Hər gün torpaq insanı hansı 5 nəsihətlərlə səsləyər?

Hər gün torpaq insanı hansı 5 nəsihətlərlə səsləyər?Hz. Peyğəmbər (s) buyurur: "Ey insanlar bilin ki torpaq (qəbirlər) insanları hər gün 5 cümlə ilə yad edərək nəsihət edər:
Ey Adəm övladı! 1-Mənim üstümdə addımlayırsan, bir gün gələr mənim qucağımda yerləşdirilərsən! (- Pəs günah etmə.)
Ey Adəm övladı! 2-Mənim üstümdə şadlıq edirsən, bir gün gələr mənim qucağıma yerləşdirilərsən! (Pəs şadlığında tüğyan etmə.)
Ey Adəm övladı! 3-MƏnim üstümdə günah edirsən, bir gün gələr mənim qucağıma əzabını çəkərsən! (Pəs təqvalı ol.)
Ey Adəm övladı! 4-Mənim üstümdə gülürsən, bir gün gələr mənim qucağımda ağlayarsan. (Pəs haqq yeyərək sevinmə.)...



İnsan hansı əməllərlə özünü xar edər?

İnsan hansı əməllərlə özünü xar edər? Bəzi amillər vardır ki, insanın başını uca edər. Bununla yanaşı, elə amillər də vardır ki, onlar insanı xar və zəlil edər. Bu amilləri tanıyaq və onlardan çəkinməyə çalışaq: 1. Mübarizəni tərk etmək. əks halda düşmən əlində zəlil olar. İmam Əli (ə) buyurur: “Hər kim cihadı tərk edərsə, Allah xarlıq libasını ona geyindirər”. 2. Tamah. İmam Baqir (ə) buyurur: “Ən böyük zillət - tamah xarlığıdır”. 3. Başqalarının hüququnu tapdalamaq.
4. İnsanları təhqir etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Ən xar insan o kəsdir ki, insanlara xəyanət edər”.
5. Davamlı olmaq sevgisi. İmam Sadiq (ə) buyurur: “O kəs ki, həmişə sağ qalmaq istəyir, xar olar”.
6. Hərislik. İmam Əlidən (ə) soruşurlar: “Hansı zillət daha pisdir?”. Buyurur: “Dünya və dünyapərəstliyə hərislik”.
7. Dilənçilik. İmam Əli (ə) buyurur: “(Həmin) zillət, insanlardan dilənməkdir”.



Qənatçilik hədislərdə insan həyatına hansı müsbət təsirləri bağışlayar?

Qənatçilik hədislərdə insan həyatına hansı müsbət təsirləri bağışlayar? İslam maarifinə əsasən Qənaətin gətirdiyi səmərələr:
1. İzzəti-nəfs. Tamah insan nəfsini zəlil edər. Həzrət Əli (ə) buyurur: “O kəs ki, canını tamahkarlıqla örtər, özünü alçaq etmiş olar. O kəs ki, çətinliklərinin sirrini aşkar edər, xar olmasına razı olar. O kəs ki, dilini özünə hakim edər, özünü dəyərsiz etmiş olar”.
2. Təyyib həyata malik olar. Həzrət Əli (ə) buyurur: “Qənaət - həyatın ən xoş növüdür”.
3. Malını infaq etməyə qadir olar. İmam Əli (ə) buyurur: “İnsan üçün necə də gözəldir ki, aza qənaət edər, çoxunu bağışlayar”.
4. Dini sağlam olar. İ. Əli (ə): “Öz dininin salamat olması üçün dünyanızın az miqdarı ilə qənaət edin. Həqiqətən, dünyanın az miqdarından bəhrələnmək mömini qane edər”.
5. Nəfsini islah edər. İmam Əli (ə)“Qənaət, nəfsi islah etmək üçün ən çox yardım edəndir”...



İnsanda hansı pis sifət Allaha qarşı böyük günah olan suizəni yaradar?

İnsanda hansı pis sifət Allaha qarşı böyük günah olan suizəni yaradar? Tamah elə bir rəzil sifətdir ki, insanın şəxsiyyətini alçaldar və dəyərini azaldar. İnsan özünü dünyanın əsiri edər. İzzətini onun qarşılığında satar və abrını əldən verər. Tamahın fərdi və ictimai təsirləri vardır ki, onlarla tanış olaq: 1. Tamah insanı bir çox günahlara salar. O cümlədən: yalan, xəyanət, zülm, insanların haqqını qəsb etmək...
2. Tamah insanı Allahdan uzaqlaşdırar və Allah bəndələrinin nəzərində onu kiçildər.
3. Tamahkar o qədər mal toplayar ki, ondan faydalanmaz, başqası faydalanar.
4. Tamah – insanın Allaha sui-zənn etməsinin nəticəsidir. İmam Sadiq (ə) buyurur: “Əgər gözünün aydın olmasını istəyirsənsə, dünya və axirət xeyrini əldə etmək istəyirsənsə, başqalarının malik olduqlarından tamah gözünü çək”...



Imam Zamanın (ə.c) haqqında necə hədis nəql olunmuşdur?

Imam Zamanın (ə.c) haqqında necə hədis nəql olunmuşdur? İmam Zamanın (ə.c) barəsində hədislərin sayı külli ibarətdir:
1-Müsəlmanların İmamları 12 dir birincisi Əli ibn Əbi Talib (ə) və sonuncusu Məhdidir - 91 hədis bu ibarətlə gəlmişdir
2-İmamlar 12 dir onların 9-u İmam Hüseynin (ə) nəslindəndir. Doqquzuncusu Qaimdir. - 107 hədis.
3-Xilaskar Məhdi (ə.c) Peyğəmbərin (s) nəslindəndir. - 389 hədis.
4-Xilaskar Məhdi (ə.c) İmam Hüseynin (ə) nəslindəndir. -148 hədis.
5-Xilaskar Məhdi (ə.c) İmam Rizanın (ə) kötücəsidir - 95 hədis.
6-Xilaskar Məhdi (ə.c) İmam Cavadın (ə) nəticəsidir. -90 hədis.
7- Xilaskar Məhdi (ə.c)-nin atasının adı Həsəndir. - 148 hədis.
8-Xilaskar Məhdi (ə.c)-nin adı və künyəsi Hz. Peyğəmbərin (s) ad və künyəsi ilə eynidir. -47 hədis...



Hәzrәt Әli (ә) hədisində Allaha bəndəliyi neçə qismə bölmək olar?

Hәzrәt Әli (ә) hədisində Allaha bəndəliyi neçə qismə bölmək olar? İslаm tәlimlәrinә әsаsәn, bәndәlik buхоv vә mәhdudiyyәt dеmәk dеyil. Bәndәlik о dеyil ki, insаnın hеç bir şәхsi nәzәri оlmаsın. Bәndәliyin müхtәlif mәrtәbәlәri vаrdır. Hәzrәt Әli (ә) buyurur: “İbаdәt üç növdür: qullаrın ibаdәti, tаcirlәrin ibаdәti, аzаd insаnlаrın ibаdәti. Bir qrup insаn Аllаhа cәhәnnәm әzаbı qоrхusundаn ibаdәt еdirlәr - bu, qullаrın ibаdәtidir. Digәr bir qrup Аllаhа bеhişt tаmаhı ilә ibаdәt еdir - bu, tаcirlәrin ibаdәtidir. Bir qrup dа vаr ki, Аllаhа pәrәstişә lаyiq оlduğu üçün ibаdәt еdir - bu, аzаdlаrın ibаdәtidir.” İslаm bu ibаdәtlәrin hеç birini rәdd еtmir. Әsаs mәsәlә Аllаhın irаdәsinә tаbе оlmаqdır. Әlbәttә ki, әsl bәndә Аllаhı ibаdәtә lаyiq bilәrәk аzаdаnә ibаdәt еtmәlidir...



Axirətdə müsibət yaradacaq əməllər hansılardır?

Axirətdə müsibət yaradacaq əməllər hansılardır? Pеyğәmbәr (s) buyurub: “Bеş şеy ахirәtin müsibәtlәrindәndir:
1. Nаmаz qılmаmаq;
2. Аlimin ölümü;
3. Dilәnçini ümidsiz еtmәk;
4. Аtа-аnаyа itаәtsizlik;
5. Zәkаt vеrmәmәk.” (“Әl-Mәvаizul-әdәdiyyә”, sәh. 262.)



Mömin qardaşa salam vermək haqda hədislərdə nə belə dəyər deyilmişdir?

Mömin qardaşa salam vermək haqda hədislərdə nə belə dəyər deyilmişdir? -Pеyğәmbәr (s) buyurub: “Bir mömin öz mömin qаrdаşınа sаlаm vеrәndә lәnәtlәnmiş İblis аğlаyаrаq dеyәr: “Vаy оlsun mәnә! Bunlаr bir-birindәn аyrılmаdıqları (müddət boyunca) günаhlаrı bаğışlаnacaq.” (“Müstәdrәkül-vәsаil”, c. 8, sәh. 359.) “Bir-birinizlә görüşәndә sаlаm vеrin ki, kinlәr qәlblәrdәn çıхsın.” (Nәhcül-fәsаhә/610.)
-Günаh аğаc yаrpаqlаrı kimi tökülür: İmаm Sаdiq (ә) buyurmuşdur: “Әgәr iki mömin bir-biri ilә görüşsә, Аllаh hәmişә оnlаrа rәhmәt gözü ilә bахаr. Оnlаrın günаhlаrı аğаc yаrpаqlаrı kimi tökülәr.” (Üsuli-kаfi/2,-182.)



Əhli-Beytə məhəbbət və düşmənlik haqqında 11 hədisdə nə deyilir?

Əhli-Beytə  məhəbbət və düşmənlik haqqında 11 hədisdə nə deyilir? Həzrət Peyğəmbər (s) buyurur: Bilin!
1. Hər kəs Məhəmməd (s) və Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd özünü əməl və haqqa itaətdə göstərsin).
2. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə, bağışlanmış halda dünyadan gedər.
3. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə, Alnına qiyamətdə yazılar: “Allahın rəhmətindən naümiddir”.
4. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda ölsə, kafir olaraq dünyadan gedib.
5. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz...



Mömin şəxs əsasən gərək hansı məsələni unutmasın?

İmam Sadiq (ə) öz hədislərinin birində buyurur: İslam Peyğəmbəri (s) öz səhabələri ilə birlikdə səfərə çıxmışdı. Səfər zamanı onlar susuz və quru səhraya çatdılar. Peyğəmbər (s) öz səhabələrindən çör-çöp yığmaqlarını istədi. «Bura boş bir səhradır və yığılmağa heç bir şey gözə dəymir»-deyə səhabələr Peyğəmbərə (s) xitab etdilər. Peyğəmbər (s) buyurdu: Gedin və bacardığınız qədər yığın. Onlardan hər birisi bir az quru çöp tapıb Peyğəmbərin (s) hüzuruna gətirdilər. Peyğəmbər (s) bu səhnəni gördükdə buyurdu: «Günahlar da bu cür bir-birinin üstünə cəmləşir». Sonra o həzrət buyurdu: «Kiçik günahlardan qorunun. Çünki onların hamısı yazılıb saxlanılır». Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: Hər bir kiçik günaha israr etsən, onu böyük günah etmisən.




Öncəki
Sonrakı