanir-rəhim” deyilməməlidir.
(\"Misbahul-munir”, Həmd surəsinin təfsiri.) Beləcə, dörd sünni məzhəbini təşkil edən malikilər uyğun ifadəni namazda işlətmir, hənəfilər ya demir, ya da astadan deyir, şafeilər ucadan deyir, hənbəlilər ucadan demirlər.(\"Səhihe-Müslim”, namaz kitabı, s.204) Belə bir nəticəyə gəlirik ki, sünnilər arasında namaz qılarkən \"bismillahir-rəhmanir-rəhim” demək təqiyyəyə zidd deyil.


Nə üçün həmd surəsindən sonra sünnilər \"amin” deyir, biz isə demirik?


Şiə fiqhində \"amin” kəlməsi namazın mətnindən sayılmır. Bu kəlməni mətndən sayaraq deyən kəs bidətə yol verir və namazı batil edir. Sünnə əhli isə öz kitablarındakı rəvayətlərə əsaslanaraq \"amin” deyilməsini müstəhəb sayır və deyirlər ki, Peyğəmbər (s) bu işi özü görmüş və digərlərinə də əmr etmişdir. Qeyd ektmək lazımdır ki, onlar bu sözü Həmd surəsinin bir növ dua olması və ya duanın qəbulu üçün demirlər. Bu iş təkcə Əbu Hüreyrənin hədisinə istinadən yerinə yetirilir.(\"Əl-misbahul-munir”, Həmd surəsinin təfsiri, Səhih Buxari, Kitabul əzan, fəsil 111, hədis 780.)...


Nә üçün qаdınlаr nамаz zамаnı örtünмәlidirlәr?


Cаvаb: Şübhәsiz ki, Аllаh-tәаlа bütün hаllаrdа hәr şеydәn хәbәrdаrdır. О hәм dә öz bәndәlәrinә nамәhrәм dеyil. İbаdәtә dаyаnмış insаn özünü Аllаh hüzurundа bilir. Оnunlа dаnışır, оnunlа rаz-niyаz еdir. Bеlә bir görüşdә әn мünаsib libаsı gеyмәk lаzıмdır. Әlbәttә ki, qаdın üçün әn мünаsib libаs tам örtünмәkdir. Qаdının örtünмәsi iffәt vә pаklıq nişаnәsidir. İbаdәt hаlınа yаlnız bеlә bir libаs uyğun gәlә bilәr. Nамаzdа örtünмәk tәkcә qаdınlаrа аid dеyil. Kişilәrin çılpаq bәdәnlә qıldığı nамаz bаtildir. Çünki bеlә bir vәziyyәt nамаzın ruhunа uyğun gәlir vә Аllаh-tәаlаyа qаrşı hörмәtsizlikdir. Dаhа yахşı оlаr ki, kişilәr vаcib hәddә örtünмәkdәn әlаvә, kамil libаslа nамаz qılsınlаr. Tәkcә аlt pаltаrdа nамаz qılмаq yахşı dеyil. Yеtәrincә örtünüb nамаz qılмаq Аllаh hüzurunа еhtirам nişаnәsidir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter