NƏ ÜÇÜN DİNİ HÖKMLƏRDƏ MÜCTƏHİDƏ TƏQLİD ETMƏK VACİBDİR?


-- Belə bir təqlid ağıl və fitrətin tələbidir.... CAVAB: İnsan dünyaya göz açdığı vaxt məlumatsız olduğu və heç nə bilmədiyindən, müxtəlif işlərdə başqalarının təcrübəsindən istifadə etməyə məcbur olur. İnsan öz istəyindən asılı olmayaraq, başqalarının elmi nəaliyyətindən bəhrələnir. Çünki həyatın dolambaclı yollarını adlamaq üçün hər addımda elm və biliyə ehtiyac var.
Həyatımız əsasən iki əsas üzərində qərar tutmuşdur. Əsaslardan biri “bilmək”, digəri isə “həmin bilikdən istifadə etmək”dir. İkinci əsas da birinci əsasa ehtiyaclıdır. Demək, həyatda ilk addım bilikdən başlayır. Məhz bu məqamda daxilimizdəki bir meyil bizim köməyimizə çatır və səadət qapılarını bizim üzümüzə açır. Bu meyil “iqtibas” və “təqlid”dir. Bilirik ki, körpə həmin bu meyillər əsasında danışmağa başlayır, oturub-durmağı öyrənir, hər gün mərhələ-mərhələ həyat pillələri ilə yuxarı qalxır. O, yaşa dolduqca başqalarının biliklərinə daha diqqətli olur, varlıq aləmindəki mövcudlardan xəbər tutur və öz insanlıq vəzifələrini anlayır.


Haram və batil məclislərdə iştirak etmək olarmı?! Quranın baxışı


Rəhman Allahın həqiqi bəndələrinin onuncu xüsusiyyəti odur ki, onlar heç vaxt azğın işlərin şahidi olmazlar. “Furqan” surəsinin 72-ci ayəsində buyurulur:“(Rəhman Allahın həqiqi bəndələri) azğınlığın şahidi olmayanlardır.” Ayədə qeyd olunan “zur” sözü ilə bağlı cüzi fərqlə iki təfsir qeyd edilmişdir:
1. Rəhman Allahın həqiqi bəndələri batil işlərə şahid durmazlar. “Zur” sözünün hər hansı “batil” iş və fikrə aid edildiyini nəzərə alaraq Allahın həqiqi bəndələrinin nə batil işlərə qoşulduqlarını güman etməliyik, nə də batilə haqq don geyindirdiklərini! Onlar ata, ana, bacı, qardaş, qohum-əqrəba, dost-tanış, yoldaş və həmkarların, bir sözlə, kiminsə razılığını Allahın razılığından üstün bilməzlər.
2. (Daha dəqiq nəzərə çarpan ikinci izaha əsasən,) Allahın həqiqi bəndələri batil məclislərdə iştirak etməzlər. Günaha qarışan hər hansı məclis “zur və batil məclisi” hesab edilir və ilahi bəndələr belə məclislərdə əsla iştirak etməzlər. Onlar ata-ana, qohum-əqrəba, dost-tanış, qonşu və həmkarlara görə, günah məclislərində hazır olmazlar. Onları təkcə Yaradanın razılığı maraqlandırır.


Üzüyü sağ əlin barmağına taxaq, yoxsa, sol əlin?


Əhli-beyt hədislərinə əsasən, üzüyü sağ ələ taxmaq daha yaxşıdır. Bəzi hədislərdə Peyğəmbər (s) bu barədə İmam Əliyə (ə) vəsiyyət edərək buyurmuşdur ki, bu iş, yəni üzüyü sağ əlin barmağına taxmaq insanı müqərrəb mələklərlə bir edər. (“İləluş-şəraye”, Şeyx Səduq, c.1, s.525.)
Hədislərdən belə anlaşılır ki, Peyğəmbər və İmamlarımızın sünnəsi bu məsələdə üzüyü sağ ələ taxmaq olub. Çünki o həzrətlərin üzükləri həm də onların “möhür”ü (peçat) olub ki, çox vaxt üzüklərinin qaşlarında Quran ayələri və Allah adı olub. Buna görə də, heç vaxt sol əldə istifadə edilməyib. Səbəbi də budur ki, insanlar adətən “təharət” zamanı sol əldən istifadə edir və bu halda Allah adı və Quran ayəsinə hörmətsizlik olacaq deyə üzüyün sol əlin barmağında olması haramdır. (“Əl-kafi”, “əl-xəvatim” bölməsi; “Müstədrəkul-vəsail”, Mühəddis Nuri, c.3, “əbvabu əhkamil-məlabis” bölməsi.)


İslam şəriətinə görə Həccin vacib olmasının 3 əsas şərti nələrdir?!


Həccin lüğətdəki mənası – hansısa bir şeyə qərar vermək və niyyət etməkdir. İslam dinində isə həcc xüsusi vacib ibadətdir ki, müəyyən zaman və məkanda yerinə yetirilər.
Həcc – Allah evini ziyarət etmək, həccə aid əməlləri yerinə yetirmək və paklanmaqdır. Boynuna həcc düşən insanlar, bu xüsusiyyətə malik olanlardır:
1. Həddi-büluğa çatanlar. 2. Aqil və azad olanlar. 3. Maddi imkana malik olanlar. Bu bəndin özünün də şərtləri vardır.
O cümlədən:
a). Səfərə çıxmaq üçün miniyinin, ərzağının və maddi imkanının olması.
b) Məkkəyə getmək üçün kifayət qədər sağlamlığa malik olması...


Valideynlər öz övladlarının günahlarına şərikdirlərmi?


Dinimizdə belə qanun da vardır ki, əgər bir insan başqa insanın günah etməsində hansısa rola malikdirsə, onunla həmin günahda şərik olar.
“Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!”. (“Nəhl” 25).
İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq ki, buyurmuşdur: “Allah bəndələrindən hər kim özündən sonra yaxşı sünnət qoyub gedərsə, savabı bu sünnətə əməl edənin savabı ilə bərabər olar. Allah bəndələrindən hər kim özündən sonra bəyənilməyən iş qoyub gedərsə, günahı o bidətə əməl edənlərin günahı qədər olar”.
Bu səbəbdən əgər valideyn övladının günahında ona yardım edər və dəstəkləyərsə, onun etdiyi günaha şərik olar. Həmçinin əgər onun tərbiyəsində səhlənkarlıq etmiş olarsa da, övladının günahında şərik olar.


Əhli Beyt (ə) həccə getməyin savabı haqda nə buyurmuşlar?!


İmam Baqirdən (ə) soruşurlar ki, niyə Allah evinin ziyarətini həcc adlandırıblar? Əziz İmam (ə) buyurur: “Filankəs həcci yerinə yetirdi, yəni nicat tapanlardan oldu”.
İmam Səccad (ə) buyurur: “Həcc və ümrəni yerinə yetirin ki, bədəniniz salamat olsun. Ruziniz çoxalsın”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dünya və axirət istəyir – Allah evinə getsin”.
İmam Səccad (ə) buyurur: “Beytullahın zəvvarı bağışlanar və behişt ona vacib olar. Əməllərinə əvvəldən başlayar və malı qorunmuş olar”.
İmam Sadiqdən (ə) soruşurlar ki, çoxlu borcumuz vardır və həccə getməyə imkanımız yoxdur. Ona görə də bizə dua öyrədin. İmam (ə) buyurur: “Hər vacib namazdan sonra bu duanı oxuyun: “Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və mənim dünya və axirət dinimi əda et!”.


Körpənin qulağına azan və iqamə oxunmasının nə faydası vardır?


Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Nə zaman oğlun və ya qızın olsa, sağ qulağına azan və sol qulağına iqamə oxu. Bu halda şeytan ona heç bir zaman ziyan vurmaz”.
İmam Sadiq (ə) Əbu Yəhyada soruşur: “Övladlarınız dünyaya gələn zaman onlarla nə edirsiniz?”. Deyir: “Bilmirik nə edək”.
Buyurur: “Bir mərci boyda inək südündən götür və onu suda həll et. Sonra ondan iki damcısını (övladın) burnunun sağ deşiyinə və bir damcısını sol deşiyinə tök.
Sağ qulağına azan və sol qulağına iqamə oxu. Bu işi körpənin doğum bağı kəsilməmişdən əvvəl yerinə yetir. Çünki belə olan zaman heç bir vaxt pərişanlıq görməz, cin vurmağa düçar olmaz”. -Deyerler.


Övladlarımıza gözəl ad qoymaq valideyinlik vəzifəsidirmi?!


Rəsulu Əkrəm (s) buyurur ki, uşağın, ata üzərində üç haqqı vardır: 1. Ona yaxşı bir ad seçməlidir. 2. Oxuma-yazmağı öyrətməlidir. 3. Həyat yoldaş tapmalıdır. \"
İmam Musa Kazim (ə) belə buyurur: \"Atanın, övladına edə biləcəyi ilk yaxşılıq ona gözəl bir ad seçməsidir. \" Şüurlu ata ilə ananın ad qoymasından, onların fikir və hədəflərini anlamaq mümkündür. Ata və ana əgər bir şairə qarşı simpatiyaları varsa uşaqları üçün onun adını seçərlər. Əgər elmə həvəsləri varsa, alimlərin adlarını seçərlər və əgər dindardırlarsa peyğəmbərlərin, İmamların və dini öndərlərinin adlarını seçərlər.
Əgər din yolundakı fədakarlıq və zalımlar qarşısında mübarizə etməyə həvəslidirlərsə, Hüseyn, Əbəlfəzl, Abbas, Əli, Məhəmməd, Həsən, Əbuzər, Əmmar, Həmzə, Cəfər, Səid kimi fədakar şəxsiyyətlərin adlarını seçərlər.
Hər ata və ana, seçdiyi adla özünü və uşağını sevdiyi bir qrupa bağlamaqdadır. Bu ad bağlılığı ictimai fikirlərdə təsir buraxdığı kimi ümumiyyətlə ad sahibinin də düşüncə tərzində təsirsiz olmayacaq.


Ramazan ayından sonra gələn Şəvval ayının fəzilətləri və orucu


\"Ramazandan sonra Şəvval ayında 6 günü oruc tutan insan elə bil bütün zamanı oruc tutub\" Son zamanlar gündəmdə Peyğəmbərdən nəql olunan belə bir hədis dolaşır, məzmunu belədir ki, kim Ramazanda oruc tutsa, Şəvvaldan altı günü də ona qoşsa (ardınca tutsa), sanki (bütün) dövrü oruc tutmuşdur”. (Müslim, Əbu Davud, Tirmizi, Nisai, Əbu Macə)
Bu altı günlük oruc haqqında sual oluna bilər ki bunun İmamiyyə məzhəbilə müvafiq olub-olmaması necədir? Şəvval ayı qəməri aylarının onuncusudur. Ramazan ayından sonra gəlir. Onunla əlaqəli hökmlər barədə oruc və həcc babında söz açmışlar.
Müqəddəs şəriətdə bəzi günlər və aylar üçün, o cümlədən Şəvval ayı üçün xüsusi hökmlər bəyan olunmuşdur.


Əmr-be-mərufu nə zaman etməmək olar?


... Həzrət Peyğəmbər (s) buyurur: “Əmr-be-məruf və nəhy-əz-munkər edin. Ancaq o zaman görsəniz ki, insanlar dünyanı üstün tuturlar və nəfsani istəklər onlara hakim olmuşdur və hər kəs ancaq öz rəyini bəyənir – özünüzlə məşğul olun və avamı boş buraxın”.
Yuxarıdakı ayə o kəslər haqqında nazil olmuşdur ki, cəmiyyəti islah etmək üçün səy edirdilər, ancaq heç bir nəticə vermirdi və bu işdə də özlərini qınayırdılar. Allah da həmin ayədə buyurur ki, sən öz vəzifəni yerinə yetir, qalanı ilə işin olmasın. Hər bir halda müsəlman çalışmalıdır ki, bu İlahi vəzifəni layiqincə yerinə yetirsin, çünki bu İlahi vəzifə İslam dininin sütunlarından biridir. Gərək möhkəm və ayaqda olsun ki, dinimiz də sarsılmasın. Ancaq iki halda bu vəzifədən əldə çəkə bilərik. Biri budur ki, onun təsir etməsinə ümidimiz olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter