[not-group=5] ----- [/not-group]İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi nələr haqda oldu?

İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi nələr haqda oldu? Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir: 1- Çox dua etmək, 2- Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək), 3- Çox Quran oxumaq, 4- Günahlardan tövbə etmək,
Bu rəvayətə əsasən, bu dörd əməl insanın ixlasla Ramazan ayına daxil olmasına səbəb olar. 5- Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq 6- Möminlərə qarşı hər bir kin-küdurəti qəlbindən çıxarmaq 7- Qəlbdən bütün günahların kökünü kəsmək 8- Təqvalı olmaq 9- Aşkar və gizli işlərdə Allaha təvəkkül etmək 10- Bu duanı çox oxumaq: "Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh.



[not-group=5] ----- [/not-group]Cəməl döyüşündə İmam Əli (ə) ilə birgə olan, amma kərbəlada Əli-Əkbəri öldürən şəxs kim idi?

Cəməl döyüşündə İmam Əli (ə) ilə birgə olan, amma kərbəlada Əli-Əkbəri öldürən şəxs kim idi? Onun tam adı Murrə ibni Minqiz bin Numan Əbdidir. Cəməl döyüşündə İmam Əlinin ordusunda idi. Lakin tədricən özünü göstərməyə başladı.
Aşura günündə Ömər bin Sədin ordusu tərəfdə vuruşurdu. O, İmam Hüseynin böyük oğlu Əliyyi-Əkbərin qətlə yetirilməsinin əsas səbəkarı idi. O idi ki Aşura günündə arxadan nizə ilə Əliyyi-Əkbəri vurud, yerə yıxdı. Mürrə Muxtarın qiyamı zamanı qaçıb Musəb ibni Zbeyrin ordusuna qoşuldu. Sonra Muxtarın əsgərləri onu döyüşlərin birində yaraladılar. O qaça bilsə də aldığı yaralardan iflic vəziyyətə düşdü və elə də öldü. İmam Zaman (ə.f) ziyarətnamələrin birində Əliyyi-Əkbərə salam göndərən zaman onun qatili Mürrənin adını çəkir və onu lənətləyir.



[not-group=5] ----- [/not-group]Üveys Qərani Həzrət Peyğəmbərlə (s) niyə görüşməmişdir?

Üveys Qərani Həzrət Peyğəmbərlə (s) niyə görüşməmişdir? Üveys Qərani Peyğəmbərin (s) səhabəsi və vilayət tərəfdarı idi. O zaman ki, Üveys Yəməndə idi, dəvələrə baxırdı. Qoca anası vardı ki, ona qulluq edirdi. Peyğəmbərə (s) olan şiddətli sevgisinə baxmayaraq, Həzrəti (s) yaxından ziyarət etməyə müvəffəq ola bilməmişdi. Günlərin birində Həzrətə (s) olan sevgisi gücləndi və anasından Hicaza getmək üçün icazə aldı. Anası ona dedi: “Oğlum, Həzrətin (s) görüşünə get. Əgər Peyğəmbər (s) Mədinədə olmasa, yarım gündən çox orada qalma”. Üveys böyük zəhmətlə Yəməndən Mədinəyə gəlib çıxır, ancaq eşidir ki, Peyğəmbər (s) Mədinədə yoxdur. Yarım gündən çox fürsəti olmadığına görə, Mədinədə olan müsəlmanlara deyir ki, mənim salamımı Həzrətə (s) çatdırın. Deyin ki, Üveys adlı bir nəfər Yəməndən onu ziyarət etmək üçün gəlmişdi. Anasından icazəsi olmadığına görə vətəninə geri qayıtdı. Bir müddət sonra Peyğəmbər (s) evinə qayıdır. Həzrət (s) buyurur: “Qəran məntəqəsindən behişt mehi əsir. Ah, necə də səninlə görüşməyə müştaqam. Ey Üveys Qərani! (Ey müsəlmanlar) hər kim onu görsə, mənim salamımı ona çatdırsın!”.



[not-group=5] ----- [/not-group]Tavus Yəmani İmam Səccaddan (ə) hansı duanı öyrəndi?

Tavus Yəmani İmam Səccaddan (ə)  hansı duanı öyrəndi? Tavus Yəmani deyir: "Bir gecə Kəbənin kənarından keçirdim, gördüm ki, İmam Səccad (ə) Hz. İsmail (ə) məqamına daxil olaraq səcdə etdi. Fikirləşdim ki, bu şəxs Risalət ailəsindəndir. Yaxşı fürsətdir ki, onun sözlərinə qulaq asaraq bilim ki, o həzrət səcdədə hansı duanı oxuyur! İmam Səccad (ə) səcdədə bu duanı edirdi: "Sənin zəif bəndən evinə üz tutub, çarəsiz bəndən Sənə üz tutubdur! Sənin əli boş bəndən səni çağırır".
Tavus deyir: İmamın bu səcdə duasını öyrənib hər zaman ki çətinlik, çıxılmaz vəziyyət və ya qəm mənə üz verərdi bu duanı oxuyar və xoşluqlar əldə edərdim. Mənbə: Kəşful Ğümmə, cild: 2, səh: 273



[not-group=5] ----- [/not-group]Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu?

Hz Peyğəmbər (s) Fatimənin (ə) məqamı haqda Salman Farsiyə nə buyurdu? Peyğəmbərin (s) yanına gələn dəyərli səhabə Həzrətdən (ə) soruşdu: – Ey mənim ağam, istəyirəm, mənə Hz-Zəhra (s.ə)-nın qiyamətdəki fəzilətindən xəbər verəsən.
Peyğəmbər (s): – Allaha and olsun ki, Fatimə (s.ə) həmin qadındır ki, dəvəyə minərək məhşər ərsəsindən gəlib keçər. Onun mübarək başı Allah qorxusundan bir görüntü, gözləri isə Tanrı nurundandır. Məhşər səhnəsində Allah-təaladan nida gələr: «Ey xəlaiq, gözlərinizi qapayın və başınızı aşağı salın. Bu, sizin Peyğəmbərinizin qızı, İmamınız Əli(ə.s)-nin zövcəsi, Həsən və Hüseyn (ə.s)-in anasıdır». Sonra başında iki ağ çadır sirat körpüsündən keçər. Ondan sonra Allah-təala Fatimə (s.ə)-yə vəhy edər: "Ey Fatimə, istədiyini məndən dilə ki, sənə əta edib sevindirim». Fatimə (s.ə) ərz edər: «İlahi, sən mənim ümidimsən. Sənin dərgahından istəyim budur ki, mənim və ailəmin dostlarını cəhənnəm atəşindən azad edəsən». Allah-təala ona cavab verər: «Ey Fatimə, izzət və cəlalıma and olsun ki, yerin və göylərin xilqətindən iki min il qabaq özümə and vermişəm ki, sənin və ailənin dostlarını cəhənnəm əzabından azad edim»...



[not-group=5] ----- [/not-group]İmam Rizanın (ə) dəyərli səhabəsi Əbu Səlt nə üçün həbs edildi?

İmam Rizanın (ə) dəyərli səhabəsi Əbu Səlt nə üçün həbs edildi? Əbu Səlt İmam Rzanın (ə) vəfalı dostlarından idi. O, İmam Rzanın (ə) vəsiyyətinə uyğun olaraq həzrətin dəfnindən sonra bir sıra dua və zikrlər oxudu. Birdən İmamın qəbrində su zahir oldu və onun içərisində kiçik balıqlar göründü. Daha sonra bir böyük balıq gələrək, bütün kiçik balıqları yedi və özü də gözdən itdi. Əbu Səlt yenidən dua və zikrləri oxudu. Bu dəfə su qəbrdə tamamilə yoxa çıxdı. Məmun və onun vəziri bu hadisəni öz gözləri ilə gördülər. Vəzir Məmuna dedi: Bu hadisənin yozumu odur ki, sənin ömrün bu kiçik balıqlar kimi qısadır və tezliklə böyük balıq səni həlak edəcək. Dəfn mərasimindən sonra çox qorxmuş Məmun, Əbu Səltə dedi: Oxuduğun o dua və zikrlər nə idi? Onları mənə öyrət. Əbu Səlt dedi: And olsun Allaha ki, o kəlmələri elə həmin vaxt unutdum. Məmun çox narahat oldu və hiddətləndi. O, Əbu Səltin zindana salınmasını əmr etdi...



[not-group=5] ----- [/not-group]Hz. Peyğəmbər (s) dəyərli səhabəsi Əbuzərə Hansı 6 əməli tapşırdı?

Peyğəmbər (s) Əbuzərə nəsihətlərində buyurur:
1. Həmişə səndən aşağıda olana bax, səndən yuxarı olana yox.
2. Yoxsulları sev və onlarla yoldaşlıq et.
3. Acı olsa da haqqı de.
4. Qohumların səndən uzaqlaşsalar da sən onlarla əlaqəni kəsmə.
5. Allaha aid olan işlərdə heç kəsi danlamaqdan qorxma.
6. “La hovlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini çox de, çünki, bu zikr behişt xəzinələrindəndir.



[not-group=5] ----- [/not-group]Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzər nə üçün sürgün edildi?

Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzər nə üçün sürgün edildi? Osmana tutulan mühim iradlardan biri, hz Peyğəmbərin (s) səhabəsi Əbuzərin sürgün olunmasıdır. Hz Peyğəmbər (s) buyurmuşdur: «Əbuzərdən düzgün bir kəsə səma kölgə salmadı, yer onu öz üstündə gəzdirmədi». Osmanla müxalifətçilikdə heç bir şəxs təmənnası olmayan Əbuzər, xəlifənin dövlət xəzinəsini öz yaxın adamlarına israfçılıqla paylaşdırmasından narazı idi. Beytül-maldan ibarət olan dövlət xəzinəsinin xərclənməsində hz Peyğəmbərin (s) üsullarını müdafiə edən Əbuzər, kimsəyə güzəştə getmək fikirində deyildi. Əbuzərin etirazlarından qeyzlənən xəlifə, əvvəlcə onu Şama sürgün etdi. Şamda Müaviyənin özbaşınalıqlarına qarşı çıxan Əbuzər haqqında xəlifə məktub aldı. Müaviyə yazırdı: «Əgər Şama ehtiyacın varsa, Əbuzəri geri qaytar. O burada qalsa, Şam əlindən çıxacaq». Osmanın göstərişi ilə Əbuzər, Mədinəyə çatanda artıq xəstələnmişdi. Xəlifənin son qərarı bu oldu ki, Əbuzər Rəbəzəyə sürgün edilsin. Peyğəmbərin (s) susuz səhraya sürgün edilən sevimli səhabəsi, oradaca dünyasını dəyişdi.



[not-group=5] ----- [/not-group]İmam Əli (ə) zəkat haqqında səhabəsi Kümeylə hansı tapşırığı verdi?

İmam Əli (ə) zəkat haqqında səhabəsi Kümeylə hansı tapşırığı verdi? İslam mətnlərində insanlara yardım etmək, onların qayğısına qalmaq, işlərinə kömək göstərmək haqqında çoxlu tövsiyələr vardır. İmam Əlinin (ə) bu haqda çoxlu sifarişləri vardır. Bu barədə həzrətin Kumeylə olan üç nəsihətini təqdim edirik:
-Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan möminlərə səninlə qohum olmayan sair möminlərdən daha artıq əl tut və onlara qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver.
-Ey Kumeyl! Səndən bir şey istəyən heç bir kəsi əli boş qaytarma, hətta, yarım dənə üzüm giləsi də olsa ona ver. Çünki, sədəqə Allah dərgahına ucaldıqca böyüyür...



[not-group=5] ----- [/not-group]Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?

Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi? İmam Kazim (ə) kəndli və qara simalı bir kişinin yanından keçirdi. İmam (ə) ona salam verdi və bir müddət onunla söhbət etdi.
Ayrılarkən ona buyurdu: “Hər vaxt bir köməyə ehtiyacın olsa, mən sənə kömək edərəm”. İmamın (ə) səhabələri dedilər: “Ey Peyğəmbərin övladı! Belə bir şəxsin yanında oturursan, ondan hacətləri və çətinlikləri barədə soruşursan? Halbuki, onun sənə daha çox ehtiyacı vardır (Yəni o, sənin yanına gəlməli və səndən xahiş etməlidir)”. İmam (ə) onlara buyurdu: “O, Allahın bəndələrindən biridir və Quranın hökmünə əsasən, bizim qardaşımızdır ki, Allahın şəhərlərində yaşayır. Biz onunla bir atadan; Adəmdənik. İslam adlı bir dinimiz vardır. Ola bilər ki, dövran bizi ona möhtac edər. Bəs, onun qarşısında təkəbbürlü olmaqdansa, təvazökar olaq”.




Öncəki
Sonrakı
[group=5] [/group]