Fitrə kimə verilməlidir haqda gündəmdə olan suallara cavablar


-Sual: Yaşayış xərcini ata-anası tə`min edən şəxsə fitrə zəkatı vermək olarmı? Cavab: İmam Xomeyni: Ehtiyaclı olarsa, başqaları ona zəkat verə bilər.
(İmamdan başqa) Bütün müctəhidlərin rə`yi: Ehtiyaclı olarsa, ata-anası onun xərcini ödəməzsə, başqaları ona zəkat verə bilərlər.
-Sual: İnsan öz ata-anasına (onlar müstəhəqq olduqda) fitrə zəkatı verə bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Ata-ana yoxsul olarlarsa, övladlar onların vacib xərclərini ödəməlidir və onlara fitrə zəkatı vermək olmaz.
-Sual: Dindar olmayan yoxsul ailəyə fitrə zəkatı vermək olarmı?
Cavab: (Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Fitrə zəkatını alan şəxsin ədalətli olması zəruri deyil. Amma açıq-aşkar kəbirə (böyük) günahlara yol verən şəxsə fitrə zəkatı verilməməlidir.


Namaz qılan insanın sosial şəbəkələrə girməsi nə dərəcədə doğrudur?


Sosial şəbəkələrə daxil olmaq, bu şəbəkələrdə fəaliyyət göstərmək öz-özlüyündə haram deyil. İstər müsəlmanların bir-biri ilə ünsiyyət qurması, istər informasiya ötürmək və bilik qazanmaq, istərsə də halal maddı gəlir əldə etmək üçün bunun xeyri var. Amma əgər bu fəaliyyət İslam qanunlarını pozmaqla nəticələnərsə, haramdır.
Ümumiyyətlə, İslam baxımından virtual aləmin qanunları da real həyatdakı kimidir. Məsələn, əgər sosial şəbəkələrdə naməhrəm insanlar müsəlman əxlaqına zidd olan ünsiyyət qurarlarsa, haram şəbəkələr və oyunlar vasitəsilə qazanc əldə edərlərsə, qeybət, söyüş, təhqir kimi xoşagəlməz hərəkətlərə yol verərlərsə, bu cür fəaliyyət günah sayılır və haramdır.


Oruc tutan şəxsin başını yuması və ya suya batırmasının haqda hansı 8 sual ortaya çıxır?


Qeyd edək ki, ramazan ayında boğaza su getməmək şərti ilə başin yuyulmasının, yaxud oruc tutan insanın suyun altında dayanıb yuyunmasının heç bir maneəsi yoxdur.
Lakin başı suya batırmaq isə tam fərqli bir şeydir və bunun da öz məsələsi vardır:
1-Oruc olan şəxs əgər bilərəkdən başını suya batırsa ehtiyat vacibə görə orucu batildir.
2. Başın suya batmasında fərq yoxdur tək başını batırsın, yaxud bütöv bədənlə birgə batırsın.
3. Başın tam batması şərtdir. Əgər başının bir hissəsini batırıb-cıxara, sonra digər hissəsin batıra orucu batil olmaz.
4. Əgər başını suya tam batıra, lakin saçından bir hissə çöldə qala orucu batildir.
5. Əgər başının suya tam batıb-batmamasında şəkk etsə, orucu səhihdir (pozulmur)...


Ramazan orucunu imtahanlar səbəbi ilə pozmaq olarmı?


Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxənasına sual ünvanlayıb: Bu ramazan ayı imtahanlar vaxtına dəsadüf edir. İmtahanlar şagirdlər üçün həyat əhəmiyyətli, tale yüklü bir məsələ olduğu üçün onlar bu imtahanlarda nə etməlidirlər? Oruclarının hökmü nədir?
Cavab: Tələbənin imtihanla həddən artıq məşğul olması orucu tərk etməyə əsas verməz. Bilərəkdən orucu iftar etmək qəzaya və kəffarəyə səbəb olar. Lakin bu da mümkündür ki, gün çıxandan gün batana qədər vaxt ərzində şərii məsafəni qət edib orucunu açsın. Sonra geri dönub işinə davam etsin. -Yəni səfər edib hədd-tərəxxüsü keçsin və orucunu açıb geri qayıtsın. Hədd-tərəxxüs gedib-qayıtması 5 fərsəx-(təqribə 45 km) -dən az olmamalıdır.


Oruc halında ağızı təmizləmək və dişləri yumaq olarmı?


Cavab: Bu işə icazə vardır. Bununla oruc batil olmur(pozulmur). Lakin ağzi bir şeylə təmizləyərkən həmin ağızda islanmış şeyi (misvakı) yenidən ağıza qaytarmaq bəyənilmir (məkruhdur). Əgər dişi təmizləmək üçün olan vasitə öz-özlüyündə quru olarsa bunun kərahəti yoxdur. Hərçənd ağıza daxil olması ilə islansa belə.
Qeyd edək ki, oruc halında ağzı yumaq, dişləri təmizləməyin maneəsi yoxdur. İnsan ağzını su ilə məz-məzə (yıxalamaq) edə bilər. Lakin yaxşı olarki suyu ağzında çox saxlamasın. İmkan qədər gündüzlər bu işlərdən çəkinsin.


Sinə və burun suyunu udmaq orucu pozurmu?


Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına bu barədə sual ünvanlayıb:
-Sinədən gələn bəlğəmin və ya burundan gələn suyun udulmasının hökmü nədir? Orucu pozurmu?
-Cavab: -Ağız boşluğuna yığılmayan sinə və baş suyunun udulmasının müşkülü (problemi) yoxdur. Yox, əgər ağız boşluğuna yığılarsa və bilərəkdən udularsa oruc batil olar (pozular).


Orucu pozulan şəxsə hansı halda yalnız qəza vacib olur?


Cavab: Oruc tutan üçün bir neçə hal vardır ki orucu puzulur, yalnız orucun qəzası vacib olur, kəffarə vacib olmur.
1-Ramazan ayında bilərəkdən qusan adam
2-Ramazan ayının gecəsində cunub olan və sübhdən qabaq ayılmayan kəsə
3-Orucu pozan iş görməyüb, amma niyyət də etməyən kəs (orucu batildir)
4-Cənabət qüslu almağı unudub və neçə gün belə oruc tutana (qəza vacib olur)
5-Sübh olmadığını güman edə, araşdırmadan orucu pozan işlərdən edə, tək orucun qəzası vacib olur. Amma araşdıra yəqin edə ki , sübh olmayıb orucu pozan işlərdən edə və sonra biləki sübh olubmuş qəza olmaz.(batıl olmaz)...


Ramazan ayının oruc niyyəti ilə bağlı hansı mühüm məsələlərə diqqət yetirmək lazımdır?


Bu ayda diqqət olunmalı mühüm məsələlərdən biri də “niyyətdir”, beləki möminlər ramazan ayının orucunun niyyətinə diqqət etsinlər:
1 - Ramazan ayının orucunun niyyəti necə olmalıdır? İnsan bütün ibadətlərini gərək niyyətlə yerinə yetirsin. Belə ki yeyib, içməkdən və orucu batil edən bu kimi işlərdən Allah Təalanın göstərişinə uyğun olaraq çəkinsin. Bunu bu cür bilməsi və qərar verməsi kifayətdir. Dilə gətirməsi lazım deyil.
2 - Bir nəfər sabah oruc tutacağına niyyət edə, sübh əzanından sonra oyana və bilmədən bir şey yeyə. Orucunun hökmü nədir? Əgər oruc niyyəti edibsə əhvən, bilmədən bir şey yeyib, içmək oruca zərər vermir (yadına düşən kimi dərhal tikəni ağzından çıxartmalıdır).
3 - Vacib orucun adi qaydada niyyəti nəzaman olmalıdır? Ramazan ayının orucunun və vaxtı müəyyən olan digər orucların (məs- nəzir orucu) niyyəti gecənin əvvəlindən sübh əzanına qədər olmalıdır. (Məs- sabah oruc tutacam)...


Oruc tutan şəxs hansı bəyənilməyən işlərdən uzaq olmalıdır?


Qeyd etmək lazımdır ki, oruc tutan birinci növbədə haramlardan, ikinci növbədə isə məkruhlardan çəkinməlidir. Amma çəkinməsə də bu ona axirətdə cəza və əzab gətirməz. Məkruh əməllər orucu pozmur, amma savabını azaldır. Oruc tutan şəxsin bu işləri görməsi Allah Təala dərgahında bəyənilmir.
1-Gözə dərman tökmək (Qeyri-zəruri halda)
2-Qan aldırmaq
3-Zəifliyə səbəb olacaq təqdirdə hamama girmək
4-Əyindəki paltarını islatmaq
5-Diş çəkdirmək,yaxud ağızdan qan gəlməsinə səbəb olacaq hər hansı bır iş görmək (Qeyri zəruri halda)...


Namaz əsnasında səcdə ayəsi eşidən şəxs nə etməlidir?


Qurani-Kərimdə səcdə vacib olan ayələr: Ələq surəsi-19 Səcdə surəsi-15 Fussilət- 37 Nəcm- 62 Qeyd olunan bu ayələri kamil şəkildə eşitdikdə həmin şəxsə səcdə etmək vacib olur. İnsan gərək səvdəyə getsin. Bu zaman səcdənin xüsusi zikri yoxdur. İstədiyi zikri deyə bilər. Bəs namaz əsnasında bu ayələrdən hər hansı birini eşitdikdə səcdə vacib olurmu, yaxud vəzifəmiz nədir? Bu barədə Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına elektron sual ünvanlayıb: SUAL: Namaz əsnasında səcdə ayələrdən hər hansı birini eşitdikdə səcdə vacib olurmu, yaxud vəzifəmiz nədir? CAVAB: Bu zaman onun namazı səhihdir (düzdür). Bu zaman bu ayələri eşidənə səcdəyə getmək əvəzinə işarə ilə yerinə yetirmək vacib olur. (Yəni başı, gözü ilə səcdəyə gedirmişkimi işarə etsin, ürəyindən keçirsin).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter