İşi üçün müxtəlif yerlərdə qalmağa məcbur olan şəxsin namazı qəsrdir? və Oruc tuta bilərmi?!


Bir nefer kənddəndi,ancaq işləmək üçün şəhərə gəlir bir gün bisigildə qalır şəhərdə,bir gün nənəsigildə qalır şəhərdə ,bir gün başqa kəndə qohumlarıgilə gedir.indi bu şəxs 4 rükətli namazlarını necə qılsın?orucunun hökmu nədir?
Bismillahir-rəhmanır-rəhim Hər on gün ərzində ən azı bir dəfə işi ilə bağlı səfərə çıxarsa və bu iş səfərinə gedib gəlmək ən azı iki, ya üç ay davam edərsə, iş səfərlərində (birinci və ikinci səfərdən başqa) namazları, səfərin başlanğıcında, getdiyi yer və yolda tamamdır, orucu da doğrudur; on gün, ya daha artıq bir yerdə qalmaq məqsədi olarsa, birinci iş səfərində namazı qəsrdir (dörd rəkətli namazlar iki rəkət qılınır) lakin sonrakı səfərlərdə tamamdır; şəxsi səfərlərinizdə isə müsafir hökmündəsiniz.


Qadına qaynatanın məhrəm olması barədə dəlil nədir?


Bismillahir-rəhmanır-rəhim Qadının məhrəmlərinin qarşısında şəriət buyuran hicabın örtülməsi vacib olmaması barədə Nisa surəsinin 31-ci ayəsində işarə olunur: Allah-taala buyurur: Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar.


Orucun savab və dəyərini zəiflədən 5 amil hansılardır?!


Bəzi amillər vardır ki, orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək:
1. Nalayiq fikirlər. Zahiri oruc dedikdə, yemək və içməkdən müticəsinə çəkinmək nəzərdə tutulur. Ancaq nəfsin orucu dedikdə 5 hiss orqanını nalayiq işlərdən saxlamaq və qəlbi çirkin niyyətlərdən çəkindirməkdir. Oruc tutan insanın qəlbi, zahiri kimi oruc olmalıdır. Ürək də gərək çirkin və nalayiq fikirlərdən və niyyətlərdən uzaq olsun. Əmirəl-möminin (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”.
2. Napak tikə yemək. Oruc tutan insan gərək napak və şübhəli tikələrdən uzaq olsun. Əgər insan bu mövzuya diqqət etməzsə və şübhəli yeməklərlə iftar açarsa, orucun dəyərindən bəhrələnməz. Oruc tutan hər bir insan haramdan və napak şeylərdən uzaq olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”...


Bir kəs valideynini incidibsə və o, rəhmətə gedibsə, necə razı salsın?


Ağvalideyn olmaq dedikdə, övladın ata və anasına əziyyət verməsi, onları dili və rəftarı ilə incitməsi nəzərdə tutulur. Ağvalideyn olmaq “uquq” sözündən götürülmüşdür ki, mənası “kəsilmək” deməkdir. Yəni, ağvalideyn olmaq – onlarla qohumluq əlaqələrinin mənəvi baxımdan kəsilməsi deməkdir. Ona görə də sileyi-rəhmi qət edənlərin aqibəti, artıqlaması ilə ağvalideyn olanlara da şamil edilir. Əgər ağvalideynlik etdiyiniz əziz insan vəfat edibsə:
1. Sağ olan zaman ona vacib qəza namaz, oruc və zəkatlarını yerinə yetirməyə çalışın.
2. Vəsiyyət etdiklərinə əməl edin.
3. Onları heç bir zaman unutmayın. Onlar üçün çoxlu bağışlanma və rəhmət istəyin.


Peyğəmbərin (s) oğlu İbrahim dünyasını dəyişəndə, hansı 3 şəri hökm bəlli oldu?!


İmam Musa Kazım (ə) buyurub: “Peyğəmbərin (s) oğlu İbrahim 17 aylığında dünyasını dəyişən zaman, müsəlmanlar üçün 3 sünnət müəyyən oldu. İbrahim ruhunu tapşıran zaman günəş tutulması olmuşdu. İnsanlar deyirlər ki, günəş tutulması Peyğəmbərin (s) oğlunun vəfatı ilə bağlıdır. Peyğəmbər (s) bu sözləri eşidib, minbərə çıxdı və buyurdu: “Ay və günəş tutlması iki İlahi nişanədir ki, Allah Təalanın əmri ilə həyata keçər. Heç kimin həyatı və ölümü ilə əlaqədar deyildir. Nə zaman belə hadisə baş versə, ayət namazı qılın”. Minbərdən aşağı düşür və insanlarla bir yerdə ayət namazı qılır. Sonra İmam Əliyə (ə) buyurur: “Oğlum İbrahimə qüsl ver və kəfənlə ki, dəfnə hazır olsun”. İbrahimi dəfn etmək istəyəndə insanlar deyir: “Allahın Peyğəmbəri (s) qəm və qüssəyə görə meyit namazını qılmağı unutdu”. İnsanların səsi Həzrətə (s) çatan zaman yerindən qalxır və buyurur: “Cəbrayil (ə) məni sizin sözlərinizdən agah edir. Allah sizə beş namazı beş vaxtda vacib etmişdir. Hər bir namazın yerinə də ölülər üçün bir təkbir deyilməsini buyurmuşdur. O ölülər ki, onlara namaz vacibdir - həddi-büluğa çatan insanlardır”...




Xristian dinində şərabın hökmü necədir?


Şərabın bütün dinlərə haram olması ilə bağlı hədislərdə oxuyuruq ki, adətən Allah bir hökmü verən zaman onu cəmiyyətdə tədrici həyata keçirərdi. Eləcə də şərabın haram olmasını. Şərab ümumiyyətlə haramdır. Ancaq onu insanlara birbaşa demək – onlarda əks reaksiya yarada bildiyi üçün Allah onu tədrici olaraq haram buyurmuşdur. Çünki əks halda zəif insanlar dindən xaric ola bilərdilər. Hədislərimiz şərabı həmişə tənqid etmiş və onun ziyanlarından danışmışdılar. Hədislərin birində oxuyuruq: “Şərab içmək hər bir şərin açarıdır”. İmam Baqir (ə) buyurur: “Allaha şərab kimi heç bir günahla günah edilməmişdir. Şərabxor vacib namazları tərk edər”. İmam Rza (ə) buyurur: “Allah elə bir peyğəmbər məbus etməmişdir, məgər şərabın haramlığı ilə”. Yəni, elə bir peyğəmbər məbus olmamışdır ki, şərabın haram olduğunu bəyan etməsin. Buna əsasən deyə bilərik ki, şərab əsil xristian dinində də haram buyurulmuşdur....


İslam dininin fala baxmağa münasibəti necədir?


Fal anlayışı müxtəlif mənalarda işlənir. Ənənəvi mənada fal – yəni gələcəkdən xəbər vermək – qətiyyən qadağandır və günahdır. Amma hərdən “yaxşı fal” adlandırılan yaxşı yozum ki, var – buna icazə verilir. Yəni, hansısa hadisəni və halı yaxşı tərəfə yozmaq kimi.
Ümumilikdə, yaxşılı-pisli fal adətən üç şeyə şamil olar: 1. Dilinə və ya qəlbinə yaxşı bir şeyi gətirmək. 2. İstixarə etmək ki, adətən Quran və ya təsbeh ilə həyata keçirilir.
3. Baş verəcək hadisə haqqında qabaqcadan xəbər vermək. Fal elmi – elə bir elmdir ki, onun vasitəsilə gələcəkdə baş verəcək hadisələr haqqında məlumat əldə etməyə çalışılır. Fala baxmaq hələ qədim zamandan bəri bütün millətlərdə olmuş və olmaqdadır da.
İslam dini gələcəkdən xəbər verməyi birmənalı qadağan edir. Amma, deyildiyi kimi, yaxşı yozum deyilən bir şey var ki, insana ümid verir və müqəddəs dinimiz yaxşı yozuma icazə verir.


Məsumlar Dəstəmazın hikmət və misilsiz faydaları haqda nələr buyurmuşlar?


Dəstəmaz almaq Allahın biz insanlara bir əmr və göstərişidir. Bəzi əməllər dəstəmazsız icra olunmaz. Dəstəmaz paklıq mənasındadır. Yəni insan dəstəmaz aldıqdan sonra pak olur, yalnız bundan sonra Quran yazılarına və Allahın adı yazılmış yazılara toxuna bilər. Dəstəmaz almaq bəzən təmizliklə müqaisə olunur. Lakin bilməliyik ki, dəstəmaz təmizlik deyil, paklıqdır. Çünki dəstəmaz alarkən belə insanın dəstəmaz üzvləri təmiz olmalıdır. Bu da o deməkdir ki, paklıqla təmiz olmaq arasında fərq vardır. Dəstəmaz insanın ruhunu paklayır. Hədislərdə dəstəmazın hikməti və dəstəmazlı olmaq barədə buyrulub:
-İmam Baqir (ə) buyurub: Dəstəmaz Allahın təyin etdiyi həddlərdəndir. Mütəal Allah dəstəmaz vasitəsi ilə itaətkar və üsyankarı ayırd edir”.
-Peyğəmbər (s) buyurub: “Mütəal Allah Qiyamət günü insanları toplayanda mənim ümmətim digər ümmətlərdən dəstəmazın əsəri olan parlaq nurla tanınacaq”.


Qan yeməyin haramlığının fəlsəfəsi nədədir?!


İnsanın qan yeməsi ona həm cismi və həm də əxlaqi ziyanlar gətirə bilər. Çünki qan, çox sayda mikrobun inkişaf etməsi üçün hazır maddədir. Bədənə daxil olan bütün mikroblar qana hücum edərlər. Onu öz yaşayışlarının mərkəzinə çevirərlər. Ona görə də insan orqanizminin keşiyində dayanan ağ qan hüceyrələri daima bu mikroblarla vuruşdadırlar və onların bədənə daxil olmasına imkan verməməyə çalışırlar. O zaman ki, qan axını zəifləyər və başqa sözlə desək – canlı orqanizm ölər, ağ qan hüceyrələri aradan gedərlər. Mikroblar da onların qarşısını ala biləcək bir qüvvəni görməyən zaman, sürətlə çoxalmağa başlayarlar. Ona görə də dinimiz vurğulayır ki, ölü canlıların bədənində olan qan – ən çirkli qandır.


Donuz ətinin haramlığı – fiziki və mənəvi səbəblər nələrdir?


Donuz çox çirkli bir heyvandır və qeyrətsizlik simvolu kimi tanınır. Yeməyi zibildən və bəzən də öz tullantılarından olar. Bundan başqa bu heyvanın bədənində iki təhlükəli qurd yaşayır ki, biri trixinella qurdudur və biri də tenya qurdudur. Trixinella qurdu bir ay içərisində 15 min yumurta qoya bilir. Bir kiloqram donuz ətində bu qurdun 400 milyon yumurtası olur. Bu qurd insanda çox sayda xəstəliklərin yaranmasına şərait yaradır. O cümlədən: qan azlığı, baş gicəllənməsi, ürək bulanma...
Tenya qurdu da çox təhlükəli qurddur və yumurtaları donuzdan insan bədəninə rahatlıqla daxil ola bilir. O, donuz əzələlərinin üst qatında yaşayır və insan bədəninə daxil olur. Bu qurd ağ rəngli olub, dörd tərəfdən sorucu borulara malikdir və onun bağırsaqlardakı uzunluğu bəzən 12 metrə belə, çata bilir. Nəticədə bağırsaq keçilməzliyi yaradır və insanı bu yolla məhv edə bilir. Bəzən də qanla insan ürəyinə və beyninə daxil olub, orada kist yarada bilir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter